Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
27 Sentyabrın Tarixi Çağırışı 
SİYASƏT
27 Sentyabr - Vətən Məhəbbətinin Şərəf Zirvəsi
SİYASƏT
Tarixi Zəfərə və Tam Suverenliyə Gedən Yolun Başlanğıcı
SİYASƏT
Biz bu torpaqlarda əbədi olacağıq
SİYASƏT
Azərbaycan dağ-mədən sənayəsində yeni mərhələyə qədəm qoyur
SİYASƏT
27 Sentyabr — yaddaşın susmadığı gün
SİYASƏT
Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu - Bəyanat
SİYASƏT
Vətən müharibəsi şanlı tariximiz, şəhid və qazilərimiz qürur mənbəyimizdir
SİYASƏT
Tarixi ədalətin bərpasına aparan yol və Azərbaycanın haqq mübarizəsi
SİYASƏT
Anım Günü dərin ehtiramın ifadəsidir
SİYASƏT
Azərbaycan əvəzolunmaz tərəfdaşa çevrilib
SİYASƏT
Azərbaycan Sənayesində Yeni Mərhələ
SİYASƏT
2027–2030 Dövlət Proqramı və Qeyri-Neft Sektorunun İnkişafı
SİYASƏT
Dağ-Mədən Sənayesində 4 İllik Sürətli İnkişaf Dövrü
SİYASƏT
Yeni layihələr yeni imkanlar yaradır
SİYASƏT
Təbiət ən böyük sərvətimizdir
SİYASƏT
Sərvətlərimiz inkişafın yeni dayağına çevrilir
SİYASƏT
301 milyon manatlıq Vejnəli izi: Qarabağın sərvətləri necə talan edildi?
SİYASƏT
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
SİYASƏT
Türk dünyası bizim ailəmizdir
SİYASƏT
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
SİYASƏT
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
SİYASƏT
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
SİYASƏT
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
SİYASƏT
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
SİYASƏT
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
SİYASƏT
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
SİYASƏT
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
SİYASƏT
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
SİYASƏT
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır

Salyan rayonunda əhalinin içməli su ilə təminatı yaxşılaşdırılır

2020-07-28 23:56:45 682 baxış
Xəbər şəkil

Rayon sakinləri dövlət başçısının diqqət və qayğısından razılıq edirlər

 

Ata-babalarımız ta qədim zamanlardan su çəkməyi, yol tikməyi ən vacib və xeyirxah əməllərdən biri hesab ediblər. Bu gün də, təbii ki, belədir. Xoşbəxtlikdən, Azərbaycan dövləti ilbəil gücləndikcə, ölkəmizin hər yerində yeni, rahat yollar salınır, əhalinin içməli su ilə təminatı daha da yaxşılaşdırılır. Salyan son illər bu sahədə yaxşı mənada seçilən bölgələrimizdən biridir.

Salyan rayonunda əhalinin içməli su təminatı sahəsində təkcə son üç ildə görülən işlərin həcmi və vüsəti, həqiqətən, təqdirəlayiqdir. Qeyd etmək lazımdır ki, su xətlərinin çəkilişi yüksək keyfiyyətli materiallardan istifadə etməklə və xüsusi səliqə-sahmanla və keyfiyyətlə aparılır. Bu da əhali tərəfindən dərin razılıq və rəğbət hissi ilə qarşılanır.

Hörmətli oxucu, bu məqamda diqqətinizə mövzu ilə bağlı bir çox mühüm sənəd və faktları çatdır­maq istəyirəm. Azərbaycan Res­publikası Prezidentinin “Salyan şəhərinin su təchizatı və kanaliza­siya sistemlərinin yenidən qurul­ması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqın­da” 19 avqust 2017-ci il tarixli sərəncamına uyğun olaraq Salyan şəhərində su təchizatı və kanali­zasiya xidmətlərinin yaxşılaşdırıl­ması işlərinə başlanılmışdır. Bu məqsədlə “Azərsu” ASC-yə 11,8 milyon manat vəsait ayrılmışdır.

Salyan Rayon İcra Hakimiyyətindən məlumat verdilər ki, bu sənədin vaxtında icrasını təmin etmək üçün 2017-ci ildə Salyan şəhərinin yaxınlığında yerləşən Babazanlı dağında 7500 kubmetr su anbarının tikintisinə başlanılmışdır. Paralel olaraq, rayon mərkəzində bütün küçə və məhəllələrdə içməli su xətlərinin çəkilişi aparılmışdır.

Sözügedən layihə əsasında 2018-ci ildə Salyan şəhərinin H.Əliyev, Q.Əsgərov, M.H.Şəhriyar, M.Quluzadə, Ə.Zeynalov, H.Lalayev, Nizami, A.Pənah, E.İmanov, A.Hüseynov, Ə.Hüseynzadə küçələrinə, ümumilikdə, müxtəlif diametrli 6422 poqonmetr su boruları çəkilmiş, 35 ədəd yanğın əleyhinə su hidrantları quraşdırılmışdır.

2019-cu ildə Babazanlı da­ğında 7500 kubmetrlik su anba­rının tikintisi başa çatdırılmış və hidroqurğu istismara verilmişdir. Bundan əlavə, şəhərin Ə.Quliyev küçəsində hündürmərtəbəli kom­munal binalardakı mənzillərə 3720 ədəd su sayğacı quraşdırılmışdır.

2019-cu ildə həmçinin uzun illərdən bəri içməli su problemi yaşayan Salyan şəhərinin Baba­zanlı yaşayış massivində yeni su şəbəkəsi qurulmuş, 593 ədəd su sayğacı quraşdırılmış, yaşayış sahəsinin sakinləri içməli su ilə təmin edilmişdir.

Ümumilikdə, 2019-cu ildə Salyan şəhəri ərazisində 33,2 ki­lometr müxtəlif diametrli su xətləri çəkilmiş, 276 ədəd kanalizasiya-baxış quyusu lildən təmizlənmiş, 41 ədəd kanalizasiya quyusu bərpa edilmişdir.

2019-cu il 25 dekabr tarixində “Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Salyan şəhərinin su təchizatı və kanaliza­siya sistemlərinin yenidən qurul­ması işlərinin davam etdirilməsi məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə əlavə 3 milyon manat vəsait ayrılmışdır.

Hazırda Salyan şəhərinin Ə.Quliyev, 20 Yanvar və F.Zərgərli küçələrində (“Plasmas” və “Dəmir yol” yaşayış massivləri) içməli su təchizatının qurulması işlərinə başlanılmışdır. Bununla da, yaxın həftələr ərzində Salyan şəhərinin içməli su sisteminin qurulması işləri başa çatdırılacaq, şəhər 100 faiz içməli su ilə təmin ediləcəkdir.

2019-cu ilin ikinci yarısından başlayaraq, çoxmərtəbəli kom­munal binaların həyətlərində olan su anbarlarının fəaliyyəti dayan­dırılmışdır. Artıq onlara ehtiyac yoxdur. Çünki həmin binalara içməli su əvvəlki kimi həyətlərdəki köhnə nasoslar vasitəsi ilə deyil, Babazanlı dağında olan yeni su anbarından verilir. Təzyiq yüksək olduğu üçün su çoxmərtəbəli binalara birbaşa qalxır.

2020-ci ilin may ayından şəhərin A.Ağabəyli küçəsinə yeni su xəttinin çəkilişinə başlanmışdır. Fərdi evlərə ayırmalar verilərək sayğaclar quraşdırılmışdır. 2018-ci ildən bugünə qədər bina evlərində 2421 ədəd, həyət evlərində 4312 ədəd, ümumilikdə, 6733 ədəd su sayğacı quraşdırılmışdır. Salyan şəhərində bugünə kimi, müxtəlif diametrli 112 kilometrdən yuxarı yeni su xətti çəkilərək istifadəyə verilmişdir.

Son illər təkcə rayon mərkəzində deyil, kənd və qəsəbələrdə də əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində xeyli iş görülmüşdür. Xatırladaq ki, “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması­na dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezi­dentinin 17 mart 2017-ci il tarixli sərəncamına əsasən Salyan rayonunun 5 yaşayış məntəqəsi – Qırx Çıraq qəsəbəsi, Qızılağac, Seyidsadıqlı, Quyçu və Alçalı kəndlərinin içməli su təminatının yaxşılaşdırılması nəzərdə tutul­muşdu. Sərəncam vaxtında və yüksək keyfiyyətlə icra olunmuş, həmin yaşayış məntəqələrində, ümumilikdə, 40 ədəd su sistemi quraşdırılmışdır.

Qeyd etmək lazımdır ki, yuxarıda adları çəkilən layihələrin icrasında podratçı təşkilat olan “Hidroinşaat” MMC-nin kollektivi xüsusilə fərqlənmişdir.

Diqqətçəkən məqamlardan biri də budur ki, Salyanda əhalinin içməli su təminatı ilə məşğul olan podratçı təşkilatlar tikinti-quraşdır­ma işlərini kifayət qədər səliqə ilə görməyə çalışırlar. Belə ki, içməli su şəbəkəsinin quraşdırılması ilə əlaqədar qəsəbə və kəndlərdə qazılmış yollar və ərazilər bərpa edilmişdir. Su itkisi və xətlərdə sızmalar müşahidə edilmir.

Salyanda içməli suyun keyfiyyətinə diqqət və qayğı artmış­dır. Son illər rayonun, demək olar ki, bütün yaşayış məntəqələrində sutəmizləyici qurğular və bu­laqlar inşa edilmişdir. Son 9 il ərzində dövlət başçısının müvafiq sərəncamları ilə Salyan rayonu­nun 43 yaşayış məntəqəsində sutəmizləyici qurğular tikilmişdir. Həmin qurğularda 751 bulaq quraşdırılmışdır. Salyan Rayo­nu Gigiyena və Epidemiologiya Mərkəzi içməli suyun keyfiyyəti ilə əlaqədar vaxtaşırı sanitar-kimyəvi və bakterioloji müayinələr götürür.

