Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
27 Sentyabrın Tarixi Çağırışı 
SİYASƏT
27 Sentyabr - Vətən Məhəbbətinin Şərəf Zirvəsi
SİYASƏT
Tarixi Zəfərə və Tam Suverenliyə Gedən Yolun Başlanğıcı
SİYASƏT
Biz bu torpaqlarda əbədi olacağıq
SİYASƏT
Azərbaycan dağ-mədən sənayəsində yeni mərhələyə qədəm qoyur
SİYASƏT
27 Sentyabr — yaddaşın susmadığı gün
SİYASƏT
Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu - Bəyanat
SİYASƏT
Vətən müharibəsi şanlı tariximiz, şəhid və qazilərimiz qürur mənbəyimizdir
SİYASƏT
Tarixi ədalətin bərpasına aparan yol və Azərbaycanın haqq mübarizəsi
SİYASƏT
Anım Günü dərin ehtiramın ifadəsidir
SİYASƏT
Azərbaycan əvəzolunmaz tərəfdaşa çevrilib
SİYASƏT
Azərbaycan Sənayesində Yeni Mərhələ
SİYASƏT
2027–2030 Dövlət Proqramı və Qeyri-Neft Sektorunun İnkişafı
SİYASƏT
Dağ-Mədən Sənayesində 4 İllik Sürətli İnkişaf Dövrü
SİYASƏT
Yeni layihələr yeni imkanlar yaradır
SİYASƏT
Təbiət ən böyük sərvətimizdir
SİYASƏT
Sərvətlərimiz inkişafın yeni dayağına çevrilir
SİYASƏT
301 milyon manatlıq Vejnəli izi: Qarabağın sərvətləri necə talan edildi?
SİYASƏT
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
SİYASƏT
Türk dünyası bizim ailəmizdir
SİYASƏT
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
SİYASƏT
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
SİYASƏT
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
SİYASƏT
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
SİYASƏT
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
SİYASƏT
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
SİYASƏT
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
SİYASƏT
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
SİYASƏT
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
SİYASƏT
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır

Müasir Azərbaycan Ordusu: inkişaf, peşəkarlıq və güc

2026-06-24 09:13:32 110 baxış
Xəbər şəkil

 

Azərbaycan xalqının dövlətçilik tarixində milli ordunun yaradılması və inkişafı xüsusi yer tutur. Xalqımızın müstəqillik arzularının gerçəkləşdiyi dövrlərdə milli təhlükəsizliyin təmin edilməsi, dövlətçiliyin qorunması və ərazi bütövlüyünün müdafiəsi hər zaman güclü ordu amili ilə sıx bağlı olmuşdur. Məhz buna görə də ordu quruculuğu Azərbaycan dövlətinin fəaliyyətində daim prioritet istiqamətlərdən biri kimi müəyyən edilmişdir.
Ulu Öndər Heydər Əliyev çıxışlarının birində qeyd edirdi: “Ordu mövzusu, ordunun yaranması, formalaşması bizim bütün həyatımızda əsas mövzulardan biri olmalıdır, gənclərin orduda xidmət etmək üçün tərbiyələndirilməsi bizim əsas vəzifələrimizdən biri olmalıdır və bu vəzifələri biz ardıcıl surətdə həyata keçirməliyik... Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir. Ona görə də qarşımızda duran əsas vəzifələrdən biri xalqla ordunun sağlam mənəvi birliyini təmin etməkdən ibarətdir”. Bu fikirlər Azərbaycan dövlətinin hərbi siyasətinin əsas fəlsəfəsini təşkil edir. Çünki güclü ordu yalnız müasir silah və texnika ilə deyil, xalqın etimadı, dəstəyi və vətənpərvər ruhu ilə formalaşır. Azərbaycan Ordusunun keçdiyi inkişaf yolu da bu həqiqətin bariz nümunəsidir.
1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Əlahiddə Azərbaycan Korpusunun yaradılması haqqında qərarın qəbul edilməsi milli ordumuzun yaranma tarixi kimi yadda qalmışdır. Bununla da müstəqil Azərbaycanın ilk nizami hərbi qüvvələrinin formalaşdırılmasına başlanılmışdır. Lakin cümhuriyyətin qısa ömür sürməsi milli ordu quruculuğunun tam şəkildə başa çatdırılmasına imkan verməmişdir.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra da ordu quruculuğu asan şəraitdə həyata keçirilməmişdir. Xüsusilə 1990-cı illərin əvvəllərində ölkədə hökm sürən siyasi böhran, hakimiyyət uğrunda mübarizə, iqtisadi çətinliklər və Ermənistanın hərbi təcavüzü Azərbaycanı ağır vəziyyətə salmışdı. Həmin dövrdə ölkə yalnız torpaqlarını deyil, eyni zamanda dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Orduda vahid komandanlığın olmaması, müxtəlif silahlı dəstələrin fəaliyyət göstərməsi müdafiə qabiliyyətinə ciddi zərbə vururdu.
1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev dövlətçiliyin xilası ilə yanaşı, milli ordu quruculuğunun da əsasını qoydu. İlk növbədə orduda vahid komandanlıq sistemi yaradıldı, nizami hərbi hissələrin formalaşdırılması sürətləndirildi, hərbi intizam möhkəmləndirildi və peşəkar kadr hazırlığına xüsusi diqqət yetirildi. Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan Ordusu qısa müddətdə ölkənin ən etibarlı dayaqlarından birinə çevrildi. Məhz həmin dövrdə ordu ilə xalq arasında sıx əlaqələrin formalaşdırılması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və hərbi xidmətə hazırlığının gücləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Azərbaycanın gələcək hərbi uğurlarının təməli də məhz bu illərdə qoyuldu.
Ulu Öndərin müəyyən etdiyi strateji kurs Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Son illər ərzində Azərbaycan Ordusunun maddi-texniki bazasının möhkəmləndirilməsi, ən müasir silah və hərbi texnikaların alınması, hərbi sənaye kompleksinin inkişaf etdirilməsi, hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirildi.
Xüsusilə ordu quruculuğu prosesinin beynəlxalq standartlara uyğunlaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindən biri oldu. Müasir idarəetmə sistemlərinin tətbiqi, peşəkar hazırlığın yüksəldilməsi, xüsusi təyinatlı qüvvələrin gücləndirilməsi və müasir döyüş təcrübəsinin mənimsənilməsi nəticəsində Azərbaycan Ordusu regionun ən güclü silahlı qüvvələrindən birinə çevrildi.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “1918-ci ildə Azərbaycan Ordusunun yaradılması haqqında qərar veriləndə, yəqin ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları heç təsəvvür edə bilməzdilər ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında olacaq. Bizim ordumuzun həm maddi-texniki təchizatı, həm də döyüş qabiliyyəti ən yüksək səviyyədədir. Biz bunu döyüş meydanında sübut edə bilmişik”.
Bu fikirlərin real təsdiqi Azərbaycan Ordusunun əldə etdiyi uğurlarda öz əksini tapmışdır. Ordumuz öz peşəkarlığı, döyüş hazırlığı və yüksək mənəvi ruhu ilə qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirərək xalqımızın qürur mənbəyinə çevrilmişdir.
Bu gün Azərbaycan Ordusu dövlətimizin müstəqilliyinin, suverenliyinin və təhlükəsizliyinin əsas təminatçısıdır. Xalqla ordunun sarsılmaz birliyi, dövlət rəhbərliyinin ardıcıl diqqət və qayğısı, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi milli ordumuzun daha da güclənməsinə xidmət edir. Azərbaycan əsgəri yalnız Vətənin keşiyində dayanan hərbçi deyil, həm də xalqımızın qürurunun, dövlətimizin qüdrətinin və müstəqilliyimizin simvoludur.

Faiq Abdullayev, 
Salyan rayon Marışlı kənd tam orta məktəbin hərbi rəhbəri,
Vətən müharibəsi iştirakçısı, YAP fəalı





Oxşar xəbərlər


Xəbər lenti
27 Sentyabrın Tarixi Çağırışı 
2026-09-26
27 Sentyabr - Vətən Məhəbbətinin Şərəf Zirvəsi
2026-09-26
Tarixi Zəfərə və Tam Suverenliyə Gedən Yolun Başlanğıcı
2026-09-26
Biz bu torpaqlarda əbədi olacağıq
2026-09-25
Azərbaycan dağ-mədən sənayəsində yeni mərhələyə qədəm qoyur
2026-09-25
27 Sentyabr — yaddaşın susmadığı gün
2026-09-25
Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu - Bəyanat
2026-09-25
Vətən müharibəsi şanlı tariximiz, şəhid və qazilərimiz qürur mənbəyimizdir
2026-09-25
Tarixi ədalətin bərpasına aparan yol və Azərbaycanın haqq mübarizəsi
2026-09-25
Anım Günü dərin ehtiramın ifadəsidir
2026-09-25
Azərbaycan əvəzolunmaz tərəfdaşa çevrilib
2026-09-25
Azərbaycan Sənayesində Yeni Mərhələ
2026-09-24
2027–2030 Dövlət Proqramı və Qeyri-Neft Sektorunun İnkişafı
2026-09-24
Dağ-Mədən Sənayesində 4 İllik Sürətli İnkişaf Dövrü
2026-09-24
Yeni layihələr yeni imkanlar yaradır
2026-09-24
Təbiət ən böyük sərvətimizdir
2026-09-24
Sərvətlərimiz inkişafın yeni dayağına çevrilir
2026-09-24
301 milyon manatlıq Vejnəli izi: Qarabağın sərvətləri necə talan edildi?
2026-09-23
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
2026-09-22
Türk dünyası bizim ailəmizdir
2026-09-22
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
2026-09-22
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
2026-09-22
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
2026-09-21
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
2026-09-21
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
2026-09-21
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
2026-09-20
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
2026-09-20
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
2026-09-20
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
2026-09-19
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
2026-09-19