Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Azərbaycanın iqtisadi inkişaf strategiyası. Güclü dövlət, dayanıqlı iqtisadiyyat və yeni investisiya imkanları böyükdür
SİYASƏT
Qarşılıqlı etimad birliyimizi daha da möhkəmləndirir
SİYASƏT
Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığında yeni mərhələ
SİYASƏT
Azərbaycanın regional mövqeyi və beynəlxalq əməkdaşlığın genişlənməsi
SİYASƏT
Regional əməkdaşlıq yeni iqtisadi imkanlar yaradır
SİYASƏT
Qardaşlıq münasibətləri həmrəyliyimizin və ortaq gələcəyimizin əsasını təşkil edir
SİYASƏT
Strateji hədəflərin dolğun ifadəsi
SİYASƏT
"Məktəblərimiz bilik, vətənpərvərlik, milli birlik və yüksək mənəvi dəyərlərin ünvanı olmalıdır"
SİYASƏT
Azərbaycanlılara görə İrəvanda PANİKA
SİYASƏT
Günay Ağamalı: “Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında etibarlı tərəfdaşa çevrilib”
SİYASƏT
Güclü Azərbaycan naminə
SİYASƏT
İqtisadi potensial və böyük quruculuq
SİYASƏT
Strateji hədəflərin dolğun ifadəsi
SİYASƏT
Asiya və Avropanı Birləşdirən Yeni Qlobal Güc Mərkəzi
SİYASƏT
Cəbrayılın bugünkü mənzərəsi iki dövr arasındakı böyük fərqin ifadəsidir - RƏY
SİYASƏT
Bakı və Mərkəzi Asiyanın Sarsılmaz Strateji Güc Son illərdə Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya regionu ilə əlaqələrin genişləndirilməsi xüsusi prioritet istiqamətə çevrilmişdir.
SİYASƏT
Günay Ağamalı: 44 günlük Vətən müharibəsi milli iradəmizin və birliyimizin ən parlaq təcəssümüdür – MÜSAHİBƏ
SİYASƏT
YAP-ın VIII Qurultayı- Gələcəyə İşıq Salan Siyasi Hadisə
SİYASƏT
Xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır
SİYASƏT
Müəllim – gələcəyə işıq saçan insan!
SİYASƏT
"3 Oktyabr müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsidir"
SİYASƏT
“Milli İradədən Tarixi Zəfərə, Zəfərdən Böyük Gələcəyə!”
SİYASƏT
Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır
SİYASƏT
Milli birlik və qətiyyət tarixi Zəfərlərimizin əsas dayağıdır
SİYASƏT
Müstəqil siyasət və milli ideoloji təhlükəsizlik
SİYASƏT
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni mərhələnin başlanğıcını müəyyənləşdirir
SİYASƏT
Cəbrayılın qürur səhifəsi
SİYASƏT
Qələbələrimizin siyasi təməli
SİYASƏT
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
SİYASƏT
Bakı ilə Yeni Dehli arasında “buzlar əriyir”-REAKSİYA

Azərbaycanın iqtisadi inkişaf strategiyası. Güclü dövlət, dayanıqlı iqtisadiyyat və yeni investisiya imkanları böyükdür

2026-10-12 22:08:22 21 baxış
Xəbər şəkil

 

Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda səsləndirdiyi fikirlər ölkəmizin iqtisadi inkişafının yeni mərhələsini, strateji hədəflərini və qlobal iqtisadi sistemdə artan rolunu aydın şəkildə nümayiş etdirir. Dövlətimizin başçısının çıxışı Azərbaycanın əldə etdiyi iqtisadi nailiyyətlərin, həyata keçirilən ardıcıl islahatların və gələcəyə hesablanmış çoxşaxəli inkişaf siyasətinin əhatəli təqdimatı olmaqla yanaşı, beynəlxalq investorlar üçün mühüm siyasi və iqtisadi mesajlarla zəngin idi.

Bunu Teleqraf-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı deyib.

O qeyd edib ki, müasir beynəlxalq münasibətlər sistemində geosiyasi qarşıdurmaların, iqtisadi qeyri-müəyyənliklərin və qlobal təchizat zəncirlərində yaranan çətinliklərin artdığı dövrdə Azərbaycanın siyasi sabitliyini, iqtisadi dayanıqlığını və maliyyə müstəqilliyini qoruyub saxlaması Prezident İlham Əliyevin uzaqgörən və praqmatik siyasətinin nəticəsidir:
"Dövlətimizin başçısının vurğuladığı kimi, sabit iqtisadiyyat və müstəqil maliyyə sistemi olmadan gələcək inkişaf perspektivlərindən danışmaq mümkün deyil. Bu baxımdan Azərbaycanın ötən illər ərzində formalaşdırdığı möhkəm iqtisadi təməl ölkəmizin uzunmüddətli strateji məqsədlərinə nail olması üçün etibarlı zəmin yaradır.

