COP29-a ev sahibliyi edən Azərbaycanın "Yaşıl Missiyası" – Millət vəkilindən özəl təbrik
23 May Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının peşə bayramı günüdür.
Möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ekologiyanın qorunması, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların artırılması və “yaşıl dünya” istiqamətində mühüm dövlət siyasəti həyata keçirilir. Azərbaycanın COP29 və WUF13 kimi mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizin ekoloji təhlükəsizlik, dayanıqlı inkişaf və müasir şəhərsalma sahəsində artan nüfuzunun göstəricisidir.
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “ağıllı şəhər”, "ağıllı kənd" və “yaşıl enerji” konsepsiyaları Azərbaycanın inkişaf modelini dünyaya nümayiş etdirir.
Peşə bayramı münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bütün əməkdaşlarını təbrik edir, fəaliyyətlərində uğurlar diləyirəm.
Günay Ağamalı
Milli Məclisin deputatı,
Ana Vətən Partiyasının sədri
