Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
27 Sentyabrın Tarixi Çağırışı 
SİYASƏT
27 Sentyabr - Vətən Məhəbbətinin Şərəf Zirvəsi
SİYASƏT
Tarixi Zəfərə və Tam Suverenliyə Gedən Yolun Başlanğıcı
SİYASƏT
Biz bu torpaqlarda əbədi olacağıq
SİYASƏT
Azərbaycan dağ-mədən sənayəsində yeni mərhələyə qədəm qoyur
SİYASƏT
27 Sentyabr — yaddaşın susmadığı gün
SİYASƏT
Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu - Bəyanat
SİYASƏT
Vətən müharibəsi şanlı tariximiz, şəhid və qazilərimiz qürur mənbəyimizdir
SİYASƏT
Tarixi ədalətin bərpasına aparan yol və Azərbaycanın haqq mübarizəsi
SİYASƏT
Anım Günü dərin ehtiramın ifadəsidir
SİYASƏT
Azərbaycan əvəzolunmaz tərəfdaşa çevrilib
SİYASƏT
Azərbaycan Sənayesində Yeni Mərhələ
SİYASƏT
2027–2030 Dövlət Proqramı və Qeyri-Neft Sektorunun İnkişafı
SİYASƏT
Dağ-Mədən Sənayesində 4 İllik Sürətli İnkişaf Dövrü
SİYASƏT
Yeni layihələr yeni imkanlar yaradır
SİYASƏT
Təbiət ən böyük sərvətimizdir
SİYASƏT
Sərvətlərimiz inkişafın yeni dayağına çevrilir
SİYASƏT
301 milyon manatlıq Vejnəli izi: Qarabağın sərvətləri necə talan edildi?
SİYASƏT
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
SİYASƏT
Türk dünyası bizim ailəmizdir
SİYASƏT
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
SİYASƏT
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
SİYASƏT
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
SİYASƏT
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
SİYASƏT
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
SİYASƏT
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
SİYASƏT
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
SİYASƏT
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
SİYASƏT
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
SİYASƏT
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır

“Azərbaycanın xarici siyasətinin coğrafiyası davamlı şəkildə genişlənir”

2026-09-03 11:50:09 1393 baxış
Xəbər şəkil

 

