Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
18 Oktyabr Müstəqilliyimizin Bərpası Günü milli iradəmizin, dövlətçilik əzmimizin və suverenliyimizin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Müstəqilliyimizin gücü Zəfərimizdə, Zəfərimizin təntənəsi Böyük Qayıdışdadır – ŞƏRH
SİYASƏT
18 Oktyabr — Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür!
SİYASƏT
Azərbaycanın beynəlxalq mövqeyi və əməkdaşlıq imkanları
SİYASƏT
Azərbaycan hər zaman ədalətin və beynəlxalq hüququn yanındadır
SİYASƏT
Azərbaycanın tarixi Qələbəsi və sülhə aparan yol
SİYASƏT
Azərbaycanın müstəqil siyasəti və beynəlxalq hüququn aliliyi
SİYASƏT
Deputat: Füzuli tarixi Zəfərimizin təntənəsi, Böyük Qayıdışın nümunəsidir
SİYASƏT
İqtisadi tərəfdaşlıq yeni imkanlar yaradır
SİYASƏT
Humanitar əlaqələr xalqlar arasında dostluğun möhkəm təməlidir
SİYASƏT
Azərbaycan-Laos münasibətləri yeni inkişaf mərhələsində
SİYASƏT
Azərbaycan və Laos: coğrafi uzaqlıqdan siyasi yaxınlığa doğru
SİYASƏT
Azərbaycanın AQEM-də Qətiyyətli Liderliyi
SİYASƏT
AQEM Sədrliyinin Strateji Prioritetləri
SİYASƏT
Azərbaycanın Qlobal Diplomatiya Modeli
SİYASƏT
Günay Ağamalı: Azərbaycanın dövlət suverenliyinin tam bərpası qətiyyətli mübarizənin nəticəsidir
SİYASƏT
Füzuli müasir quruculuq və inkişaf yolunda
SİYASƏT
Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir
SİYASƏT
Füzulinin tarixi-mədəni irsi milli sərvətimizdir
SİYASƏT
Hər iki ölkə sülhü və təhlükəsizliyi inkişafın əsas şərti hesab edir
SİYASƏT
Azərbaycan və Kamboca münasibətlərində yeni əməkdaşlıq imkanları
SİYASƏT
Azərbaycan-Kamboca əlaqələri yeni məzmun qazanır
SİYASƏT
Azərbaycan Asiya ilə Avropa arasında əməkdaşlıq və bağlantıların inkişafına töhfə verir
SİYASƏT
“Baş örtüyünə qadağa yoxdur” - Deputat
SİYASƏT
Məktəbdaxili nizam-intizamın gücləndirilməsi təhsil siyasətinin vacib istiqamətlərindəndir
SİYASƏT
Azərbaycan-Kamboca: Sülh, əməkdaşlıq və humanitar həmrəylik
SİYASƏT
Azərbaycan–Kamboca tərəfdaşlığının təməli
SİYASƏT
Azərbaycan və Kamboca arasında yeni dialoq platforması
SİYASƏT
Dünyəvi təhsil və milli-mənəvi dəyərlərin qorunması
SİYASƏT
Təhsil mühitində geyim mədəniyyəti və peşəkarlıq

