Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
27 Sentyabrın Tarixi Çağırışı 
SİYASƏT
27 Sentyabr - Vətən Məhəbbətinin Şərəf Zirvəsi
SİYASƏT
Tarixi Zəfərə və Tam Suverenliyə Gedən Yolun Başlanğıcı
SİYASƏT
Biz bu torpaqlarda əbədi olacağıq
SİYASƏT
Azərbaycan dağ-mədən sənayəsində yeni mərhələyə qədəm qoyur
SİYASƏT
27 Sentyabr — yaddaşın susmadığı gün
SİYASƏT
Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu - Bəyanat
SİYASƏT
Vətən müharibəsi şanlı tariximiz, şəhid və qazilərimiz qürur mənbəyimizdir
SİYASƏT
Tarixi ədalətin bərpasına aparan yol və Azərbaycanın haqq mübarizəsi
SİYASƏT
Anım Günü dərin ehtiramın ifadəsidir
SİYASƏT
Azərbaycan əvəzolunmaz tərəfdaşa çevrilib
SİYASƏT
Azərbaycan Sənayesində Yeni Mərhələ
SİYASƏT
2027–2030 Dövlət Proqramı və Qeyri-Neft Sektorunun İnkişafı
SİYASƏT
Dağ-Mədən Sənayesində 4 İllik Sürətli İnkişaf Dövrü
SİYASƏT
Yeni layihələr yeni imkanlar yaradır
SİYASƏT
Təbiət ən böyük sərvətimizdir
SİYASƏT
Sərvətlərimiz inkişafın yeni dayağına çevrilir
SİYASƏT
301 milyon manatlıq Vejnəli izi: Qarabağın sərvətləri necə talan edildi?
SİYASƏT
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
SİYASƏT
Türk dünyası bizim ailəmizdir
SİYASƏT
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
SİYASƏT
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
SİYASƏT
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
SİYASƏT
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
SİYASƏT
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
SİYASƏT
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
SİYASƏT
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
SİYASƏT
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
SİYASƏT
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
SİYASƏT
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır

Azərbaycanlılar kran gətiriblər, nəsə qazırlar...” - ZƏNGƏZURUN ÇAKATEN KƏNDİ ƏTRAFINDA VƏZİYYƏT

2021-11-14 11:46:44 326 baxış
Xəbər şəkil

Zəngəzurun hazırda Ermənistanın Qafan rayonuna aid olan Çakaten kəndi ətrafında Azərbaycan tərəfi gömrük məntəqəsi yerləşdirməyə hazırlaşır. Ermənistanda nəşr olunan "Hraparak" qəzetinin yazdığına görə, kəndin ətrafında azərbaycanlılar vaqon yerləşdiriblər və onu gömrük məntəqəsinə çevirməyə hazırlaşırlar.

Çakaten kəndi Gorus-Qafan yolunun üzərində yerləşir və bəlli olduğu kimi, ötən ilin dekabrından etibarən həmin yolun bir hissəsi Azərbaycanın nəzarətinə keçib. Bir neçə gün əvvəl isə Azərbaycan tərəfi yolun Qubadlının Eyvazlı və Çayzəmi kəndləri arasından keçən hissəsində gömrük-sərhəd nəzarəti tətbiq edib, nəticədə Ermənistan vətəndaşları artıq bu yoldan istifadə edə bilmirlər. Və Tatev kəndindən keçən alternativ, hələ hazır olmayan və yağışlı-qarlı havalarda keçilməz dağ yoluna istiqamətləniblər. O cümlədən Ermənistana yük daşıyan İran TIR-larının bir qismi bu yoldan istifadə edir və tez-tez qəzalar baş verir.

Gorus-Qafan yolu həm də qismən Zəngilan rayonu ərazisindən keçir və Çakaten kəndinin sakinləri Qafana getmək üçün bu yoldan istifadə edirlər. Kəndin administrasiyasının keçmiş rəhbəri Ara Abramyan azərbaycanlıların yolun üzərində vaqon yerləşdirdiklərini təkzib etməyib. Amma deyib ki, Azərbaycan tərəfinin məhz nə quraşdırdığını bilmir. "Onlar nəsə qazırlar, kran gətiriblər və hansısa işləri yerinə yetirirlər, amma bilmirəm ki, məhz nə edirlər", - o bildirib.

Arutyunyan deyib ki, Azərbaycan tərəfi Çakatendən Qafana aparan yeganə yolun üstündə vaqon yerləşdiriblər və əgər onlar yolu bağlasalar kənd blokadada qalacaq. Zəngəzurun ermənilərin indi Nerkin Hand adlandırdığı kəndinin rəhbəri Xaçatur Baqdasaryan da Azərbaycan hərbçilərinin Çakaten-Qafan yolunda olduqlarını təsdiq edib. Onun sözlərinə görə, azərbaycanlılar gün ərzində kəndin 3-4 kilometrliyində intensiv iş görüblər, Baqdasaryan təxmin edir ki, bu işlər gömrük məntəqəsinin qurulması üçündür.

"Onlar ağacları kəsiblər, yolu təmizləyiblər. Yolda mən bir-iki azərbaycanlı gördüm, amma heç kim bizi dayandırmadı", - o bildirib.

Baqdasaryan deyib ki, əgər yol bağlansa onun həmkəndlilərinin də vilayət boyu hərəkəti çətinləşəcək. Kənd sakinləri Mehridən keçib gedə bilərlər, amma bu yol yüz kilometr daha uzundur. Alternativ qrunt yol isə indi keçilməzdir, bu yolla ancaq cip-lər gedə bilər.

Çakaten kəndi Nerkin Hand kəndi ilə Qafan arasında yerləşir, hər iki kəndi Qafanla indi Azərbaycanın nəzarətində olan yol birləşdirir.

Qeyd edək ki, Azərbaycan tərəfi  ötən ilin dekabrından etibarən onun suveren ərazilərindən keçən Gorus-Qafan yolu ilə Ermənistan vətəndaşlarının hərəkətinə imkan yaratmışdı. Lakin erməni tərəfi Zəngəzur dəhlizinin açılmasını müxtəlif bəhanələrlə ləngitməyə çalışdığı üçün görünür Azərbaycan tərəfi öz suveren hüquqlarından istifadə edərək yolun öz ərazisindən keçən hissəsində gömrük-sərhəd nəzarəti tətbiq etməyə qərar verib. Virtualaz.org

Oxşar xəbərlər

Xəbər lenti
27 Sentyabrın Tarixi Çağırışı 
2026-09-26
27 Sentyabr - Vətən Məhəbbətinin Şərəf Zirvəsi
2026-09-26
Tarixi Zəfərə və Tam Suverenliyə Gedən Yolun Başlanğıcı
2026-09-26
Biz bu torpaqlarda əbədi olacağıq
2026-09-25
Azərbaycan dağ-mədən sənayəsində yeni mərhələyə qədəm qoyur
2026-09-25
27 Sentyabr — yaddaşın susmadığı gün
2026-09-25
Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu - Bəyanat
2026-09-25
Vətən müharibəsi şanlı tariximiz, şəhid və qazilərimiz qürur mənbəyimizdir
2026-09-25
Tarixi ədalətin bərpasına aparan yol və Azərbaycanın haqq mübarizəsi
2026-09-25
Anım Günü dərin ehtiramın ifadəsidir
2026-09-25
Azərbaycan əvəzolunmaz tərəfdaşa çevrilib
2026-09-25
Azərbaycan Sənayesində Yeni Mərhələ
2026-09-24
2027–2030 Dövlət Proqramı və Qeyri-Neft Sektorunun İnkişafı
2026-09-24
Dağ-Mədən Sənayesində 4 İllik Sürətli İnkişaf Dövrü
2026-09-24
Yeni layihələr yeni imkanlar yaradır
2026-09-24
Təbiət ən böyük sərvətimizdir
2026-09-24
Sərvətlərimiz inkişafın yeni dayağına çevrilir
2026-09-24
301 milyon manatlıq Vejnəli izi: Qarabağın sərvətləri necə talan edildi?
2026-09-23
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
2026-09-22
Türk dünyası bizim ailəmizdir
2026-09-22
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
2026-09-22
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
2026-09-22
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
2026-09-21
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
2026-09-21
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
2026-09-21
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
2026-09-20

2026-09-19
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
2026-09-19