Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Bakı ilə Yeni Dehli arasında “buzlar əriyir”-REAKSİYA
SİYASƏT
Bakıda Cənubi Qafqazın yeni reallığı bir daha elan olundu
SİYASƏT
Cəbrayılın azad edilməsi Zəfər yolumuzun mühüm mərhələsi oldu
SİYASƏT
Cəbrayıl yeni inkişaf dövrünü yaşayır
SİYASƏT
27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl
SİYASƏT
Cəbrayılın qürur səhifəsi
SİYASƏT
Müdafiə sənayesində ŞOK SIÇRAYIŞ - Azərbaycan 1,8 milyard avroluq istehsala hazırlaşır
SİYASƏT
Ümummilli Liderin dəyişməz siyasi kursu
SİYASƏT
Azərbaycanın inkişaf yoluna ömrünü həsr edən Ulu Öndər
SİYASƏT
Dövlətçilik tariximizin Heydər Əliyev səhifəsi
SİYASƏT
Milli dövlətçilik siyasətinin sarsılmaz təməlləri
SİYASƏT
Vətənə sədaqətlə xidmətin nümunəsi
SİYASƏT
İqtisadi sabitlik Azərbaycanın yeni inkişaf mərhələsi üçün möhkəm zəmin yaradır
SİYASƏT
Yeni enerji və infrastruktur imkanları Azərbaycanın regional rolunu genişləndirir
SİYASƏT
Sabit və təhlükəsiz Azərbaycan investorların diqqətindədir
SİYASƏT
Təhsil və hazırlıqlı kadrların yetişdirilməsi hər şeydən önəmlidir
SİYASƏT
27 sentyabr Azərbaycan tarixində qəhrəmanlıq, milli birlik və əbədi ehtiram günüdür - RƏY
SİYASƏT
27 Sentyabrın Tarixi Çağırışı 
SİYASƏT
27 Sentyabr - Vətən Məhəbbətinin Şərəf Zirvəsi
SİYASƏT
Tarixi Zəfərə və Tam Suverenliyə Gedən Yolun Başlanğıcı
SİYASƏT
Biz bu torpaqlarda əbədi olacağıq
SİYASƏT
Azərbaycan dağ-mədən sənayəsində yeni mərhələyə qədəm qoyur
SİYASƏT
27 Sentyabr — yaddaşın susmadığı gün
SİYASƏT
Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu - Bəyanat
SİYASƏT
Vətən müharibəsi şanlı tariximiz, şəhid və qazilərimiz qürur mənbəyimizdir
SİYASƏT
Tarixi ədalətin bərpasına aparan yol və Azərbaycanın haqq mübarizəsi
SİYASƏT
Anım Günü dərin ehtiramın ifadəsidir
SİYASƏT
Azərbaycan əvəzolunmaz tərəfdaşa çevrilib
SİYASƏT
Azərbaycan Sənayesində Yeni Mərhələ
SİYASƏT
2027–2030 Dövlət Proqramı və Qeyri-Neft Sektorunun İnkişafı

Bakı ilə Yeni Dehli arasında “buzlar əriyir”-REAKSİYA

2026-10-02 13:17:56 23 baxış
Xəbər şəkil

 

Qırğızıstanın paytaxtı Bişkekdə Prezident İlham Əliyev tədbir çərçivəsində Hindistanın baş naziri Narendra Modi ilə ikitərəfli görüş keçirərək iki ölkə arasında əməkdaşlığın gündəliyini müzakirə edib. Prezident görüş barədə sosial şəbəkə hesabında yazıb: “Bişkekdəki ŞƏT zirvə toplantısı çərçivəsində baş nazir ilə ikitərəfli gündəliyimiz barədə fikir mübadiləsi apardım”. Bu görüşün diqqətçəkən tərəfi isə Bakı ilə Yeni Dehli arasında son illərdə yaranmış siyasi fikir ayrılıqları fonunda baş tutmasıdır. Hindistanın Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv qəbul edilməsinə qarşı çıxdığı barədə diplomatik məlumatlar yayılıb. Hindistan tərəfi bu iddianı rəsmən təsdiqləməsə də, məsələ Bakı-Dehli münasibətlərində narazılıq yaradan mövzulardan biri olaraq qalır.

Digər mühüm problem isə Hindistanın Ermənistanla sürətlə genişlənən hərbi əməkdaşlığıdır. Bütün bunların fonunda Əliyev-Modi görüşü sadəcə protokol xarakterli təmas kimi görünmür. Bakı və Yeni Dehli arasında münasibətlərdə mövcud fikir ayrılıqlarının aradan qaldırılması və əməkdaşlıq üçün yeni imkanların axtarılması ehtimalı diqqət çəkir. Bakı üçün Hindistanla münasibətlərin əhəmiyyəti həm də Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarında rolunun artması ilə bağlıdır. Dehli isə Mərkəzi Asiya və Qafqazla əlaqələrini genişləndirərkən Azərbaycanı mühüm regional tərəfdaşlardan biri kimi nəzərdən keçirir.
İlham Əliyev-Narendra Modi təması bu baxımdan təkcə ikitərəfli münasibətlər deyil, Cənubi Qafqaz və daha geniş Avrasiya məkanında dəyişən əməkdaşlıq xəritəsi fonunda da əhəmiyyət daşıyır. Bakı son dövrlərdə müxtəlif güc mərkəzləri ilə paralel və balanslaşdırılmış münasibətlər qurmaq siyasətini davam etdirir. Hindistanla yüksək səviyyəli siyasi dialoqun intensivləşməsi də Azərbaycanın çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir.

Günay Ağamalı partiyasına yeni mətbuat katibi təyin etdiMilli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı deyib ki, Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində Möhtərəm Cənab Prezident İlham Əliyevlə Hindistanın baş naziri Narendra Modi arasında baş tutan görüş xüsusi diqqət çəkir. Tərəflərin ikitərəfli münasibətlərin aktual məsələlərini müzakirə etməsi Azərbaycan-Hindistan əlaqələrinin gələcək inkişafı baxımından mühüm siyasi əhəmiyyət daşıyır: Son illərdə Bakı ilə Yeni Dehli arasında müəyyən məsələlər üzrə fərqli yanaşmaların mövcudluğu sirr deyil. Xüsusilə Hindistanın Ermənistanla hərbi əməkdaşlığının genişlənməsi Azərbaycanda haqlı narahatlıq doğuran məqamlardandır. Regionda uzunmüddətli sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində mühüm addımların atıldığı bir mərhələdə Ermənistanın silahlandırılması prosesinin davam etdirilməsi sülh gündəliyinin ruhuna uyğun deyil və regionda həssas təhlükəsizlik balansına mənfi təsir göstərə bilər. Bununla yanaşı, Azərbaycan xarici siyasətində qarşılıqlı hörmətə, dövlətlərin suverenliyinə, milli maraqlarına və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlərin tərəfdarıdır. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və praqmatik xarici siyasətin mühüm xüsusiyyətlərindən biri də fikir ayrılıqlarının siyasi dialoq vasitəsilə müzakirə edilməsi və qarşılıqlı maraqlara xidmət edən əməkdaşlıq imkanlarının dəyərləndirilməsidir. Bu baxımdan Cənab Prezident İlham Əliyevlə Baş nazir Narendra Modi arasında keçirilən görüş mövcud məsələlərin açıq siyasi dialoq müstəvisində nəzərdən keçirilməsi və münasibətlərdə yeni imkanların müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir”.

Deputatın sözlərinə görə, dünyada geosiyasi proseslərin sürətlə dəyişdiyi bir vaxtda Azərbaycanla Hindistan arasında qarşılıqlı maraqlara söykənən münasibətlərin inkişaf etdirilməsi hər iki tərəf üçün faydalı perspektivlər yarada bilər: “Azərbaycanın strateji coğrafi mövqeyi, Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən nəqliyyat və logistika imkanları ölkəmizin Avrasiyanın mühüm bağlantı mərkəzlərindən birinə çevrilməsini təmin edir. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı Azərbaycan və Hindistan arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün imkanlar açır. Hindistanın Mərkəzi Asiya və Avropa istiqamətində iqtisadi əlaqələrini şaxələndirmək maraqları fonunda Azərbaycanın tranzit və logistika potensialı xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçımız Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi çoxvektorlu, milli maraqlara əsaslanan və prinsipial xarici siyasət nəticəsində Azərbaycan siyasi və iqtisadi güc mərkəzləri ilə qarşılıqlı faydalı münasibətlər qurur. Ölkəmiz heç bir geosiyasi qarşıdurmanın tərəfinə çevrilmədən öz milli maraqlarını qətiyyətlə müdafiə edir, eyni zamanda əməkdaşlıq və dialoq üçün açıq mövqe nümayiş etdirir. Cənab Prezident İlham Əliyevlə Hindistanın Baş naziri Narendra Modi arasında keçirilən görüş Azərbaycan-Hindistan münasibətlərində siyasi dialoqun inkişafına və qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə yeni imkanlar açır”.
Deputat Azərbaycanın mövqeyinin aydın olduğunu da söylədi: “Ölkəmiz milli maraqlarından və prinsipial mövqeyindən geri çəkilmədən bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı faydalı və uzunmüddətli əməkdaşlığın inkişafında maraqlıdır”.





Oxşar xəbərlər


Xəbər lenti
Bakı ilə Yeni Dehli arasında “buzlar əriyir”-REAKSİYA
2026-10-02
Bakıda Cənubi Qafqazın yeni reallığı bir daha elan olundu
2026-10-02
Cəbrayılın azad edilməsi Zəfər yolumuzun mühüm mərhələsi oldu
2026-10-02
Cəbrayıl yeni inkişaf dövrünü yaşayır
2026-10-02
27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl
2026-10-02
Cəbrayılın qürur səhifəsi
2026-10-02
Müdafiə sənayesində ŞOK SIÇRAYIŞ - Azərbaycan 1,8 milyard avroluq istehsala hazırlaşır
2026-10-01
Ümummilli Liderin dəyişməz siyasi kursu
2026-10-01
Azərbaycanın inkişaf yoluna ömrünü həsr edən Ulu Öndər
2026-10-01
Dövlətçilik tariximizin Heydər Əliyev səhifəsi
2026-10-01
Milli dövlətçilik siyasətinin sarsılmaz təməlləri
2026-10-01
Vətənə sədaqətlə xidmətin nümunəsi
2026-09-30
İqtisadi sabitlik Azərbaycanın yeni inkişaf mərhələsi üçün möhkəm zəmin yaradır
2026-09-29
Yeni enerji və infrastruktur imkanları Azərbaycanın regional rolunu genişləndirir
2026-09-29
Sabit və təhlükəsiz Azərbaycan investorların diqqətindədir
2026-09-29
Təhsil və hazırlıqlı kadrların yetişdirilməsi hər şeydən önəmlidir
2026-09-28
27 sentyabr Azərbaycan tarixində qəhrəmanlıq, milli birlik və əbədi ehtiram günüdür - RƏY
2026-09-28
27 Sentyabrın Tarixi Çağırışı 
2026-09-26
27 Sentyabr - Vətən Məhəbbətinin Şərəf Zirvəsi
2026-09-26
Tarixi Zəfərə və Tam Suverenliyə Gedən Yolun Başlanğıcı
2026-09-26
Biz bu torpaqlarda əbədi olacağıq
2026-09-25
Azərbaycan dağ-mədən sənayəsində yeni mərhələyə qədəm qoyur
2026-09-25
27 Sentyabr — yaddaşın susmadığı gün
2026-09-25
Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu - Bəyanat
2026-09-25
Vətən müharibəsi şanlı tariximiz, şəhid və qazilərimiz qürur mənbəyimizdir
2026-09-25
Tarixi ədalətin bərpasına aparan yol və Azərbaycanın haqq mübarizəsi
2026-09-25
Anım Günü dərin ehtiramın ifadəsidir
2026-09-25
Azərbaycan əvəzolunmaz tərəfdaşa çevrilib
2026-09-25
Azərbaycan Sənayesində Yeni Mərhələ
2026-09-24
2027–2030 Dövlət Proqramı və Qeyri-Neft Sektorunun İnkişafı
2026-09-24