Son 20 ildə Azərbaycan iqtisadiyyatına 350 milyard ABŞ dollarından artıq investisiyanın cəlb olunması, bunun təxminən yarısının birbaşa xarici sərmayələrin payına düşməsi beynəlxalq biznes dairələrinin ölkəmizə olan etimadının bariz göstəricisidir. Sözügedən rəqəmlərin arxasında siyasi iradə, düşünülmüş iqtisadi strategiya, investorların hüquqlarının qorunması və dövlətin beynəlxalq öhdəliklərinə sadiqliyi, prinsipial mövqeyi və etibarlı tərəfdaşlıq siyasəti dayanır.

Azərbaycanın investisiya cəlbediciliyini şərtləndirən əsas amillərdən biri iqtisadi müstəqilliyin güclü maliyyə təminatı ilə möhkəmləndirilməsidir. Ölkə başçımız Cənab İlham Əliyevin diqqətə çatdırdığı göstəricilər ölkəmizin maliyyə təhlükəsizliyi baxımından əlverişli mövqeyini təsdiqləyir. Xarici dövlət borcunun ümumi daxili məhsulun cəmi 5,6 faizini təşkil etməsi, valyuta ehtiyatlarının xarici borcu təxminən 20 dəfə üstələməsi və milli valyutanın uzun illərdir sabitliyini qoruması Azərbaycanın iqtisadi idarəetmə modelinin mühüm üstünlüklərindəndir.

Bütün bu nailiyyətlərin əsasında Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyasının dövlət başçımız Cənab İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə uğurla davam etdirilməsi dayanır. Vaxtilə ciddi iqtisadi böhran, siyasi qeyri-sabitlik və dövlətçilik təhlükəsi ilə üzləşmiş Azərbaycanın günümüzdə regionun aparıcı iqtisadi və enerji mərkəzlərindən birinə çevrilməsi tarixi inkişaf yolumuzun ən mühüm nəticələrindəndir.

Ölkə rəhbərimiz Cənab İlham Əliyevin çıxışında xüsusi diqqət yetirilən istiqamətlərdən biri iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafının sürətləndirilməsidir. Bu gün ümumi daxili məhsulun 70 faizindən çoxunun qeyri-neft sektorunda formalaşması aparılan iqtisadi siyasətin nəticələrini göstərir. Bununla belə, ixracda neft və qazın payının hələ də yüksək olması iqtisadi diversifikasiyanın daha da dərinləşdirilməsini zəruri edir".

Deputat bildirib ki, bu mənada bərpaolunan enerji, rəqəmsal texnologiyalar, süni intellekt, mədənçilik, kənd təsərrüfatı, logistika və nəqliyyat sahələrinin prioritet istiqamətlər kimi müəyyənləşdirilməsi Azərbaycanın gələcək iqtisadi inkişaf modelinin əsas konturlarını ortaya qoyur:
"Xüsusilə bərpaolunan enerji sahəsində mövcud potensial ölkəmizin qlobal enerji bazarındakı mövqeyinin daha da güclənməsinə xidmət edir. Xəzər dənizinin Azərbaycan sektorunda 157 giqavatlıq külək enerjisi potensialının mövcudluğu, Günəş və külək elektrik stansiyalarının inkişaf etdirilməsi, yeni enerji ötürücü xətlərinin yaradılması ölkəmizin ənənəvi enerji ixracatçısından çoxşaxəli enerji təchizatçısına çevrilməsi baxımından strateji əhəmiyyət daşıyır.

Azərbaycanın Özbəkistan və Qazaxıstanla Xəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilməsi istiqamətində əməkdaşlığı, eləcə də Qara dəniz vasitəsilə Avropaya yaşıl enerjinin ixracını nəzərdə tutan layihələr enerji təhlükəsizliyi sahəsində beynəlxalq tərəfdaşlığın yeni imkanlarını formalaşdırır. Adıçəkilən layihələr Azərbaycanın geniş coğrafiyanın enerji təhlükəsizliyini nəzərə alan məsuliyyətli tərəfdaş olduğunu nümayiş etdirir.

