Şəhidmiz Daşdəmirov Elmar
Sentyabrin 27 sindən başlayan müharibədə, Goranboy rayonu istiqamətində gedən döyüşlərdə düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan Daşdəmirov Elmar dəfn edilib.
Kanal4.az xəbər verir ki,şəhid hərbçimizin nəşi doğulub boya-başa çatdığı Salyan Rayonun Qarabağlı kəndinə gətirilib. Şəhidimizin cənazəsi böyük izdihamla qarşılanıb.
Vida mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin,Əməkdaşları Salyan Rayon icra hakimiyyətinin Başçısı Cənab Sevindiy Hətəmov, icra aparatın rəhbəri Rəşad Cəbrayilov hüquq-mühafizə orqanlarının nümayəndələri, Milli Məclisin deputati Fəzail Ağamalının Köməkçisi Xidmət Orucov. kənd sakinləri, rayon ictimaiyyətinin nümayəndələri və şəhidin ailə üzvləri iştirak ediblər.
Sonra şəhidimiz Qarabağlı Kənd Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Dəfin mərasimində izdiham yaşanıb. Şəhidimizin məzarı üstünə tər qərənfil və qızıl güllər düzülüb.
Azərbaycanın Respublikasın üç rəngli bayrağı şəhidin Atasına təqdim edilib.
Allah rəhmət eləsin.


