Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: “Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında etibarlı tərəfdaşa çevrilib”
SİYASƏT
Güclü Azərbaycan naminə
SİYASƏT
İqtisadi potensial və böyük quruculuq
SİYASƏT
Strateji hədəflərin dolğun ifadəsi
SİYASƏT
Asiya və Avropanı Birləşdirən Yeni Qlobal Güc Mərkəzi
SİYASƏT
Cəbrayılın bugünkü mənzərəsi iki dövr arasındakı böyük fərqin ifadəsidir - RƏY
SİYASƏT
Bakı və Mərkəzi Asiyanın Sarsılmaz Strateji Güc Son illərdə Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya regionu ilə əlaqələrin genişləndirilməsi xüsusi prioritet istiqamətə çevrilmişdir.
SİYASƏT
Günay Ağamalı: 44 günlük Vətən müharibəsi milli iradəmizin və birliyimizin ən parlaq təcəssümüdür – MÜSAHİBƏ
SİYASƏT
YAP-ın VIII Qurultayı- Gələcəyə İşıq Salan Siyasi Hadisə
SİYASƏT
Xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır
SİYASƏT
Müəllim – gələcəyə işıq saçan insan!
SİYASƏT
"3 Oktyabr müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsidir"
SİYASƏT
“Milli İradədən Tarixi Zəfərə, Zəfərdən Böyük Gələcəyə!”
SİYASƏT
Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır
SİYASƏT
Milli birlik və qətiyyət tarixi Zəfərlərimizin əsas dayağıdır
SİYASƏT
Müstəqil siyasət və milli ideoloji təhlükəsizlik
SİYASƏT
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni mərhələnin başlanğıcını müəyyənləşdirir
SİYASƏT
Cəbrayılın qürur səhifəsi
SİYASƏT
Qələbələrimizin siyasi təməli
SİYASƏT
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
SİYASƏT
Bakı ilə Yeni Dehli arasında “buzlar əriyir”-REAKSİYA
SİYASƏT
Bakıda Cənubi Qafqazın yeni reallığı bir daha elan olundu
SİYASƏT
Cəbrayılın azad edilməsi Zəfər yolumuzun mühüm mərhələsi oldu
SİYASƏT
Cəbrayıl yeni inkişaf dövrünü yaşayır
SİYASƏT
27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl
SİYASƏT
Cəbrayılın qürur səhifəsi
SİYASƏT
Müdafiə sənayesində ŞOK SIÇRAYIŞ - Azərbaycan 1,8 milyard avroluq istehsala hazırlaşır
SİYASƏT
Ümummilli Liderin dəyişməz siyasi kursu
SİYASƏT
Azərbaycanın inkişaf yoluna ömrünü həsr edən Ulu Öndər
SİYASƏT
Dövlətçilik tariximizin Heydər Əliyev səhifəsi

Güclü Azərbaycan naminə

2026-10-10 14:08:09 7 baxış
Xəbər şəkil

 

