Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
27 Sentyabrın Tarixi Çağırışı 
SİYASƏT
27 Sentyabr - Vətən Məhəbbətinin Şərəf Zirvəsi
SİYASƏT
Tarixi Zəfərə və Tam Suverenliyə Gedən Yolun Başlanğıcı
SİYASƏT
Biz bu torpaqlarda əbədi olacağıq
SİYASƏT
Azərbaycan dağ-mədən sənayəsində yeni mərhələyə qədəm qoyur
SİYASƏT
27 Sentyabr — yaddaşın susmadığı gün
SİYASƏT
Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu - Bəyanat
SİYASƏT
Vətən müharibəsi şanlı tariximiz, şəhid və qazilərimiz qürur mənbəyimizdir
SİYASƏT
Tarixi ədalətin bərpasına aparan yol və Azərbaycanın haqq mübarizəsi
SİYASƏT
Anım Günü dərin ehtiramın ifadəsidir
SİYASƏT
Azərbaycan əvəzolunmaz tərəfdaşa çevrilib
SİYASƏT
Azərbaycan Sənayesində Yeni Mərhələ
SİYASƏT
2027–2030 Dövlət Proqramı və Qeyri-Neft Sektorunun İnkişafı
SİYASƏT
Dağ-Mədən Sənayesində 4 İllik Sürətli İnkişaf Dövrü
SİYASƏT
Yeni layihələr yeni imkanlar yaradır
SİYASƏT
Təbiət ən böyük sərvətimizdir
SİYASƏT
Sərvətlərimiz inkişafın yeni dayağına çevrilir
SİYASƏT
301 milyon manatlıq Vejnəli izi: Qarabağın sərvətləri necə talan edildi?
SİYASƏT
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
SİYASƏT
Türk dünyası bizim ailəmizdir
SİYASƏT
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
SİYASƏT
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
SİYASƏT
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
SİYASƏT
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
SİYASƏT
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
SİYASƏT
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
SİYASƏT
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
SİYASƏT
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
SİYASƏT
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
SİYASƏT
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır

301 milyon manatlıq Vejnəli izi: Qarabağın sərvətləri necə talan edildi?

2026-09-23 11:54:10 80 baxış
Xəbər şəkil

"Prezident İlham Əliyevin dağ-mədən və metallurgiya sənayesinin inkişafına həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər bir daha işğal dövründə Azərbaycanın təbii sərvətlərinin üzləşdiyi talanın miqyasını gündəmə gətirdi. Dövlət başçımız çıxışında Ermənistanın 30 ilə yaxın davam edən işğal siyasəti nəticəsində şəhər və kəndlərimizin dağıdılmasını, tarixi-mədəni irsimizin məhv edilməsini, meşələrimizin, su ehtiyatlarımızın və qiymətli yeraltı sərvətlərimizin qanunsuz istismarını xüsusilə olaraq önə çəkdi".

Bu fikirləri Musavat.com-a Milli Məclisin deputatı Günay Ağamalı deyib.

Onun sözlərinə görə, işğal illərində qızıl, mis və digər qiymətli metal yataqlarının qanunsuz istismarı ilə bağlı Azərbaycan tərəfindən illər ərzində müxtəlif faktlar sənədləşdirilib:

"İşğal dövründə təbii sərvətlərimizin qanunsuz istismarında xarici şirkətlərin iştirakına dair faktlar da mövcuddur. Azərbaycan Xarici İşlər Nazirliyinin materiallarında "Base Metals", "Vallex Group" və digər şirkətlərin adı işğal edilmiş ərazilərdə qanunsuz iqtisadi fəaliyyətlə bağlı qeyd olunub. Vejnəli qızıl yatağı bunun konkret nümunələrindən biridir. Azərbaycan Baş Prokurorluğunun açıqladığı məlumata əsasən, istintaq çərçivəsində "Base Metals" QSC-nin 2009–2017-ci illərdə Vejnəli kəndində əlvan metal yataqlarının qanunsuz istismarı nəticəsində 301 milyon 918 min manat qanunsuz gəlir əldə etdiyi müəyyənləşdirilib. Həmin iş üzrə Vartan Sirmakes, Valeriy Mejlumyan və Artur Mkrtumyan təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində beynəlxalq axtarış elan edilib. Bütün bunlar işğalın Azərbaycana vurduğu zərərin yalnız hərbi və siyasi deyil, o cümlədən ciddi iqtisadi və ekoloji fəsadlarının olduğunu göstərir".