Azərbaycanın geostrateji mövqeyinin iqtisadi üstünlüyə çevrilməsi Möhtərəm Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nailiyyətlərindəndir. Dəmir yollarına, avtomobil magistrallarına, beynəlxalq hava limanlarına və dəniz limanı infrastrukturuna yönəldilən böyük investisiyalar ölkəmiz Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin mühüm iştirakçısına çevrilib. Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin artması və 2030-cu ilədək bu göstəricinin 25 milyon tona çatdırılmasının hədəflənməsi ölkəmizin beynəlxalq logistika sistemində artan əhəmiyyətinin göstəricisidir.

Sözügedən prosesdə qonşu dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi, regional bağlantıların genişləndirilməsi və gömrük idarəçiliyinin rəqəmsallaşdırılması xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın Mərkəzi Asiya ilə siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin yeni mərhələyə yüksəlməsi ölkəmizin Avropa ilə Asiya arasında etibarlı körpü rolunu daha da möhkəmləndirir.

Dövlətimizin başçısının çıxışında rəqəmsal transformasiya, süni intellekt və insan kapitalının inkişafı məsələləri strateji əhəmiyyət daşıyan prioritet istiqamətlər kimi önə çəkilir. Müasir dünyada dövlətlərin rəqabət qabiliyyəti təbii sərvətlərlə və innovasiya potensialı, texnoloji imkanları, peşəkar insan resursları ilə müəyyən olunur.

Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, ixtisaslı kadrlar olmadan qarşıya qoyulan strateji məqsədlərə nail olmaq mümkün deyil. Gənclərin xaricdə təhsilinin dəstəklənməsi, beynəlxalq təcrübənin ölkəmizə gətirilməsi, kibertəhlükəsizlik və informasiya texnologiyaları sahəsində yeni imkanların yaradılması gələcəyin iqtisadiyyatına qoyulan ən dəyərli sərmayələrdəndir.

Forumda ərzaq təhlükəsizliyi məsələsinə toxunulması dövlət siyasətində sosial-iqtisadi sahənin prioritet olduğunu göstərir. Qlobal iqlim dəyişiklikləri, su ehtiyatlarının məhdudlaşması və beynəlxalq ərzaq bazarlarında müşahidə edilən risklər fonunda kənd təsərrüfatının modernləşdirilməsi, yerli istehsalın artırılması və idxaldan asılılığın azaldılması strateji zərurətə çevrilir.

Bu baxımdan aqrar sektora investisiyaların təşviqi, müasir suvarma sistemlərinin tətbiqi, kənd təsərrüfatında innovativ texnologiyalardan istifadənin genişləndirilməsi həm ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, həm də regionlarda məşğulluğun artırılmasına xidmət edəcək".

Günay Ağamalı vurğulayıb ki, Prezident İlham Əliyevin çıxışının mühüm siyasi məqamlarından biri də Azərbaycanın müstəqillik tarixində keçdiyi mürəkkəb yolun və əldə etdiyi tarixi nailiyyətlərin beynəlxalq auditoriyaya təqdim olunması idi:
"1990-cı illərin əvvəllərində Ermənistanın hərbi təcavüzü, torpaqlarımızın işğalı, yüz minlərlə soydaşımızın doğma yurdlarından didərgin salınması, iqtisadi tənəzzül və siyasi qarşıdurmalar Azərbaycan dövlətçiliyini ciddi təhlükə ilə üz-üzə qoymuşdu.

Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı dövlətçiliyimizin qorunmasını, siyasi sabitliyin bərpasını və iqtisadi dirçəlişin əsaslarının yaradılmasını təmin etdi. Ölkə başçımız Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan güclü iqtisadiyyata, müasir orduya və müstəqil xarici siyasətə malik qüdrətli dövlətdir.

44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü ilin sentyabrında dövlət suverenliyimizin tam bərpası Azərbaycanın siyasi, hərbi və iqtisadi gücünün vəhdətini bütün dünyaya nümayiş etdirdi.

Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin etmiş dövlət, regionda yeni iqtisadi əməkdaşlıq imkanlarının, nəqliyyat bağlantılarının və enerji təhlükəsizliyinin formalaşmasında fəal iştirak edən mühüm beynəlxalq tərəfdaşdır.

Azərbaycan iqtisadi inkişafımız müstəqil siyasi iradəyə, milli maraqlara və uzunmüddətli strateji baxışa əsaslanır. Dövlətimizin başçısının beynəlxalq investorlar qarşısında səsləndirdiyi fikirlər bir daha təsdiqləyir ki, ölkəmiz yeni əməkdaşlıq istiqamətlərinin formalaşdırılmasında fəal iştirak edir.

