Xəbər lenti
Zəfər Gününə həsr olunan kitab nəşr edildi - FOTO
2021-11-06 22:14:18
299 baxış
Zəfər gününə həsr edilən “Qarabağ Zəfəri-Şuşa” kitabı çapdan çıxıb
Kanal4.az,xəbər verir ki, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin “Qarabağ Zəfəri-Şuşa” kitabı çapdan çıxmışdır. Kitab 44 günlük müharibənin memarları olan Azərbaycan ordusuna və bu günlər ərzində ordunun yanında olan Azərbaycan xalqının əzminə və qələbəsinə həsr edilib. Şuşa istər yerləşdiyi coğrafi mövqe, istərsə də tarixi və mədəni imkanlarına görə ciddi şəkildə fərqlənir. Şuşa, sadəcə, coğrafi baxımdan, Azərbaycanın Dağlıq Qarabağ üzərində suveren hüququnu nümayiş etdirən əsas yaşayış məntəqəsi kimi strateji əhəmiyyət kəsb edən bir yer deyil, eyni zamanda mədəniyyətin beşiyi, bir çox görkəmli sənətkarların, musiqiçi, memar, rəssam və ədiblərin, dünya mədəniyyət xəzinəsinə böyük töhfələr vermiş şəxsiyyətlərin yetişdiyi bir şəhərdir. Məhz bu baxımdan Şuşa şəhərinin tarixini və toponimlərini, omonimlərini və oykonimlərini öyrənmək Azərbaycan elmində mühüm işlərdən biri hesab edilir. Təqdim edilən kitabda Azərbaycanın ən qədim şəhəri olan Şuşanın tarixi və işğala qədər olan dövrü və 2020-ci ildə azad olunmması və ondan sonra atılan addımlar araşdırılıb. Azərbaycan xalqının mədəniyyətində mühüm rol oynayan Şuşa şəhərində baş verən vacib hadisələr, şəhərin iqtisadi, siyasi, tarixi, mədəni həyatı sənədlərlə, qaynaqlarda, arxiv sənədlərində, yerli və xarici alimlərin tədqiqatların bilgisi ilə qələmə alınıb oxucuların önünə çıxarılıb. Aydındır ki, xalqın tarixi kimi, sözün də tarixi var. Bu mənada tarixi-toponimik araşdırmalar keçmiş və ötənlər haqqında olsa da, keçmiş üçün yox, bu gün üçün, bu günü dərk etmək və sabahlara yol açmaq üçündür. Qeyd edək ki, təqdim edilən kitab Zaur Əliyevin sayca 17-ci kitabıdır və burada dəyərli alimlərin və diaspor üzvlərinin rəyləri öz əksini tapmışdır.
Kitab geniş oxucu kütləsi və Qarabağ tarixini araşdıran tədqiqatçılar üçün nəzərdə tutulub.
Oxşar xəbərlər
Xəbər lenti
27 Sentyabrın Tarixi Çağırışı
27 Sentyabr - Vətən Məhəbbətinin Şərəf Zirvəsi
Tarixi Zəfərə və Tam Suverenliyə Gedən Yolun Başlanğıcı
Biz bu torpaqlarda əbədi olacağıq
Azərbaycan dağ-mədən sənayəsində yeni mərhələyə qədəm qoyur
27 Sentyabr — yaddaşın susmadığı gün
Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu - Bəyanat
Vətən müharibəsi şanlı tariximiz, şəhid və qazilərimiz qürur mənbəyimizdir
Tarixi ədalətin bərpasına aparan yol və Azərbaycanın haqq mübarizəsi
Anım Günü dərin ehtiramın ifadəsidir
Azərbaycan əvəzolunmaz tərəfdaşa çevrilib
Azərbaycan Sənayesində Yeni Mərhələ
2027–2030 Dövlət Proqramı və Qeyri-Neft Sektorunun İnkişafı
Dağ-Mədən Sənayesində 4 İllik Sürətli İnkişaf Dövrü
Yeni layihələr yeni imkanlar yaradır
Təbiət ən böyük sərvətimizdir
Sərvətlərimiz inkişafın yeni dayağına çevrilir
301 milyon manatlıq Vejnəli izi: Qarabağın sərvətləri necə talan edildi?
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
Türk dünyası bizim ailəmizdir
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır