Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: 44 günlük Vətən müharibəsi milli iradəmizin və birliyimizin ən parlaq təcəssümüdür – MÜSAHİBƏ
SİYASƏT
YAP-ın VIII Qurultayı- Gələcəyə İşıq Salan Siyasi Hadisə
SİYASƏT
Xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır
SİYASƏT
Müəllim – gələcəyə işıq saçan insan!
SİYASƏT
"3 Oktyabr müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsidir"
SİYASƏT
“Milli İradədən Tarixi Zəfərə, Zəfərdən Böyük Gələcəyə!”
SİYASƏT
Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır
SİYASƏT
Milli birlik və qətiyyət tarixi Zəfərlərimizin əsas dayağıdır
SİYASƏT
Müstəqil siyasət və milli ideoloji təhlükəsizlik
SİYASƏT
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni mərhələnin başlanğıcını müəyyənləşdirir
SİYASƏT
Cəbrayılın qürur səhifəsi
SİYASƏT
Qələbələrimizin siyasi təməli
SİYASƏT
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
SİYASƏT
Bakı ilə Yeni Dehli arasında “buzlar əriyir”-REAKSİYA
SİYASƏT
Bakıda Cənubi Qafqazın yeni reallığı bir daha elan olundu
SİYASƏT
Cəbrayılın azad edilməsi Zəfər yolumuzun mühüm mərhələsi oldu
SİYASƏT
Cəbrayıl yeni inkişaf dövrünü yaşayır
SİYASƏT
27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl
SİYASƏT
Cəbrayılın qürur səhifəsi
SİYASƏT
Müdafiə sənayesində ŞOK SIÇRAYIŞ - Azərbaycan 1,8 milyard avroluq istehsala hazırlaşır
SİYASƏT
Ümummilli Liderin dəyişməz siyasi kursu
SİYASƏT
Azərbaycanın inkişaf yoluna ömrünü həsr edən Ulu Öndər
SİYASƏT
Dövlətçilik tariximizin Heydər Əliyev səhifəsi
SİYASƏT
Milli dövlətçilik siyasətinin sarsılmaz təməlləri
SİYASƏT
Vətənə sədaqətlə xidmətin nümunəsi
SİYASƏT
İqtisadi sabitlik Azərbaycanın yeni inkişaf mərhələsi üçün möhkəm zəmin yaradır
SİYASƏT
Yeni enerji və infrastruktur imkanları Azərbaycanın regional rolunu genişləndirir
SİYASƏT
Sabit və təhlükəsiz Azərbaycan investorların diqqətindədir
SİYASƏT
Təhsil və hazırlıqlı kadrların yetişdirilməsi hər şeydən önəmlidir
SİYASƏT
27 sentyabr Azərbaycan tarixində qəhrəmanlıq, milli birlik və əbədi ehtiram günüdür - RƏY

Günay Ağamalı: 44 günlük Vətən müharibəsi milli iradəmizin və birliyimizin ən parlaq təcəssümüdür – MÜSAHİBƏ

2026-10-06 20:18:38 30 baxış
Xəbər şəkil

44 günlük Vətən müharibəsi Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində milli iradəmizin, birliyimizin və tarixi ədalət uğrunda mübarizəmizin ən parlaq təcəssümlərindən biridir. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi xalqımızın yaddaşına qəhrəmanlıq, fədakarlıq və Vətən sevgisi ilə yazılıb.

Milli Məclisin deputatı Günay Ağamalı “Aktual Xəbər”ə müsahibəsində Vətən müharibəsinin tarixi əhəmiyyətindən, Zəfərin əldə olunmasında xalq-Ordu birliyinin rolundan, şəhid və qazilərimizin qəhrəmanlığından, tarixi yaddaşın qorunmasının vacibliyindən və işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərindən danışıb.

– Günay xanım, 44 günlük Vətən müharibəsinin Azərbaycan tarixində əhəmiyyətini necə qiymətləndirirsiniz?

– 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində Qələbə, milli iradəmizin, birliyimizin və tarixi ədalət uğrunda mübarizəmizin ən parlaq təcəssümüdür. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən müharibə xalqımızın yaddaşına qəhrəmanlıq, fədakarlıq və Vətən sevgisi ilə yazıldı.