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov bildirdi ki, əhalinin icməli su ilə təminatı sahəsində görülən geniş miqyaslı işlər, ilk növbədə, Azərbaycan dövlətinin, cənab İlham Əliyevin ölkəmizin hər bir bölgəsinə olduğu kimi, Salyan rayonunun əhalisinə daimi diqqət və qayğısı sayəsində mümkün olmuşdur.

Salyan rayon sakinləri içməli su probleminin həlli ilə bağlı rayonda görülmüş işləri böyük sevinc və razılıqla qarşılayırlar. Bu yazını hazırlayarkən Sal­yan şəhərinin bir neçə sakini ilə görüşüb, onların ürək sözlərini dəftərçəmə qeyd etmişəm. Həmin rəylərdən bir neçəsini oxuculara təqdim etmək istərdim.

Elmar Hacıyev, sakin:

– Mən Babazanlı yaşayış sahəsində yaşayıram. 70 yaşım var. Bizim Babazanlı yaşayış mas­sivinin sakinləri uzun illərdir içməli su sarıdan ciddi korluq çəkirdi. İndi bu məsələ möhtərəm Preziden­tin diqqət və qayğısı sayəsində özünün tam həllini tapıb. Cənab İlham Əliyevə buna görə ürəkdən təşəkkür edirəm.

Əlixeybər Axundov, sakin:

– Salyan şəhərində əhalinin içməli su təminatını yaxşılaşdır­maq üçün görülən işləri ürəkdən alqışlayıram və bu sahədə əməyi olanların hər birinə dərin minnətdarlığımı bildirirəm. Ən böyük təşəkkür isə dövlətimizin və xalqımızın sevimli lideri cənab İlham Əliyevə düşür. Qoy ömrü su qədər uzun və aydın olsun!

Rəşad Tağızadə , sakin:

– Hamı kimi, əlbəttə, mən də çox sevinirəm. Çünki su həyat, təmizlik deməkdir. Biz buna görə yerdən göyə qədər razı­yıq. Fürsətdən istifadə edərək qəlbimdən dilimə axan bu sözləri də qəzetdə dərc etməyinizi xahiş edirəm: “Möhtərəm Prezident, biz Sizin müdrik daxili və xarici siyasətinizi ürəkdən dəstəkləyirik! Biz Sizinlə çox güclüyük! Allah Sizi və dövlətimizi qorusun!”

P.S. Salyan Rayon Statis­tika İdarəsində mənə dedilər ki, 2020-ci il yanvarın 1-nə olan məlumata görə, Salyan şəhərinin əhalisi 38903 nəfər təşkil edib ki, bu, 10 il bundan əvvəlki göstəricidən 2 min nəfər çox deməkdir. Düşünürəm ki, bu faktın özünün dərin mənası var. Deməli, Salyan sakinləri son illər doğma şəhərə möhkəm tellərlə bağlanıblar.

 

 

KANAL 4

Səmil Şahlaroğlu





Oxşar xəbərlər


Xəbər lenti
27 Sentyabrın Tarixi Çağırışı 
2026-09-26
27 Sentyabr - Vətən Məhəbbətinin Şərəf Zirvəsi
2026-09-26
Tarixi Zəfərə və Tam Suverenliyə Gedən Yolun Başlanğıcı
2026-09-26
Biz bu torpaqlarda əbədi olacağıq
2026-09-25
Azərbaycan dağ-mədən sənayəsində yeni mərhələyə qədəm qoyur
2026-09-25
27 Sentyabr — yaddaşın susmadığı gün
2026-09-25
Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu - Bəyanat
2026-09-25
Vətən müharibəsi şanlı tariximiz, şəhid və qazilərimiz qürur mənbəyimizdir
2026-09-25
Tarixi ədalətin bərpasına aparan yol və Azərbaycanın haqq mübarizəsi
2026-09-25
Anım Günü dərin ehtiramın ifadəsidir
2026-09-25
Azərbaycan əvəzolunmaz tərəfdaşa çevrilib
2026-09-25
Azərbaycan Sənayesində Yeni Mərhələ
2026-09-24
2027–2030 Dövlət Proqramı və Qeyri-Neft Sektorunun İnkişafı
2026-09-24
Dağ-Mədən Sənayesində 4 İllik Sürətli İnkişaf Dövrü
2026-09-24
Yeni layihələr yeni imkanlar yaradır
2026-09-24
Təbiət ən böyük sərvətimizdir
2026-09-24
Sərvətlərimiz inkişafın yeni dayağına çevrilir
2026-09-24
301 milyon manatlıq Vejnəli izi: Qarabağın sərvətləri necə talan edildi?
2026-09-23
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
2026-09-22
Türk dünyası bizim ailəmizdir
2026-09-22
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
2026-09-22
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
2026-09-22
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
2026-09-21
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
2026-09-21
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
2026-09-21
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
2026-09-20
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
2026-09-20
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
2026-09-20
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
2026-09-19
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
2026-09-19