Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Təhsil və hazırlıqlı kadrların yetişdirilməsi hər şeydən önəmlidir
SİYASƏT
27 sentyabr Azərbaycan tarixində qəhrəmanlıq, milli birlik və əbədi ehtiram günüdür - RƏY
SİYASƏT
27 Sentyabrın Tarixi Çağırışı 
SİYASƏT
27 Sentyabr - Vətən Məhəbbətinin Şərəf Zirvəsi
SİYASƏT
Tarixi Zəfərə və Tam Suverenliyə Gedən Yolun Başlanğıcı
SİYASƏT
Biz bu torpaqlarda əbədi olacağıq
SİYASƏT
Azərbaycan dağ-mədən sənayəsində yeni mərhələyə qədəm qoyur
SİYASƏT
27 Sentyabr — yaddaşın susmadığı gün
SİYASƏT
Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu - Bəyanat
SİYASƏT
Vətən müharibəsi şanlı tariximiz, şəhid və qazilərimiz qürur mənbəyimizdir
SİYASƏT
Tarixi ədalətin bərpasına aparan yol və Azərbaycanın haqq mübarizəsi
SİYASƏT
Anım Günü dərin ehtiramın ifadəsidir
SİYASƏT
Azərbaycan əvəzolunmaz tərəfdaşa çevrilib
SİYASƏT
Azərbaycan Sənayesində Yeni Mərhələ
SİYASƏT
2027–2030 Dövlət Proqramı və Qeyri-Neft Sektorunun İnkişafı
SİYASƏT
Dağ-Mədən Sənayesində 4 İllik Sürətli İnkişaf Dövrü
SİYASƏT
Yeni layihələr yeni imkanlar yaradır
SİYASƏT
Təbiət ən böyük sərvətimizdir
SİYASƏT
Sərvətlərimiz inkişafın yeni dayağına çevrilir
SİYASƏT
301 milyon manatlıq Vejnəli izi: Qarabağın sərvətləri necə talan edildi?
SİYASƏT
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
SİYASƏT
Türk dünyası bizim ailəmizdir
SİYASƏT
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
SİYASƏT
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
SİYASƏT
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
SİYASƏT
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
SİYASƏT
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
SİYASƏT
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
SİYASƏT
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
SİYASƏT
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi

27 sentyabr Azərbaycan tarixində qəhrəmanlıq, milli birlik və əbədi ehtiram günüdür - RƏY

2026-09-28 10:09:12 37 baxış
Xəbər şəkil

 

27 sentyabr xalqımızın tarixində şəhidlərimizin əziz xatirəsinin dərin ehtiramla anıldığı, eyni zamanda milli qürur və qəhrəmanlıq ruhunun yaşadıldığı xüsusi gündür. Bu tarix Vətən uğrunda canından keçən qəhrəman övladlarımızın əziz xatirəsini ehtiramla yad etdiyimiz, eyni zamanda xalqımızın sarsılmaz iradəsini, milli birliyini və tarixi Zəfərə aparan yolu andığımız müqəddəs gündür.

Bunu Teleqraf-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı deyib.

O qeyd edib ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı:
"Həmin gün Vətən müharibəsinin, xalqımızın uzun illər gözlədiyi tarixi ədalətin bərpasına aparan Zəfər yolunun başlanğıcı oldu. Möhtərəm Cənab Prezident İlham Əliyevin 2020-ci il 02 dekabr tarixli Sərəncamı ilə sentyabrın 27-si Vətən müharibəsində qəhrəmancasına döyüşərək ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Anım Günü təsis edildi.

Azərbaycan xalqı uzun illər işğalla barışmadı. Münaqişənin sülh yolu ilə həlli üçün aparılan danışıqların nəticəsiz qalması, beynəlxalq hüququn tələblərinin və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icra edilməməsi status-kvonun illərlə davam etməsinə səbəb oldu. Azərbaycan bütün bu illər ərzində öz ərazi bütövlüyünü bərpa etmək əzmini qoruyub saxladı.

44 günlük Vətən müharibəsi milli iradənin təntənəsinə çevrildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Ordumuz döyüş meydanında qəhrəmanlıq salnaməsi yazdı. Şəhər və kəndlərimiz, strateji yüksəkliklərimiz bir-birinin ardınca işğaldan azad edildi. Şuşada dalğalanan üçrəngli Bayrağımız xalqımızın illərlə qəlbində yaşatdığı böyük qayıdış arzusunun gerçəkləşməsinin rəmzinə çevrildi.

Zəfərimizin ən uca zirvəsində şəhidlərimiz dayanır. Şəhidlərimiz Vətən sevgisinin, mərdliyin, şücaətin və fədakarlığın əbədi nümunəsidir. Əsgər və zabitlərimiz sübut etdilər ki, torpaq Vətəndir, tarixdir, milli kimlikdir, əcdadlarımızdan bizə əmanətdir. Müqəddəs əmanətin qorunması naminə canından keçən qardaşlarımız xalqımızın yaddaşında əbədi yaşayacaqlar".

Deputat bildirib ki, Vətən müharibəsi xalqımızın birliyini bütün dünyaya nümayiş etdirdi:

"Cəbhədə Ordumuz, arxada xalqımız eyni amal uğrunda Prezident İlham Əliyevin ətrafında sıx birləşdi. Yaşından, peşəsindən asılı olmayaraq hər kəs ölkəmizin ərazi bütövlüyünün bərpası naminə səfərbər oldu. Prezident, xalq və Ordu birliyi Azərbaycanın ən böyük gücünə çevrildi.

Cənab Prezident İlham Əliyevin söylədiyi kimi, “Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir.” Onların qəhrəmanlığı və fədakarlığı tariximizin ayrılmaz hissəsidir.

Azərbaycan öz qəhrəmanlarının xatirəsini həyata keçirilən dövlət siyasəti ilə yaşadır. Şəhid ailələrinə və qazilərimizə göstərilən diqqət və qayğı, onların sosial müdafiəsinin gücləndirilməsi, şəhidlərimizin adlarının əbədiləşdirilməsi dövlətimizin şəhidlərimizin əziz xatirəsinə və Vətən qarşısında misilsiz xidmətlərinə göstərdiyi ehtiramın ifadəsidir.

Bakıda yaradılan Zəfər parkı və 2025-ci il noyabrın 8-də açılan Zəfər muzeyi sözügedən tarixi yaddaşın gələcək nəsillərə ötürülməsinə xidmət edir. Muzeydə yaradılmış səkkiz ekspozisiya zalı Qarabağın tarixindən 44 günlük Vətən müharibəsinə, Şuşanın azad edilməsindən dövlət suverenliyimizin bərpasına və işğaldan azad olunmuş ərazilərimizin dirçəlişinə qədər böyük tarixi yolu əks etdirir".

Günay Ağamalı vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurda yüksələn əzəmətli bayrağımız, yenidən qurulan şəhər və kəndlərimiz, doğma yurdlarına qayıdan soydaşlarımız şəhidlərimizin qanı bahasına qazanılmış Zəfərin əbədi nişanələridir:
"Azad torpaqlarda qurulan evlər, istifadəyə verilən məktəblər, çəkilən yollar, doğma yurduna qayıdan hər bir şəhidlərimizin müqəddəs ruhuna ehtiramın ifadəsidir.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə qazanılan tarixi Zəfər şəhidlərimizin müqəddəs amalının gerçəkləşməsi, xalqımızın sarsılmaz iradəsinin və milli birliyinin təntənəsi oldu.

Tarixi Zəfəri xalqımıza bəxş edən qətiyyətli siyasi iradəsinə, müdrik rəhbərliyinə və şəhid ailələri ilə qazilərimizə göstərdiyi daim diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlığımızı və təşəkkürümüzü ifadə edirik. Şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyir, onların əziz xatirəsini sonsuz ehtiramla yad edirik. Qazilərimizin qəhrəmanlığı qarşısında dərin minnətdarlığımızı ifadə edirik. Onların Vətən qarşısındakı xidmətləri heç zaman unudulmayacaq".





Oxşar xəbərlər


Xəbər lenti
Təhsil və hazırlıqlı kadrların yetişdirilməsi hər şeydən önəmlidir
2026-09-28
27 sentyabr Azərbaycan tarixində qəhrəmanlıq, milli birlik və əbədi ehtiram günüdür - RƏY
2026-09-28
27 Sentyabrın Tarixi Çağırışı 
2026-09-26
27 Sentyabr - Vətən Məhəbbətinin Şərəf Zirvəsi
2026-09-26
Tarixi Zəfərə və Tam Suverenliyə Gedən Yolun Başlanğıcı
2026-09-26
Biz bu torpaqlarda əbədi olacağıq
2026-09-25
Azərbaycan dağ-mədən sənayəsində yeni mərhələyə qədəm qoyur
2026-09-25
27 Sentyabr — yaddaşın susmadığı gün
2026-09-25
Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu - Bəyanat
2026-09-25
Vətən müharibəsi şanlı tariximiz, şəhid və qazilərimiz qürur mənbəyimizdir
2026-09-25
Tarixi ədalətin bərpasına aparan yol və Azərbaycanın haqq mübarizəsi
2026-09-25
Anım Günü dərin ehtiramın ifadəsidir
2026-09-25
Azərbaycan əvəzolunmaz tərəfdaşa çevrilib
2026-09-25
Azərbaycan Sənayesində Yeni Mərhələ
2026-09-24
2027–2030 Dövlət Proqramı və Qeyri-Neft Sektorunun İnkişafı
2026-09-24
Dağ-Mədən Sənayesində 4 İllik Sürətli İnkişaf Dövrü
2026-09-24
Yeni layihələr yeni imkanlar yaradır
2026-09-24
Təbiət ən böyük sərvətimizdir
2026-09-24
Sərvətlərimiz inkişafın yeni dayağına çevrilir
2026-09-24
301 milyon manatlıq Vejnəli izi: Qarabağın sərvətləri necə talan edildi?
2026-09-23
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
2026-09-22
Türk dünyası bizim ailəmizdir
2026-09-22
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
2026-09-22
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
2026-09-22
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
2026-09-21
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
2026-09-21
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
2026-09-21
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
2026-09-20
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
2026-09-20
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
2026-09-20