Otuz ilə yaxın müddətdə Azərbaycan torpaqları Ermənistanın işğalı altında qaldı. Yüz minlərlə soydaşımız doğma yurdlarından didərgin salındı, şəhər və kəndlərimiz dağıdıldı, tarixi-mədəni və dini irsimizə qarşı vandalizm törədildi. Beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının qətnamələri uzun illər kağız üzərində qaldı. Azərbaycan isə bütün bu müddət ərzində öz haqqından geri çəkilmədi və ərazi bütövlüyünün bərpasını dövlət siyasətinin əsas prioritetlərindən biri kimi qorudu.

– Zəfərin əldə olunmasında xalqın milli iradəsi və dövlət-Ordu birliyini hansı amillər şərtləndirdi?

– 44 günlük Vətən müharibəsi göstərdi ki, xalqın milli iradəsi, güclü dövlətçilik ənənəsi və qüdrətli Ordu vahid məqsəd ətrafında birləşəndə qarşıya qoyulan ən mürəkkəb tarixi vəzifələri belə həll etmək mümkündür.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Azərbaycan Ordusu döyüş meydanında tarix yazdı. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa və yüzlərlə yaşayış məntəqəsinin azad edilməsi xalqımızın illərlə qəlbində yaşatdığı Böyük Qayıdış arzusunu gerçəyə çevirdi.

Bu Qələbənin arxasında illərlə aparılan məqsədyönlü dövlət siyasəti, müasir ordu quruculuğu, diplomatik mübarizə, xalq-prezident birliyi və Azərbaycan əsgərinin misilsiz qəhrəmanlığı dayanır.

– Vətən müharibəsində şəhid və qazilərimizin göstərdiyi qəhrəmanlığı necə dəyərləndirirsiniz?

– Zəfərimizin ən uca zirvəsində şəhidlərimizin müqəddəs xatirəsi dayanır. Vətən torpaqlarının azadlığı naminə canından keçən qəhrəmanlarımız ölkəmizin ərazi bütövlüyünü öz qanları ilə bərpa etdilər.

Qazilərimizin şücaəti, əsgər və zabitlərimizin mərdliyi xalqımızın qəhrəmanlıq salnaməsinə əbədi həkk olunub. Biz bu Qələbənin hansı böyük fədakarlıqlar bahasına əldə edildiyini heç zaman unutmamalıyıq. Şəhidlərimizin əziz xatirəsinin daim uca tutulması, qazilərimizin və şəhid ailələrinin diqqət və qayğı ilə əhatə olunması dövlətimizin və cəmiyyətimizin mühüm vəzifələrindəndir.

– Zəfər tarixinin gələcək nəsillərə çatdırılması baxımından tarixi yaddaşın rolunu necə qiymətləndirirsiniz?

– Tarixi yaddaş dövlətçiliyin əsas dayaqlarındandır. Keçmişini unudan xalq gələcəyini etibarlı şəkildə qura bilməz. İşğal illərində xalqımızın yaşadığı faciələri, Xocalı soyqırımını, şəhidlərimizin taleyini, Vətən müharibəsinin hər bir qəhrəmanlıq səhifəsini qorumaq və gələcək nəsillərə çatdırmaq ümummilli vəzifədir.

Zəfərimizin tarixini, ona aparan mübarizə yolunu və bu Qələbənin hansı fədakarlıqlar hesabına qazanıldığını gələcək nəsillərə ötürmək bizim mənəvi borcumuzdur. Bu yaddaş müstəqilliyimizin, ərazi bütövlüyümüzün və milli birliyimizin hansı böyük mübarizə və fədakarlıqlar hesabına qorunduğunu gələcək nəsillərə çatdırmağa xidmət edəcək.

– İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərini Zəfərin davamı kimi qiymətləndirmək olarmı?

– Əlbəttə. İşğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı quruculuq və bərpa işləri Vətən müharibəsində əldə olunan Zəfərin davamıdır. Azərbaycan əsgərinin canı və qanı bahasına azad etdiyi doğma torpaqlarımız bu gün dövlətimizin həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq layihələri ilə yenidən dirçəlir.