Azərbaycan və Laos: coğrafi uzaqlıqdan siyasi yaxınlığa doğru

2026-10-17 19:48:07 28 baxış
Xəbər şəkil

Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit oktyabr ayının 13-də ölkəmizdə rəsmi səfərdə oldu. Hər bir səfərin əhəmiyyətini, iki ölkə arasında əlaqələrin gələcək inkişafını nümayiş etdirən əsas amillərdən biri sənədlərin imzalanmasıdır. Bu baxımdan Laos Prezidentinin səfəri də xüsusi diqqətdə oldu. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit “Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında Birgə Bəyanat”ı qəbul etdilər. Həmçinin “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Laos Xalq Demokratik Respublikasının Kənd Təsərrüfatı və Ətraf Mühit Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” və  “Azərbaycan Respublikası Hökuməti ilə Laos Xalq Demokratik Respublikası Hökuməti arasında xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” imzalandı. Birgə Bəyanət gələcək əməkdaşlığımızı özündə ehtiva edir, əsas əməkdaşlıq istiqamətlərini müəyyənləşdirir. Prezident İlham Əliyev onu da qeyd etdi ki, siyasi əlaqələrə gəldikdə, bu əlaqələr uzun illərdir uğurla inkişaf edir. Artıq 30 ildən çoxdur ki, aramızda diplomatik əlaqələr qurulmuşdur və bu illər ərzində bir çox beynəlxalq təşkilatlar çərçivəsində biz hər zaman həmrəylik, qarşılıqlı dəstək göstəririk və bu, bu gün də belədir və əminəm ki, bundan sonra da belə olacaqdır.
Humanitar sahədə əməkdaşlığın mühüm istiqamətlərindən biri sovet dövründə laoslu tələbələrin Azərbaycanda təhsil almaq ənənəsinin bərpasıdır ki, bu məqsədlə müvafiq təqaüdlər mexanizminin hazırlanması nəzərdə tutulur. Cənab İlham Əliyev mətbuata bəyanatında qeyd etdi ki, vaxtilə sovet dövründə iki mindən çox laoslu tələbə Azərbaycanda təhsil almışdır. Mən təklif etdim ki, biz bu ənənəni gərək bərpa edək. Bunun üçün müvafiq təqaüdlər mexanizmi də təklif olunmuşdur və əminəm ki, gələcək illər ərzində biz daha çox laoslu tələbəni Azərbaycanda görəcəyik. Dövlətimizin başçısının bu fikirlərinin davamı olaraq Laos Prezidenti vurğuladı ki, gələcəkdə siz Azərbaycan Respublikasında daha çox laoslu tələbəni qəbul edəcəksiniz. Həmçinin əvvəlki dövrdə burada təhsil almış bir çox tələbəyə göstərilən dəstəyin və təqaüd sayının bərpası məsələsinə yenidən baxılması gələcək nəsillərimiz üçün son dərəcə faydalı olacaq.
Azərbaycan və Laosu narahat edən məqamlardan biri də mina problemidir. Neçə onilliklər keçməsinə baxmayaraq laoslular hələ də minalardan əziyyət çəkir, həyatlarını, sağlamlıqlarını itirirlər. Eləcə də, Ermənistanın işğalı nəticəsində torpaqlarında bir milyondan çox minanın basdırıldığı Azərbaycan Vətən müharibəsindən sonrakı illər ərzində 400-dən çox vətəndaşının həyatını itirməsi və ağır yaralanması ilə üzləşib. Bu baxımdan minatəmizləmədə təcrübə mübadiləsi hər iki tərəfə fayda verə bilər.
Azərbaycan əlverişli coğrafi mövqeyi, müasir nəqliyyat infrastrukturu və artan tranzit potensialı sayəsində Şərq ilə Qərb arasında mühüm nəqliyyat və logistika mərkəzünə çevrilir. Prezident İlham Əliyev mətbuata bəyanatında əməkdaşlığın  mühüm istiqamətlərindən biri kimi nəqliyyat və bağlantıları qeyd etdi. Vurğuladı ki, Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb, biz indi daha çox yüklərin aşkar edilməsi, yeni ünvanlardan yüklərin səfərbər olunması və yüklərin həcminin artırılması ilə məşğuluq. Ümid edirəm ki, hər iki tərəfdə reallaşan bütün bu layihələr gələcəkdə başa çatandan sonra yükdaşımaların da həcmi artacaq.
Səfər çərçivəsində keçirilən Azərbaycan-Laos biznes forumu hər iki ölkənin iqtisadi, həmçinin investisiya imkanlarının təqdimatında əhəmiyyətli rol oynadı. Qısa təhlil bu ümumiləşdirməyə əsas verir ki, fəal siyasi dialoqu gücləndirən Azərbaycan və Laos, eyni zamanda, sıx iqtisadi münasibətləri təmin etməklə hərtərəfli və bir-birini tamamlayan ortaq layihələrin həyata keçirilməsində maraqlıdırlar. Laos Prezidenti Thonqlun Sisulitin mətbuata  bəyanatında   qeyd etdiyi kimi,  biz, həmçinin bir çox digər sahələrdə də araşdırma və müzakirələri davam etdirəcəyik. Biz ölkələrimizin qanunverici orqanları arasında əməkdaşlığın davam etdirilməsini təşviq edəcəyik. Əlbəttə ki, hökumətlər bizim bu gün burada keçirdiyimiz görüşlərdə əldə edilən razılaşmaların reallaşdırılmasında əsas hərəkətverici qüvvə olacaq. Bir daha bu çağırış səsləndirildi ki, ətraflı müzakirələr davam etdirilsin və gələcəkdə əməkdaşlığımız həyata keçirilsin.

Elmar Əhmədov
YAP Salyan rayon təşkilatının sədri

Oxşar xəbərlər

Xəbər lenti
18 Oktyabr Müstəqilliyimizin Bərpası Günü milli iradəmizin, dövlətçilik əzmimizin və suverenliyimizin təntənəsidir
2026-10-19
Günay Ağamalı: Müstəqilliyimizin gücü Zəfərimizdə, Zəfərimizin təntənəsi Böyük Qayıdışdadır – ŞƏRH
2026-10-19
18 Oktyabr — Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür!
2026-10-18
Azərbaycanın beynəlxalq mövqeyi və əməkdaşlıq imkanları
2026-10-18
Azərbaycan hər zaman ədalətin və beynəlxalq hüququn yanındadır
2026-10-18
Azərbaycanın tarixi Qələbəsi və sülhə aparan yol
2026-10-18
Azərbaycanın müstəqil siyasəti və beynəlxalq hüququn aliliyi
2026-10-18
Deputat: Füzuli tarixi Zəfərimizin təntənəsi, Böyük Qayıdışın nümunəsidir
2026-10-18
İqtisadi tərəfdaşlıq yeni imkanlar yaradır
2026-10-17
Humanitar əlaqələr xalqlar arasında dostluğun möhkəm təməlidir
2026-10-17
Azərbaycan-Laos münasibətləri yeni inkişaf mərhələsində
2026-10-17
Azərbaycan və Laos: coğrafi uzaqlıqdan siyasi yaxınlığa doğru
2026-10-17
Azərbaycanın AQEM-də Qətiyyətli Liderliyi
2026-10-16
AQEM Sədrliyinin Strateji Prioritetləri
2026-10-16
Azərbaycanın Qlobal Diplomatiya Modeli
2026-10-16
Günay Ağamalı: Azərbaycanın dövlət suverenliyinin tam bərpası qətiyyətli mübarizənin nəticəsidir
2026-10-16
Füzuli müasir quruculuq və inkişaf yolunda
2026-10-16
Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir
2026-10-16
Füzulinin tarixi-mədəni irsi milli sərvətimizdir
2026-10-16
Hər iki ölkə sülhü və təhlükəsizliyi inkişafın əsas şərti hesab edir
2026-10-15
Azərbaycan və Kamboca münasibətlərində yeni əməkdaşlıq imkanları
2026-10-15
Azərbaycan-Kamboca əlaqələri yeni məzmun qazanır
2026-10-15
Azərbaycan Asiya ilə Avropa arasında əməkdaşlıq və bağlantıların inkişafına töhfə verir
2026-10-15
“Baş örtüyünə qadağa yoxdur” - Deputat
2026-10-14
Məktəbdaxili nizam-intizamın gücləndirilməsi təhsil siyasətinin vacib istiqamətlərindəndir
2026-10-13