Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
27 Sentyabrın Tarixi Çağırışı 
SİYASƏT
27 Sentyabr - Vətən Məhəbbətinin Şərəf Zirvəsi
SİYASƏT
Tarixi Zəfərə və Tam Suverenliyə Gedən Yolun Başlanğıcı
SİYASƏT
Biz bu torpaqlarda əbədi olacağıq
SİYASƏT
Azərbaycan dağ-mədən sənayəsində yeni mərhələyə qədəm qoyur
SİYASƏT
27 Sentyabr — yaddaşın susmadığı gün
SİYASƏT
Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu - Bəyanat
SİYASƏT
Vətən müharibəsi şanlı tariximiz, şəhid və qazilərimiz qürur mənbəyimizdir
SİYASƏT
Tarixi ədalətin bərpasına aparan yol və Azərbaycanın haqq mübarizəsi
SİYASƏT
Anım Günü dərin ehtiramın ifadəsidir
SİYASƏT
Azərbaycan əvəzolunmaz tərəfdaşa çevrilib
SİYASƏT
Azərbaycan Sənayesində Yeni Mərhələ
SİYASƏT
2027–2030 Dövlət Proqramı və Qeyri-Neft Sektorunun İnkişafı
SİYASƏT
Dağ-Mədən Sənayesində 4 İllik Sürətli İnkişaf Dövrü
SİYASƏT
Yeni layihələr yeni imkanlar yaradır
SİYASƏT
Təbiət ən böyük sərvətimizdir
SİYASƏT
Sərvətlərimiz inkişafın yeni dayağına çevrilir
SİYASƏT
301 milyon manatlıq Vejnəli izi: Qarabağın sərvətləri necə talan edildi?
SİYASƏT
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
SİYASƏT
Türk dünyası bizim ailəmizdir
SİYASƏT
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
SİYASƏT
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
SİYASƏT
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
SİYASƏT
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
SİYASƏT
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
SİYASƏT
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
SİYASƏT
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
SİYASƏT
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
SİYASƏT
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
SİYASƏT
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır

Bənzərsiz Şuşa: Bizi tarixlə bütövləşdirən müqəddəs şəhərimiz

2021-09-14 01:30:23 259 baxış
Xəbər şəkil

 

 


Şuşanı daha əvvəl heç vaxt görməsəm də, bu müqəddəs şəhərimiz barədə eşitdiklərim söhbətlərdən, həmçinin televiziyalarda gördüyüm müxtəlif kadrlardan xəyalımda heç vaxt pozulmayan təəssüratlar yaranmışdı. Ancaq işğal altında olduğu üçün Şuşa xəyalımda hər zaman başı üstündə çəkilib-seyrəlməyən qara dumanlarla çanlanırdı. Çox şükürlər olsun ki, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi və Azərbaycan əsgərinin misilsiz şücaəti sayəsində Şuşamız erməni işğalından azad edildi. Bununla həm gerçək Şuşanın, həm də xəyallarımdakı Şuşanın başı üzərindəki qara duman birdəfəlik itdi.

İlk dəfə ayaq basdığım Şuşada olmağın, tərtəmiz havası ilə nəfəs almağın, hər daşında tarixi yaşadan küçələrində hərəkət etməyin təəssüratı, yaratdığı emosiya inanılmazdır, bənzərsizdir. Əcdadlarımızın əlçatmaz, sıldırım qayalıqlarda saldıqları bu şəhərin inşası, böyüyüb genişlənməsi, oarada baş verən tarixi döyüşlər gözlərimin önündən keçir. İnsan o hisslərin təsiri altında, həqiqətən, özündən qopur, amma gördüyü mənzərənin doğurduğu xoş duyğuların təkanı ilə təkrar toparlanaraq reallığa dönür. Şuşanın gözəlliyini ən mahir qələm də tam olaraq təsvir edə bilməz. Oranı görmək, hiss etmək lazımdır ki, Şuşanın əhəmiyyətini, dəyərini anlayasan. Həm də bir zamanlar Qafqazın mədəniyyət mərkəzi olmuş Şuşa tək buradakı bizlər üçün deyil, dünya azərbaycanlıları üçün deyil, bütövlükdə Türk dünyası üçün müstəsna əhəmiyyət daşıyan rəmzə çevrilib. Şuşa hər bir azərbaycanlının Məkkəsidir, desək, mübaliğəyə yol vermərik.

Şuşa bütövlükdə olduğu kimi, həm də özünün müxtəlif məkanları, qiymətli tarixi abidələri ilə məşhurdur. Cıdır düzü və İsa bulağı Şuşamızın “vizit kartı” olaraq, hər kəsin baş çəkməyi arzuladığı yerlər olub. Eyni zamanda, Qala divarları, Xan sarayı, Gövhər Ağa məscidi, Gəncə qapısı və başqa abidələr milli özünəməxsusluğu ifadə edən qiymətli abidələrdir. Amma nə qədər acınacaqlı olsa da, uşaq, qadın, qoca demədən dinc soydaşlarımızı vəhşicəsinə qətlə yetirən, Xocalı Soyqlrımı kimi bəşəri cinayəti törədən ermənilər Şuşadakı tarixi abidələrimizə də divan tutublar. Tarixi olmayan, mənşəyi bilinməyən, yalnız uydurma tarişxlə yaşayan bir toplumdan fərqli davranış gözləməyə də dəyməzdi.

Çünki tarixi olan toplum başqa xalqların dini-mədəni abidələrinə qarşı vandal hərəkətlərə yol verməz. Ermənilər Şuşanın işğal dönəmində abidələrimizi dağıtmaqla, məscidlərimizdə donuz saxlamaqla kifayətlənməyərək, təbiəti də viran qoyublar. Bu gün Topxana meşəsi də özündə erməni vəhşiliyinin izlərini daşımaqdadır.

Şuşda gördüyümüz ən ürəkaçan mənzərə şəhərin nəhəng inşaat meydançasını xatırlatmasıdır. Bəli, Şuşa yenidən tikilir. Həm də öz tarixi əzəmətini qoruyaraq… Qeyd etmək lazımdır ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Şuşanın yenidən qurulmasına xüsusi diqqət və qayğı göstərir. Şuşada inşaat işlərinin həyata keçirilməsində Heydər Əliyev Fondunun yaxından iştirakı şəhərin hər bir küçəsində hiss olunur.

Şuşa erməni işğalından azad edildikdən sonra artıq çox mühüm görüşlərin və sənədlərin “ünvan”ına çevrilə bilib. Bu ilin iyununda Azərbaycan prezidenti İlham Əliyevlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında müttəfiqlik münasibətlərinin ən yüksək səviyyəyə çatdırılmasında hüquqi baza rolunu oynayan çox mühüm sənəddir.

Bir sözlə, işğaldan azad olunan Şuşa bütün mənalarda yenidən bizimdir. Azərbaycan prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin demək olar, hər ay ailə üzvləri ilə birlikdə Şuşaya səfər etməsi şəhərin bizim üçün daşıdığı müstəsna əhəmiyyəti bütün dünyaya sərgiləyir.

Şuşaya bir günlük səfərimiz çərçivəsində yuxarıda adlarını vurğuladığım tarixi yerləri ziyarət etdik, tariximizlə bütövləşməyin həyəcanını yaşadıq, Azərbaycan xalqına qələbə sevinci bəxş edən Şəhidlərimizin xatirəsini hörmətlə andıq. Bizə bu imkanı yaratdığına görə Müzəffər Ali Baş Komandanımıza, Azərbaycan Respublikası Gənclər Fondunun rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm. Eyni zamanda, səfərin gedişində bizi yorulmadan müşayiət edən, qayğımıza qalan Şuşa Şəhəri Dövlət qoruğunun rəhbərliyinə və kollektivinə, Azrbaycan prezidentinin Şuşa üzrə xüsusi nümayəndəsi Aydın Kərimova təşəkkür edirəm.

Şuşaya səfər etmiş heyətə daxil olan müxtəlif təşkilatların nümayəndələri Prezident İlham Əliyevin Cıdır düzündə xalqa müraciəti zamanı söylədiyi “Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər. İlk növbədə, biz onlara borcluyuq, bütün Azərbaycan xalqına borcluyuq” sözlərini xatırlayaraq, ölkə gənclərinin hər zaman dövlət başçısının ətrafında sıx birləşdiyini, işğaldan azad olunmuş torpaqlarımızın dirçəlməsində hər bir Azərbaycan gəncinin səfərbər olacağını vurğulayıblar. Buna heç kəsin şübhəsi yoxdur.

Toğrul Allahverdili





Oxşar xəbərlər


Xəbər lenti
27 Sentyabrın Tarixi Çağırışı 
2026-09-26
27 Sentyabr - Vətən Məhəbbətinin Şərəf Zirvəsi
2026-09-26
Tarixi Zəfərə və Tam Suverenliyə Gedən Yolun Başlanğıcı
2026-09-26
Biz bu torpaqlarda əbədi olacağıq
2026-09-25
Azərbaycan dağ-mədən sənayəsində yeni mərhələyə qədəm qoyur
2026-09-25
27 Sentyabr — yaddaşın susmadığı gün
2026-09-25
Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu - Bəyanat
2026-09-25
Vətən müharibəsi şanlı tariximiz, şəhid və qazilərimiz qürur mənbəyimizdir
2026-09-25
Tarixi ədalətin bərpasına aparan yol və Azərbaycanın haqq mübarizəsi
2026-09-25
Anım Günü dərin ehtiramın ifadəsidir
2026-09-25
Azərbaycan əvəzolunmaz tərəfdaşa çevrilib
2026-09-25
Azərbaycan Sənayesində Yeni Mərhələ
2026-09-24
2027–2030 Dövlət Proqramı və Qeyri-Neft Sektorunun İnkişafı
2026-09-24
Dağ-Mədən Sənayesində 4 İllik Sürətli İnkişaf Dövrü
2026-09-24
Yeni layihələr yeni imkanlar yaradır
2026-09-24
Təbiət ən böyük sərvətimizdir
2026-09-24
Sərvətlərimiz inkişafın yeni dayağına çevrilir
2026-09-24
301 milyon manatlıq Vejnəli izi: Qarabağın sərvətləri necə talan edildi?
2026-09-23
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
2026-09-22
Türk dünyası bizim ailəmizdir
2026-09-22
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
2026-09-22
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
2026-09-22
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
2026-09-21
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
2026-09-21
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
2026-09-21
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
2026-09-20
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
2026-09-20
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
2026-09-20
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
2026-09-19
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
2026-09-19