Hər böyük dühanın xəzinəsindən sadə bir inci də dövlətdir bizə
Rayonun qazandığı uğurların xülasəsini qısaca aşağıdakı kimi səciyyələndirmək mümkündür: Prezidentin tapşırıq və tövsiyələri dönmədən həyata keçirilir, abadlıq-quruculuq işlərinin miqyası daha da genişlənir, sosial problemlərin həlli istiqamətində arzu olunan nəticələr əsasən əldə edilir, əhali ilə qarşılıqlı əlaqənin möhkəmləndirilməsi və onların qayğılarının öyrənilməsi istiqamətində əməli və təsirli tədbirlər həyata keçirilir. Bütün bunlar Saatlı rayonunun Azərbaycanın tərəqqisini özündə aydın əks etdirən əsas ünvanlardan birinə çevrildiyini, qarşıdakı dövr ərzində isə rayonda inkişaf dinamikasının daha böyük vüsət alacağını qətiyyətlə söyləməyə əsas verir. Cənab Elmir Bagirov Saatlı rayonuna İcra başçısı təyin olunduqdan sonra rayonda həyat yeni bir axara düşdü.Cənab Başçımız Elmir müəllimin rəhbərliyi altında rayonumuz günü gündən dinamik inkişaf edir, vətəndaş məmnunluğu daha da artır.
Zahir Məmmədov.