GUNAYY.jpg (115 KB)

Parlamentari onu da qeyd edib ki, meşələrin qırılması, təbii ehtiyatların qanunsuz istismarı, su hövzələrinin çirkləndirilməsi və biomüxtəlifliyə vurulan zərər Azərbaycan tərəfindən beynəlxalq müstəvidə də qaldırılıb:

"Azərbaycan 2023-cü ildə Bern Konvensiyası çərçivəsində Ermənistan əleyhinə dövlətlərarası arbitraj prosesinə başlayıb və bu prosesdə ekoloji dağıntılarla bağlı kompensasiya tələbi də irəli sürülüb. Bu baxımdan işğal dövründə Azərbaycana vurulmuş ekoloji və iqtisadi zərərin sənədləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Faktların, ekspert rəylərinin, peyk görüntülərinin, geoloji məlumatların və iqtisadi hesablamaların sistemli şəkildə toplanması Azərbaycanın beynəlxalq hüquqi müstəvidə irəli sürdüyü mövqenin əsaslandırılması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan enerji resurslarının qanunsuz istismarı ilə bağlı Ermənistanın məsuliyyəti məsələsini Enerji Xartiyası Müqaviləsi çərçivəsində beynəlxalq hüquqi müstəviyə çıxarıb. Günümüzdə reallıq başqadır. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, Qarabağ və Şərqi Zəngəzurun təbii sərvətləri üzərində dövlətimizin nəzarəti təmin olunub. Vaxtilə qanunsuz istismara məruz qalan həmin resursların bundan sonra ölkəmizin iqtisadi inkişafına, regionlarda məşğulluğun artırılmasına və yeni sənaye sahələrinin yaradılmasına yönəldilməsi qarşıya qoyulan əsas məqsədlərdəndir. Başlıca hədəf təbii sərvətlərin hasilatı, onların ölkə daxilində emalını genişləndirmək, hazır məhsul istehsalını artırmaq və bu sahədə tam istehsal prosesini formalaşdırmaqdır. Sözügedən yanaşma təbii sərvətlərimizin xammal şəklində ixracından daha yüksək iqtisadi səmərə əldə etməyə, qeyri-neft sənayesinin potensialını və ölkəmizin ixrac imkanlarını genişləndirməyə şərait yaradır. Prezident İlham Əliyevin müəyyən etdiyi strateji yanaşmanın əsasında Azərbaycanın təbii sərvətlərindən səmərəli istifadə edərək qeyri-neft sənayesinin və ixrac potensialının daha da gücləndirilməsi dayanır. Qarabağ və Şərqi Zəngəzurun zəngin mineral ehtiyatlarının milli iqtisadi dövriyyəyə daxil edilməsi həmin ərazilərin dirçəlişinin iqtisadi əsaslarını möhkəmləndirir".

Günay Ağamalı yekun olaraq bildirib:

"Qarşımızda iki tamamilə fərqli mənzərə dayanır. İşğal dövründə talan edilən, qanunsuz istismar olunan təbii sərvətlər və bu gün suveren Azərbaycanın öz sərvətlərini milli maraqlarına, iqtisadi inkişafına və vətəndaşlarının rifahına yönəltməsi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın iqtisadi müstəqilliyini daha da gücləndirir, qeyri-neft sektorunun inkişafını sürətləndirir və təbii sərvətlərimizin ölkəmizin iqtisadi inkişafının mühüm mənbələrindən birinə çevrilməsi üçün geniş imkanlar yaradır".

Oxşar xəbərlər

Xəbər lenti
27 Sentyabrın Tarixi Çağırışı 
2026-09-26
27 Sentyabr - Vətən Məhəbbətinin Şərəf Zirvəsi
2026-09-26
Tarixi Zəfərə və Tam Suverenliyə Gedən Yolun Başlanğıcı
2026-09-26
Biz bu torpaqlarda əbədi olacağıq
2026-09-25
Azərbaycan dağ-mədən sənayəsində yeni mərhələyə qədəm qoyur
2026-09-25
27 Sentyabr — yaddaşın susmadığı gün
2026-09-25
Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu - Bəyanat
2026-09-25
Vətən müharibəsi şanlı tariximiz, şəhid və qazilərimiz qürur mənbəyimizdir
2026-09-25
Tarixi ədalətin bərpasına aparan yol və Azərbaycanın haqq mübarizəsi
2026-09-25
Anım Günü dərin ehtiramın ifadəsidir
2026-09-25
Azərbaycan əvəzolunmaz tərəfdaşa çevrilib
2026-09-25
Azərbaycan Sənayesində Yeni Mərhələ
2026-09-24
2027–2030 Dövlət Proqramı və Qeyri-Neft Sektorunun İnkişafı
2026-09-24
Dağ-Mədən Sənayesində 4 İllik Sürətli İnkişaf Dövrü
2026-09-24
Yeni layihələr yeni imkanlar yaradır
2026-09-24
Təbiət ən böyük sərvətimizdir
2026-09-24
Sərvətlərimiz inkişafın yeni dayağına çevrilir
2026-09-24
301 milyon manatlıq Vejnəli izi: Qarabağın sərvətləri necə talan edildi?
2026-09-23
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
2026-09-22
Türk dünyası bizim ailəmizdir
2026-09-22
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
2026-09-22
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
2026-09-22
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
2026-09-21
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
2026-09-21
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
2026-09-21
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
2026-09-20

2026-09-19
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
2026-09-19