“ŞİRVAN FK” HƏR ZAMAN OLDUĞU KİMİ UĞURLARINLA ŞİRVANLILARI SEVİNDİRİRSƏN.
“ƏRKİVAN FK” 2 : 3 “ŞİRVAN FK” Biz inanırıq ki, “ŞİRVAN FK” klubu Futbol arenasında AHFF liqası XXV Azərbaycan birinciliyində tarix yazacaq.
“ŞİRVAN FK” Masallının Ərkivan mərkəzi stadionunda ilk olaraq səfər oyununda qazandığı qələbə bizim üçün çox mühüm rol oynayır. Bizim məqsədimiz Şirvanda futbolu inkişaf etdirmək, Şirvan şəhərində yarımçıq qalmış stadionunun tikintisinin tam yekunlaşdırıb Şirvanlılara təhvil verməkdir. Futbol idmanın doğru şəkildə inkişaf etdirildiyi təqdirdə əhəmiyyətli dərəcədə yüksələ bilər. Şirvanda futbolun inkişafı üçün hər zaman əlimizdən gələni edəcəyik. Yeddi aylıq məşqlər və yoldaşlıq oyunlarının nəticələri əldə olunan nailiyyətlərdə öz əksini tapır. Qarşıya qoyduğumuz məqsədə çatmaq üçün mümkün olan nə varsa edirik. Şirvan şəhrindən Şəhid ailələrinə, Nizami müəllimə və digər çoxsaylı azarkeşlərə “ŞİRVAN FK”-a dəstək üçün Şirvan şəhərindən uzaq məsafəni qət edərək gəldikləri üçün “ŞİRVAN FK” adından təşəkkürümüzü bildiririk. Allah bütün Şəhidlərimizə rəhmət eləsin, Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Bütünlüklə “ŞİRVAN FK” komandasına, məşqçilərə və rəhbər heyətinə öz minnətdarlığımı bildirirəm. Növbəti oyunlarda hər birimiz Şirvanı layiqincə təmsil etmək üçün oyunlara yaxşı hazırlaşacağıq. “ŞİRVAN FK”-a hər zaman maddi, mənəvi və nəqliyyatın ayrılmasında dəstək göstərdiyi üçün Şirvanlılar adından Azərbaycan Respublikası Milli Məclisinin deputatı hörmətli İltizam Yusifova öz təşəkkürümümzü bildiririk. Mən Sizi inandırıram ki, bizə lazımı dəstək olunsa biz birlikdə “ŞİRVAN FK” klubunu ən yaxşı ən yüksək səviyyəyə gətirib çıxaracağıq. Bütün bu məsələlər sayəsində Ölkəmizdə, Şirvanımızda futbol daha da inkişaf edəcəkdir. Bizimlə birlikdə olduğunuz üçün Sizlərə təşəkkür edirəm, uğurlarımız davamlı olsun.
Hörmətlə “ŞİRVAN-FK” Şirvan Futbol Klubunu Təsisçisi, Şirvan Futbol Klubunda Ümumi işlər üzrə Vitse-Prezidenti Məmmədov Taleh Mamedov





