Xəbər lenti
Son illər Salyan rayonunda təsərrüfatın çox mühüm və gəlirli sahəsi olan arıçılığa maraq xeyli artıb
2020-09-01 13:59:39
362 baxış
Belə ki, ötən il Salyanda 22 arı fermeri var idisə bu il artıq bu rəqəm 28 nəfərə çatıb. Rayonda ötən il ümumilikdə 518 arı ailəsi saxlanılırdı. Bu il isə 748 arı ailəsi mövcuddur. Fermerlər ötən bal mövsümündən yaxşı məhsul əldə ediblər. Bu il də vəziyyət ürəkaçandır. Rayonun Boranıkənd kənd sakini Özcan Əhmədli də onlarla belə arıçılardan biridir. 7 ildir bu sahə ilə məşğul olan fermer Salyanda arı bəsləməyin çətin olduğunu deyir. Səbəb isə ərazinin relyef baxımından düzənlik olmasıdır. Məhz bu səbəbdən Salyanda bəslənən arılar əsasən yonca, qara tikan, böyürtkən, yulğun kolları, şirin biyan köklərindən şirə çəkir. Burada torpağın şoranlı olması da əsas amillərdəndir ki, bu da Salyan arısının balını başqa ballardan fərqləndirir. Əvvəlki illərdə 30 arı ailəsi saxlayan fermer bu sayı indi 70-ə çatdırıb. Bu il may bayından bol məhsul əldə edən fermer satışdan da razı qalıb. Hər yeşikdən 25-30 kq bal götürən fermer balın 1 kiloqramını 20-25 manata satdığını deyir.
Səmil Şahlaroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Təhsil və hazırlıqlı kadrların yetişdirilməsi hər şeydən önəmlidir
27 sentyabr Azərbaycan tarixində qəhrəmanlıq, milli birlik və əbədi ehtiram günüdür - RƏY
27 Sentyabrın Tarixi Çağırışı
27 Sentyabr - Vətən Məhəbbətinin Şərəf Zirvəsi
Tarixi Zəfərə və Tam Suverenliyə Gedən Yolun Başlanğıcı
Biz bu torpaqlarda əbədi olacağıq
Azərbaycan dağ-mədən sənayəsində yeni mərhələyə qədəm qoyur
27 Sentyabr — yaddaşın susmadığı gün
Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu - Bəyanat
Vətən müharibəsi şanlı tariximiz, şəhid və qazilərimiz qürur mənbəyimizdir
Tarixi ədalətin bərpasına aparan yol və Azərbaycanın haqq mübarizəsi
Anım Günü dərin ehtiramın ifadəsidir
Azərbaycan əvəzolunmaz tərəfdaşa çevrilib
Azərbaycan Sənayesində Yeni Mərhələ
2027–2030 Dövlət Proqramı və Qeyri-Neft Sektorunun İnkişafı
Dağ-Mədən Sənayesində 4 İllik Sürətli İnkişaf Dövrü
Yeni layihələr yeni imkanlar yaradır
Təbiət ən böyük sərvətimizdir
Sərvətlərimiz inkişafın yeni dayağına çevrilir
301 milyon manatlıq Vejnəli izi: Qarabağın sərvətləri necə talan edildi?
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
Türk dünyası bizim ailəmizdir
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi