Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
27 Sentyabrın Tarixi Çağırışı 
SİYASƏT
27 Sentyabr - Vətən Məhəbbətinin Şərəf Zirvəsi
SİYASƏT
Tarixi Zəfərə və Tam Suverenliyə Gedən Yolun Başlanğıcı
SİYASƏT
Biz bu torpaqlarda əbədi olacağıq
SİYASƏT
Azərbaycan dağ-mədən sənayəsində yeni mərhələyə qədəm qoyur
SİYASƏT
27 Sentyabr — yaddaşın susmadığı gün
SİYASƏT
Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu - Bəyanat
SİYASƏT
Vətən müharibəsi şanlı tariximiz, şəhid və qazilərimiz qürur mənbəyimizdir
SİYASƏT
Tarixi ədalətin bərpasına aparan yol və Azərbaycanın haqq mübarizəsi
SİYASƏT
Anım Günü dərin ehtiramın ifadəsidir
SİYASƏT
Azərbaycan əvəzolunmaz tərəfdaşa çevrilib
SİYASƏT
Azərbaycan Sənayesində Yeni Mərhələ
SİYASƏT
2027–2030 Dövlət Proqramı və Qeyri-Neft Sektorunun İnkişafı
SİYASƏT
Dağ-Mədən Sənayesində 4 İllik Sürətli İnkişaf Dövrü
SİYASƏT
Yeni layihələr yeni imkanlar yaradır
SİYASƏT
Təbiət ən böyük sərvətimizdir
SİYASƏT
Sərvətlərimiz inkişafın yeni dayağına çevrilir
SİYASƏT
301 milyon manatlıq Vejnəli izi: Qarabağın sərvətləri necə talan edildi?
SİYASƏT
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
SİYASƏT
Türk dünyası bizim ailəmizdir
SİYASƏT
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
SİYASƏT
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
SİYASƏT
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
SİYASƏT
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
SİYASƏT
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
SİYASƏT
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
SİYASƏT
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
SİYASƏT
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
SİYASƏT
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
SİYASƏT
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır

31 Yanvar aktyor Ələsgər Ələkbərovun xatirə günüdü.

2021-01-31 16:09:47 902 baxış
Xəbər şəkil

Ələsgər Ələkbərov
Doğum tarixi: 26.03.1910
Vəfat tarixi: 31.01.1963
Ələsgər Hacağa oğlu Ələkbərov Bakıda anadan olub. 1920-ci ildə atasının ölümündən sonra ailənin bütün ağırlığı anası Zübeydənin üstünə düşür. Həyatı nə qədər çətin keçsə də, balaca Ələsgərin teatra olan həvəsi azalmır. Məktəbdə oxuduğu illərdə tez-tez Əbilov klubundakı dram dərnəyinə getməyə başlayır. Ələsgər Ələkbərov Bakı Teatr Texnikumunda oxumaqla (1927-1930) bərabər, Bakı Türk İşçi Teatrına qəbul olunur. Bu teatr onun aktyorluq qabiliyyətinin daha da inkişaf etməsində mühüm rol oynayır. Teatrda işlədiyi illərdə aktrisa Hökumə Qurbanova ilə ailə qurur. 1933-cü ildə Bakı Türk İşçi Teatrı Gəncəyə köçürülür. Gənc ailə də Bakıdan Gəncəyə köçür. Teatrın səviyyəsini qaldırmaq üçün Bakıdan Gəncəyə gələn Abbas Mirzə Şərifzadə teatrda həm rejissor, həm də aktyor kimi çalışmağa başlayır. Elə bu zaman Hökumə xanımın istedad və bacarığı onun gözündən yayınmır. O, tamaşalarda Hökumə xanımla məşq etdikcə Ələsgər qısqanclıqdan alışıb yanır. Bu qısqanclıq teatrın divarları arasında qalmır, ailə həyatlarında da mənfi rol oynayırdı. Hökumə xanımla ayrılandan sonra Ələsgər univermaqda işləyən bir rus qızı ilə evlənir və ətrafdakıların qınağı ilə rastlaşsa da, heç kimə məhəl qoymur. 1933-cü ildən isə Ələsgər Ələkbərov Akademik Dram Teatrında işləməyə başlayır. 1959-cu ildə Moskvada Azərbaycan mədəniyyəti və ədəbiyyatı ongünlüyündə Vaxtanqov teatrının səhnəsində Azərbaycan Dram Teatrının kollektivi "Otello"nu oynayırdı. Ələsgər Ələkbərov Moskvada neçə-neçə Otellolar görmüş tamaşaçılar qarşısında Otello rolunu oynayırdı. Bu Otello doğrudan da onların indiyədək gördüyü Otellolardan tamamilə fərqli idi. Dekadanın sonunda Azərbaycandan gələn incəsənət xadimlərinə ittifaq səviyyəli fəxri adlar verilməliydi. Rəşid Behbudov, Qəmər Almaszadə, Leyla Vəkilova SSRİ Xalq artisti fəxri adına layiq görülür. Hamı Akademik Dram Teatra ayrılan fəxri adın Ələsgər Ələkbərova veriləcəyini gözləyir. Ancaq bu fəxri ad teatrın rəhbəri Adil İsgəndərova verilir. Bakıya qayıdandan sonra Ələsgər Ələkbərov teatrdan çıxmaq üçün ərizə ilə Mədəniyyət Nazirliyinə müraciət edir. Mədəniyyət naziri Məmməd Qurbanovun etirazına baxmayaraq, o, teatrdan uzaqlaşır. Ələsgər Ələkbərov bir də teatra 1959-cu ilin axırında - Adil İsgəndərov vəzifəsindən uzaqlaşdırılandan sonra qayıdır. Ancaq sonra özü də başa düşür və etiraf edirdi: "İsgəndərovsuz teatr həmin teatr deyil". Ələsgər Ələkbərov Dovyenko adına Kiyev kinostudiyasında çəkilən “Kiyevli: Varislər” filmində (1960, rejissor Timofey Levçuk / Ukrayna) padre Aqila rolunda oynayıb. Əməkdar artist (1938), Xalq artisti (1940), SSRİ хalq artisti (1961) Ələsgər Ələkbərov 1963-cü ildə dünyasını dəyişib.

Filmoqrafiya:
Vulkan üzərində ev (1928, tammetrajlı bədii film) – aktyor (Həsən)
Lətif (1930, tammetrajlı bədii film) – aktyor (kolxoz sədri)
Altıncı hiss (1935, tammetrajlı bədii film) – aktyor (mühəndis Heydər)
Almas (1936, tammetrajlı bədii film) – aktyor (Fuad)
Kəndlilər (1939, tammetrajlı bədii film) – aktyor (aşıq Göydəmir)
Yeni horizont (1940, tammetrajlı bədii film) – aktyor (partkom katibi Aslanov)
Sovqat (1942, qısametrajlı bədii film) – aktyor (Ayaz)
Fətəli xan (1947, tammetrajlı bədii film) – aktyor (Fətəli xan)
Qara daşlar (1956, tammetrajlı bədii film) – aktyor (Qüdrət İsmayılzadə)
Kölgələr sürünür (1958, tammetrajlı bədii film) – aktyor (professor Rəşid Sərdarlı)
Ögey ana (1958, tammetrajlı bədii film) – aktyor (Hüseyn dayı)
Uzaq sahillərdə (1958, tammetrajlı bədii film) – aktyor (Ferrero)
Səhər (1960, tammetrajlı bədii film) – aktyor (Rəhim bəy)
Leyli və Məcnun (1961, tammetrajlı bədii film) – aktyor (Şeyx Əmir)
Böyük dayaq (1962, tammetrajlı bədii film) – aktyor (kolxoz sədri Rüstəm kişi)

Oxşar xəbərlər

Xəbər lenti
27 Sentyabrın Tarixi Çağırışı 
2026-09-26
27 Sentyabr - Vətən Məhəbbətinin Şərəf Zirvəsi
2026-09-26
Tarixi Zəfərə və Tam Suverenliyə Gedən Yolun Başlanğıcı
2026-09-26
Biz bu torpaqlarda əbədi olacağıq
2026-09-25
Azərbaycan dağ-mədən sənayəsində yeni mərhələyə qədəm qoyur
2026-09-25
27 Sentyabr — yaddaşın susmadığı gün
2026-09-25
Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu - Bəyanat
2026-09-25
Vətən müharibəsi şanlı tariximiz, şəhid və qazilərimiz qürur mənbəyimizdir
2026-09-25
Tarixi ədalətin bərpasına aparan yol və Azərbaycanın haqq mübarizəsi
2026-09-25
Anım Günü dərin ehtiramın ifadəsidir
2026-09-25
Azərbaycan əvəzolunmaz tərəfdaşa çevrilib
2026-09-25
Azərbaycan Sənayesində Yeni Mərhələ
2026-09-24
2027–2030 Dövlət Proqramı və Qeyri-Neft Sektorunun İnkişafı
2026-09-24
Dağ-Mədən Sənayesində 4 İllik Sürətli İnkişaf Dövrü
2026-09-24
Yeni layihələr yeni imkanlar yaradır
2026-09-24
Təbiət ən böyük sərvətimizdir
2026-09-24
Sərvətlərimiz inkişafın yeni dayağına çevrilir
2026-09-24
301 milyon manatlıq Vejnəli izi: Qarabağın sərvətləri necə talan edildi?
2026-09-23
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
2026-09-22
Türk dünyası bizim ailəmizdir
2026-09-22
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
2026-09-22
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
2026-09-22
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
2026-09-21
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
2026-09-21
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
2026-09-21
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
2026-09-20

2026-09-19
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
2026-09-19