Azərbaycanın müasir tarixində mühüm siyasi və strateji əhəmiyyət daşıyan yeni mərhələ başlayıb. Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması Azərbaycanın qarşısında yeni inkişaf perspektivləri açıb, milli hədəflərini və gələcək vəzifələrini daha da aktuallaşdırıb. Məhz belə mühüm tarixi şəraitdə 2026-cı il oktyabrın 2-də keçirilən Yeni Azərbaycan Partiyasının VIII Qurultayı xüsusi siyasi əhəmiyyət daşıyır. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra ilk dəfə keçirilən qurultay ölkəmizin qarşısında dayanan yeni vəzifələrin müəyyənləşdirilməsi baxımından mühüm hadisədir.
Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev qurultaydakı nitqində tədbirin yeni ictimai-siyasi və geosiyasi şəraitdə keçirildiyini vurğulayaraq Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərə, bölgədə yaranmış yeni reallıqlara və qarşıda duran vəzifələrə diqqət çəkib. Dövlət başçısı İkinci Qarabağ müharibəsində qazanılmış tarixi Zəfərin əhəmiyyətindən, 2023-cü il sentyabrın 20-də ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından danışıb.
Bu tarixi nəticələrə aparan yol Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası ilə sıx bağlıdır. VIII Qurultayda Ulu Öndərin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, dövlətçiliyimizin qorunması və inkişafı istiqamətindəki misilsiz xidmətləri xüsusi qeyd olunub. Prezident İlham Əliyev Heydər Əliyevin tarixi roluna toxunaraq bildirib ki, Ulu Öndər Azərbaycanda olmadığı dövrdə baş verən hadisələrə fərqli yanaşılardı və əgər həmin vaxt ölkədə olsaydı, Qarabağda separatizm meyillərinin baş qaldırmasına imkan verməzdi.
Bu fikirlər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin formalaşması və möhkəmlənməsindəki rolunun miqyasını bir daha nümayiş etdirir. Bu gün Ulu Öndərin müəyyənləşdirdiyi siyasi xətt Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilir. Güclü dövlət quruculuğu, iqtisadi müstəqilliyin möhkəmləndirilməsi, milli maraqların qorunması, ordunun gücünün artırılması və Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmləndirilməsi bu siyasətin başlıca istiqamətləridir.
VIII Qurultayda diqqət yetirilən mühüm məsələlərdən biri də ideoloji işin müasir tələblərə uyğun təşkili və bu sahədə yeni yanaşmaların tətbiqidir. Prezident İlham Əliyev partiyanın qarşısında duran vəzifələrdən danışarkən Azərbaycanın real nailiyyətlərinin cəmiyyətə çatdırılmasının, formal tədbirlərdən və şablon yanaşmalardan uzaqlaşmağın vacibliyini xüsusi vurğulayıb. Dövlət başçısının qurultaydakı çıxışında səsləndirdiyi fikirlər bu baxımdan xüsusi əhəmiyyət daşıyır:
“İdeoloji işimiz, o cümlədən partiya fəalları tərəfindən elə aparılmalıdır ki, Azərbaycan reallıqları, ölkəmizdə gedən işlər, çox müsbət ab-hava daim ictimai müzakirədə olsun. Bu gün Azərbaycanda elə genişmiqyaslı quruculuq işləri aparılır ki, bilmirəm hansı ölkədə buna bənzər quruculuq işləri var. Mən təkcə Qarabağı, Şərqi Zəngəzuru nəzərdə tutmuram, halbuki orada da misli görünməmiş inkişaf var, hər bir bölgədə. Ona görə ideoloji işin düzgün qurulması, şablonlardan əl çəkmək, hansısa formal xarakter daşıyan tədbirlərdən əl çəkmək vaxtı gəlib çatıb. Yəni yeni, müasir ideoloji işlər aparılmalıdır. Bizim üstünlüyümüz ondan ibarətdir ki, bəzi ölkələrdən fərqli olaraq bizə əfsanə yaratmaq lazım deyil. Bəzi ölkələrdə bəzi rəhbərlər həm keçmişdə olan bəzi nailiyyətləri öz adlarına çıxarmaq istəyirlər, yaxud da ki, tarixi təhrif edərək öz rollarını şişirtmək istəyirlər, bizə bu lazım deyil. Bizə lazımdır ki, həqiqətlər hər bir vətəndaşa çatsın.”
Prezidentin bu çağırışı ideoloji fəaliyyətin mahiyyətini və gələcək istiqamətlərini aydın şəkildə ortaya qoyur. Azərbaycanın qazandığı nailiyyətlər, həyata keçirilən genişmiqyaslı layihələr, ölkənin iqtisadi və siyasi potensialının artması, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri cəmiyyətə dolğun və obyektiv şəkildə çatdırılmalıdır. Bunun üçün müasir kommunikasiya imkanlarından səmərəli istifadə edilməli, ictimaiyyətlə əlaqələr daha çevik qurulmalı, xüsusilə gənclərin maraq və informasiya tələbatı nəzərə alınmalıdır.
Bu prosesdə gənclərin üzərinə mühüm məsuliyyət düşür. Azərbaycan reallıqlarını dərindən bilmək, milli tariximizi öyrənmək, qazanılmış Zəfərin əhəmiyyətini düzgün dərk etmək və həqiqətlərin geniş ictimaiyyətə çatdırılmasında fəal iştirak etmək gənclərin qarşısında duran əsas vəzifələrdəndir. Dövlətçilik ənənələrinə bağlılıq, milli-mənəvi dəyərlərə hörmət, bilik və savad müasir dövrdə gənclərin ictimai mövqeyini müəyyənləşdirən mühüm amillərdir.
İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi, sosial şəbəkələrin ictimai rəyə təsir imkanlarının genişləndiyi və süni intellektin yeni imkanlar yaratdığı müasir dövrdə informasiya savadlılığı da xüsusi əhəmiyyət kəsb edir. Belə bir şəraitdə gənclərin yalnız məlumat əldə etməsi deyil, həm də informasiyanı düzgün qiymətləndirməsi, tarixi faktları təhriflərdən ayırması və əsaslandırılmış mövqe nümayiş etdirməsi vacibdir. Təhsil, elmi biliklərə yiyələnmək, müasir texnologiyaları mənimsəmək və vətənpərvərlik ruhunda formalaşmaq bu baxımdan mühüm rol oynayır.
Gənc nəslin üzərinə düşən vəzifələrdən biri də Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsini dərindən öyrənmək, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi nailiyyətləri düzgün qiymətləndirmək və bu irsin gələcək nəsillərə çatdırılmasına töhfə verməkdir. Çünki dövlətimizin gələcək inkişafı həm də milli dəyərləri qoruyan, müasir biliklərə yiyələnən, təşəbbüskar və məsuliyyətli gənclərin fəaliyyətindən asılıdır.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri davam edir, Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına qayıdan insanların məskunlaşması və bölgələrin iqtisadi potensialının bərpası istiqamətində mühüm addımlar atılır. Qarşıda duran əsas vəzifələr əldə edilmiş tarixi nailiyyətləri qorumaq, dövlətimizin gücünü daha da artırmaq, ölkəmizin hərtərəfli inkişafını təmin etmək və gələcək nəsillər üçün möhkəm təməl yaratmaqdır.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayında müəyyənləşdirilən vəzifələr də bu hədəflərə çatmaq baxımından mühüm istiqamət verir. Partiyanın üzvləri, fəallar və xüsusilə gənclər ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməli, müasir çağırışlara uyğun təşəbbüslərlə çıxış etməli və Azərbaycanın inkişafına öz töhfələrini verməlidirlər. Azərbaycan gəncliyinin biliyi, təşəbbüskarlığı, vətənpərvərliyi və dövlətçilik mövqeyi ölkəmizin gələcək inkişafında mühüm rol oynayacaq. Tarixi nailiyyətlərdən güc alan, müasir dünyanın çağırışlarına hazır olan və milli maraqları rəhbər tutan gənc nəsil Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi naminə qarşıya qoyulan məqsədlərin həyata keçirilməsinə layiqli töhfə verə bilər.

Nübar Bayramova,
Salyan Rayon Heydər Əliyev Mərkəzinin direktoru, YAP-nın VIII Qurultayının nümayəndəsi





Oxşar xəbərlər


Xəbər lenti
Günay Ağamalı: “Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında etibarlı tərəfdaşa çevrilib”
2026-10-10
Güclü Azərbaycan naminə
2026-10-10
İqtisadi potensial və böyük quruculuq
2026-10-10
Strateji hədəflərin dolğun ifadəsi
2026-10-09
Asiya və Avropanı Birləşdirən Yeni Qlobal Güc Mərkəzi
2026-10-09
Cəbrayılın bugünkü mənzərəsi iki dövr arasındakı böyük fərqin ifadəsidir - RƏY
2026-10-08
Bakı və Mərkəzi Asiyanın Sarsılmaz Strateji Güc Son illərdə Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya regionu ilə əlaqələrin genişləndirilməsi xüsusi prioritet istiqamətə çevrilmişdir.
2026-10-08
Günay Ağamalı: 44 günlük Vətən müharibəsi milli iradəmizin və birliyimizin ən parlaq təcəssümüdür – MÜSAHİBƏ
2026-10-06
YAP-ın VIII Qurultayı- Gələcəyə İşıq Salan Siyasi Hadisə
2026-10-06
Xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır
2026-10-06
Müəllim – gələcəyə işıq saçan insan!
2026-10-05
"3 Oktyabr müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsidir"
2026-10-05
“Milli İradədən Tarixi Zəfərə, Zəfərdən Böyük Gələcəyə!”
2026-10-05
Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır
2026-10-05
Milli birlik və qətiyyət tarixi Zəfərlərimizin əsas dayağıdır
2026-10-05
Müstəqil siyasət və milli ideoloji təhlükəsizlik
2026-10-05
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni mərhələnin başlanğıcını müəyyənləşdirir
2026-10-05
Cəbrayılın qürur səhifəsi
2026-10-05
Qələbələrimizin siyasi təməli
2026-10-05
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
2026-10-02
Bakı ilə Yeni Dehli arasında “buzlar əriyir”-REAKSİYA
2026-10-02
Bakıda Cənubi Qafqazın yeni reallığı bir daha elan olundu
2026-10-02
Cəbrayılın azad edilməsi Zəfər yolumuzun mühüm mərhələsi oldu
2026-10-02
Cəbrayıl yeni inkişaf dövrünü yaşayır
2026-10-02
27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl
2026-10-02
Cəbrayılın qürur səhifəsi
2026-10-02
Müdafiə sənayesində ŞOK SIÇRAYIŞ - Azərbaycan 1,8 milyard avroluq istehsala hazırlaşır
2026-10-01
Ümummilli Liderin dəyişməz siyasi kursu
2026-10-01
Azərbaycanın inkişaf yoluna ömrünü həsr edən Ulu Öndər
2026-10-01
Dövlətçilik tariximizin Heydər Əliyev səhifəsi
2026-10-01