Qarabağa və Şərqi Zəngəzura həyat qayıdır. Keçmiş məcburi köçkünlərin ata-baba torpaqlarına qayıdışı dövlətimizin qüdrətinin və tarixi ədalətin bərpasının ən mühüm göstəricilərindən biridir. Bu proses Azərbaycanın qarşısında yeni inkişaf perspektivləri açır.

– Bu gün Vətən müharibəsi Zəfərinin əsas mesajı və hər bir Azərbaycanlının qarşısında duran vəzifə nədir?

– 44 günlük Vətən müharibəsi dünyaya sübut etdi ki, Azərbaycan xalqı öz taleyini özü müəyyənləşdirən, haqqını qorumağı bacaran və dövlətinin ətrafında sıx birləşən qüdrətli xalqdır.

Bu gün hər bir Azərbaycanlının üzərinə düşən əsas vəzifə əldə olunmuş tarixi nailiyyətləri qorumaq, milli həmrəyliyimizi daha da möhkəmləndirmək və güclü Azərbaycan dövlətinin gələcəyinə xidmət etməkdir.

Zəfərimiz milli qürurumuz, şəhidlərimiz əbədi yaddaşımız, müstəqil və qüdrətli Azərbaycan isə qoruyub yaşatmalı olduğumuz ən böyük dəyərimizdir. Şəhidlərimizin əziz xatirəsi qarşısında dərin ehtiramla baş əyir, qazilərimizə möhkəm cansağlığı arzulayıram. Uca Tanrı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevi qorusun, qüdrətli Azərbaycanın daha da güclənməsi və dövlətimizin qarşısında duran strateji hədəflərin həyata keçirilməsi yolunda fəaliyyətində daim uğurlar nəsib etsin!

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: 44 günlük Vətən müharibəsi milli iradəmizin və birliyimizin ən parlaq təcəssümüdür – MÜSAHİBƏ
2026-10-06
YAP-ın VIII Qurultayı- Gələcəyə İşıq Salan Siyasi Hadisə
2026-10-06
Xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır
2026-10-06
Müəllim – gələcəyə işıq saçan insan!
2026-10-05
"3 Oktyabr müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsidir"
2026-10-05
“Milli İradədən Tarixi Zəfərə, Zəfərdən Böyük Gələcəyə!”
2026-10-05
Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır
2026-10-05
Milli birlik və qətiyyət tarixi Zəfərlərimizin əsas dayağıdır
2026-10-05
Müstəqil siyasət və milli ideoloji təhlükəsizlik
2026-10-05
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni mərhələnin başlanğıcını müəyyənləşdirir
2026-10-05
Cəbrayılın qürur səhifəsi
2026-10-05
Qələbələrimizin siyasi təməli
2026-10-05
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
2026-10-02
Bakı ilə Yeni Dehli arasında “buzlar əriyir”-REAKSİYA
2026-10-02
Bakıda Cənubi Qafqazın yeni reallığı bir daha elan olundu
2026-10-02
Cəbrayılın azad edilməsi Zəfər yolumuzun mühüm mərhələsi oldu
2026-10-02
Cəbrayıl yeni inkişaf dövrünü yaşayır
2026-10-02
27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl
2026-10-02
Cəbrayılın qürur səhifəsi
2026-10-02
Müdafiə sənayesində ŞOK SIÇRAYIŞ - Azərbaycan 1,8 milyard avroluq istehsala hazırlaşır
2026-10-01
Ümummilli Liderin dəyişməz siyasi kursu
2026-10-01
Azərbaycanın inkişaf yoluna ömrünü həsr edən Ulu Öndər
2026-10-01
Dövlətçilik tariximizin Heydər Əliyev səhifəsi
2026-10-01
Milli dövlətçilik siyasətinin sarsılmaz təməlləri
2026-10-01
Vətənə sədaqətlə xidmətin nümunəsi
2026-09-30
İqtisadi sabitlik Azərbaycanın yeni inkişaf mərhələsi üçün möhkəm zəmin yaradır
2026-09-29

2026-09-28
27 sentyabr Azərbaycan tarixində qəhrəmanlıq, milli birlik və əbədi ehtiram günüdür - RƏY
2026-09-28