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində beynəlxalq şirkətlərlə əməkdaşlığın genişləndirilməsi istiqamətində aparılan müzakirələr və imzalanan sənədlər ölkəmizə göstərilən iqtisadi marağın və qarşılıqlı etimadın mühüm ifadəsidir. Bu əməkdaşlıq imkanları yeni texnologiyaların tətbiqi, əlavə investisiyaların cəlb edilməsi, istehsal potensialının genişləndirilməsi və yüksək ixtisaslı iş yerlərinin yaradılması baxımından əhəmiyyətli perspektivlər açır.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü iqtisadi siyasət Azərbaycanın beynəlxalq nüfuzunu daha da möhkəmləndirir, ölkəmizin investisiya imkanlarını genişləndirir və gələcək inkişafı üçün yeni strateji üfüqlər açır.

Azərbaycan ölkə başçımızın rəhbərliyi ilə siyasi sabitliyi, iqtisadi müstəqilliyi, maliyyə dayanıqlılığı və etibarlı tərəfdaşlıq prinsipləri ilə seçilən dövlətdir. Qarşıya qoyulan yeni hədəflər Azərbaycanın gələcək nəsillər üçün daha innovativ, rəqabətqabiliyyətli və firavan ölkənin formalaşdırılmasına xidmət edir".





Oxşar xəbərlər


Xəbər lenti
Azərbaycanın iqtisadi inkişaf strategiyası. Güclü dövlət, dayanıqlı iqtisadiyyat və yeni investisiya imkanları böyükdür
2026-10-12
Qarşılıqlı etimad birliyimizi daha da möhkəmləndirir
2026-10-12
Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığında yeni mərhələ
2026-10-12
Azərbaycanın regional mövqeyi və beynəlxalq əməkdaşlığın genişlənməsi
2026-10-12
Regional əməkdaşlıq yeni iqtisadi imkanlar yaradır
2026-10-12
Qardaşlıq münasibətləri həmrəyliyimizin və ortaq gələcəyimizin əsasını təşkil edir
2026-10-12
Strateji hədəflərin dolğun ifadəsi
2026-10-12
"Məktəblərimiz bilik, vətənpərvərlik, milli birlik və yüksək mənəvi dəyərlərin ünvanı olmalıdır"
2026-10-12
Azərbaycanlılara görə İrəvanda PANİKA
2026-10-12
Günay Ağamalı: “Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında etibarlı tərəfdaşa çevrilib”
2026-10-10
Güclü Azərbaycan naminə
2026-10-10
İqtisadi potensial və böyük quruculuq
2026-10-10
Strateji hədəflərin dolğun ifadəsi
2026-10-09
Asiya və Avropanı Birləşdirən Yeni Qlobal Güc Mərkəzi
2026-10-09
Cəbrayılın bugünkü mənzərəsi iki dövr arasındakı böyük fərqin ifadəsidir - RƏY
2026-10-08
Bakı və Mərkəzi Asiyanın Sarsılmaz Strateji Güc Son illərdə Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya regionu ilə əlaqələrin genişləndirilməsi xüsusi prioritet istiqamətə çevrilmişdir.
2026-10-08
Günay Ağamalı: 44 günlük Vətən müharibəsi milli iradəmizin və birliyimizin ən parlaq təcəssümüdür – MÜSAHİBƏ
2026-10-06
YAP-ın VIII Qurultayı- Gələcəyə İşıq Salan Siyasi Hadisə
2026-10-06
Xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır
2026-10-06
Müəllim – gələcəyə işıq saçan insan!
2026-10-05
"3 Oktyabr müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsidir"
2026-10-05
“Milli İradədən Tarixi Zəfərə, Zəfərdən Böyük Gələcəyə!”
2026-10-05
Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır
2026-10-05
Milli birlik və qətiyyət tarixi Zəfərlərimizin əsas dayağıdır
2026-10-05
Müstəqil siyasət və milli ideoloji təhlükəsizlik
2026-10-05
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni mərhələnin başlanğıcını müəyyənləşdirir
2026-10-05
Cəbrayılın qürur səhifəsi
2026-10-05
Qələbələrimizin siyasi təməli
2026-10-05
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
2026-10-02
Bakı ilə Yeni Dehli arasında “buzlar əriyir”-REAKSİYA
2026-10-02