“Günümüzdə beynəlxalq münasibətlər sistemi ciddi transformasiya mərhələsindən keçir, yeni dünya düzəninin konturları formalaşır, çoxqütblülük meyilləri güclənir. Belə bir mürəkkəb geosiyasi şəraitdə Möhtərəm Cənab Prezident İlham Əliyevin yüksək nüfuzu, qətiyyətli iradəsi, müstəqil xarici siyasət kursu və strateji baxışı ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib. Ölkəmiz beynəlxalq gündəliyin formalaşmasında fəal iştirak edən, təşəbbüsləri və mövqeyi nəzərə alınan güc dövləti kimi çıxış edir. Məhz cənab Prezident İlham Əliyevin ardıcıl, prinsipial, praqmatik və milli maraqlara söykənən siyasəti nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Bununla ölkəmiz tarixi ədaləti təmin etdi, eyni zamanda, Cənubi Qafqazda tamamilə yeni geosiyasi reallıq yaratdı. 8 avqustda Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması regionda uzunmüddətli sülh və sabitliyə doğru atılmış mühüm addım olmaqla yanaşı, daha geniş coğrafiyada iqtisadi əməkdaşlıq, nəqliyyat və kommunikasiya əlaqələrinin inkişafı üçün yeni perspektivlər açır”. Bu sözləri xalqcebhesi.az-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı deyib.
G.Ağamalı söyləyib ki, cənab Prezident İlham Əliyevin Vaşinqtona tarixi səfəri Azərbaycan–ABŞ münasibətlərində yeni mərhələnin başlanğıcını qoydu:
“Bununla yanaşı, Azərbaycan Avropanın etibarlı və strateji əhəmiyyət daşıyan tərəfdaşı olaraq öz mövqeyini möhkəmləndirməkdədir. Dövlət başçımızın Avropa Siyasi Birliyinin sammitlərində iştirakı və növbəti sammitlərdən birinin 2028-ci ildə Azərbaycanda keçirilməsinin nəzərdə tutulması ölkəmizə göstərilən yüksək etimadın ifadəsidir. Azərbaycanın xarici siyasətinin mühüm üstünlüklərindən biri onun çoxvektorlu və balanslaşdırılmış xarakter daşımasıdır. Avropa və ABŞ ilə münasibətlərin inkişafı ilə paralel olaraq son illərdə Asiya və Afrika dövlətləri ilə əlaqələrimiz yüksələn dinamika nümayiş etdirir. Azərbaycan türk dünyasının siyasi, iqtisadi və mənəvi birliyinin möhkəmləndirilməsinə mühüm töhfələr verir, eyni zamanda, İslam dünyası ilə həmrəyliyə və ortaq dəyərlərə sadiqliyini ardıcıl şəkildə nümayiş etdirir. Ölkəmizin multilateralizmə verdiyi önəm bu siyasətin ayrılmaz hissəsidir. Azərbaycanın 2019–2023-cü illərdə Qoşulmama Hərəkatına uğurlu sədrliyi, COP29-a rəhbərliyi, Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi, D-8-ə üzvlüyü, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində fəallığı, Türk Dövlətləri Təşkilatında aparıcı mövqeyi, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrliyi və digər beynəlxalq platformalarda təşəbbüskar fəaliyyəti Azərbaycanın qlobal diplomatiyada artan çəkisinin göstəricisidir”.
Deputat vurğulayıb ki, bu baxımdan Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə münasibətləri xüsusi əhəmiyyət daşıyır: “ŞƏT günümüzdə böyük siyasi, iqtisadi və demoqrafik potensiala malik geniş coğrafiyanı əhatə edən mühüm beynəlxalq platformalardan biridir. Azərbaycan 2016-cı ildən təşkilatla dialoq tərəfdaşı kimi əməkdaşlıq edib, 2025-ci ildə ŞƏT daxilində statusların yenidən formalaşdırılmasından sonra ölkəmizin statusu ŞƏT tərəfdaşı olaraq müəyyənləşdirilib. Cənab Prezident İlham Əliyevin ŞƏT-in müxtəlif illərdə keçirilmiş Zirvə toplantılarında iştirakı Azərbaycanın sözügedən platformaya verdiyi önəmi nümayiş etdirir. Ölkəmizin ŞƏT çərçivəsində əməkdaşlığı regional təhlükəsizlikdən terrorçuluq və ekstremizmlə mübarizəyə, ticarət və investisiyalardan energetikaya, nəqliyyat və kommunikasiyalardan elm, təhsil, mədəniyyət və turizmə qədər geniş istiqamətləri əhatə edir. Xüsusilə Azərbaycanın coğrafi mövqeyi ŞƏT məkanında ölkəmizin strateji əhəmiyyətini daha da artırır. Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan Avropa ilə Asiya arasında etibarlı nəqliyyat və logistika körpüsünə çevrilib. Ölkəmizin yaratdığı müasir nəqliyyat infrastrukturu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu və digər layihələr geniş Avrasiya məkanında yükdaşımaların şaxələndirilməsi və təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Adıçəkilən imkanlar ŞƏT üzv və tərəfdaş dövlətləri ilə iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün ciddi potensial yaradır.
Azərbaycan–Qırğızıstan münasibətlərinin son illərdə əldə etdiyi yüksək dinamika bu proseslərin mühüm tərkib hissəsidir. Ölkə başçımız Cənab İlham Əliyev və Prezident Sadır Japarovun siyasi iradəsi və qarşılıqlı etimada əsaslanan münasibətləri nəticəsində iki qardaş dövlət arasında əlaqələr keyfiyyətcə yeni mərhələyə yüksəlib. 31 iyul 2026-cı ildə Çolpon-Atada “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanması münasibətlərin strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlməsinin hüquqi-siyasi təsdiqidir”.
O həmçinin deyib ki, Azərbaycan və Qırğızıstan arasında münasibətlər yalnız siyasi dialoqla məhdudlaşmır: “Bişkekdə Azərbaycan–Qırğızıstan Dostluq Parkının yaradılması, Nizami Gəncəvi adına məktəbin və Heydər Əliyev adına gimnaziya kompleksinin fəaliyyəti, Bakıda Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsi, şəhərlərimiz arasında qardaşlaşma əlaqələri xalqlarımızın mənəvi yaxınlığını nümayiş etdirir. Qırğızıstanın işğaldan azad edilmiş Ağdam rayonunun Xıdırlı kəndində Ayköl Manas adına məktəb inşa etməsi Azərbaycan xalqına göstərilən qardaşlıq və həmrəyliyin çox dəyərli nümunəsidir. Bütün bunlar göstərir ki, Azərbaycanın xarici siyasətinin coğrafiyası davamlı şəkildə genişlənir. Qərblə strateji dialoq, türk və İslam dünyası ilə həmrəylik, Asiya dövlətləri ilə yüksələn əməkdaşlıq, beynəlxalq və regional təşkilatlarda fəal iştirak bir-birini tamamlayan vahid siyasi strategiyanın tərkib hissələridir. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və milli maraqlara əsaslanan siyasətin ən mühüm nəticəsi ondan ibarətdir ki, Azərbaycan bu gün heç bir güc mərkəzindən asılı olmayan, bütün tərəflərlə qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq quran, öz sözünü deyən və mövqeyi ilə hesablaşılan dövlətdir. Şanxay Əməkdaşlıq Təşkilatı ilə genişlənən münasibətlər də Azərbaycanın yeni geosiyasi reallıqlarda artan rolunun daha bir göstəricisidir. Ölkəmizin ŞƏT çərçivəsində fəallığının artması nəqliyyat, enerji, ticarət, investisiya və təhlükəsizlik sahələrində yeni imkanlar yaradacaq, Azərbaycanın Avrasiyanın mühüm siyasi-iqtisadi və nəqliyyat mərkəzlərindən biri kimi mövqeyini daha da gücləndirəcək. Azərbaycanın qazandığı beynəlxalq nüfuz Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasətinin, strateji düşüncəsinin, qətiyyətli siyasi iradəsinin və Azərbaycanın milli maraqlarını bütün platformalarda prinsipial şəkildə müdafiə etməsinin məntiqi nəticəsidir. Güclü dövlət, müstəqil siyasi iradə və etibarlı tərəfdaş imici ilə Azərbaycan yeni dünya düzəninin formalaşmasında öz layiqli yerini tutmaqdadır”.


03 sentyabr 2026-cı il





Oxşar xəbərlər


Xəbər lenti
27 Sentyabrın Tarixi Çağırışı 
2026-09-26
27 Sentyabr - Vətən Məhəbbətinin Şərəf Zirvəsi
2026-09-26
Tarixi Zəfərə və Tam Suverenliyə Gedən Yolun Başlanğıcı
2026-09-26
Biz bu torpaqlarda əbədi olacağıq
2026-09-25
Azərbaycan dağ-mədən sənayəsində yeni mərhələyə qədəm qoyur
2026-09-25
27 Sentyabr — yaddaşın susmadığı gün
2026-09-25
Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu - Bəyanat
2026-09-25
Vətən müharibəsi şanlı tariximiz, şəhid və qazilərimiz qürur mənbəyimizdir
2026-09-25
Tarixi ədalətin bərpasına aparan yol və Azərbaycanın haqq mübarizəsi
2026-09-25
Anım Günü dərin ehtiramın ifadəsidir
2026-09-25
Azərbaycan əvəzolunmaz tərəfdaşa çevrilib
2026-09-25
Azərbaycan Sənayesində Yeni Mərhələ
2026-09-24
2027–2030 Dövlət Proqramı və Qeyri-Neft Sektorunun İnkişafı
2026-09-24
Dağ-Mədən Sənayesində 4 İllik Sürətli İnkişaf Dövrü
2026-09-24
Yeni layihələr yeni imkanlar yaradır
2026-09-24
Təbiət ən böyük sərvətimizdir
2026-09-24
Sərvətlərimiz inkişafın yeni dayağına çevrilir
2026-09-24
301 milyon manatlıq Vejnəli izi: Qarabağın sərvətləri necə talan edildi?
2026-09-23
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
2026-09-22
Türk dünyası bizim ailəmizdir
2026-09-22
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
2026-09-22
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
2026-09-22
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
2026-09-21
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
2026-09-21
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
2026-09-21
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
2026-09-20
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
2026-09-20
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
2026-09-20
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
2026-09-19
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
2026-09-19