Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
27 Sentyabrın Tarixi Çağırışı 
SİYASƏT
27 Sentyabr - Vətən Məhəbbətinin Şərəf Zirvəsi
SİYASƏT
Tarixi Zəfərə və Tam Suverenliyə Gedən Yolun Başlanğıcı
SİYASƏT
Biz bu torpaqlarda əbədi olacağıq
SİYASƏT
Azərbaycan dağ-mədən sənayəsində yeni mərhələyə qədəm qoyur
SİYASƏT
27 Sentyabr — yaddaşın susmadığı gün
SİYASƏT
Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu - Bəyanat
SİYASƏT
Vətən müharibəsi şanlı tariximiz, şəhid və qazilərimiz qürur mənbəyimizdir
SİYASƏT
Tarixi ədalətin bərpasına aparan yol və Azərbaycanın haqq mübarizəsi
SİYASƏT
Anım Günü dərin ehtiramın ifadəsidir
SİYASƏT
Azərbaycan əvəzolunmaz tərəfdaşa çevrilib
SİYASƏT
Azərbaycan Sənayesində Yeni Mərhələ
SİYASƏT
2027–2030 Dövlət Proqramı və Qeyri-Neft Sektorunun İnkişafı
SİYASƏT
Dağ-Mədən Sənayesində 4 İllik Sürətli İnkişaf Dövrü
SİYASƏT
Yeni layihələr yeni imkanlar yaradır
SİYASƏT
Təbiət ən böyük sərvətimizdir
SİYASƏT
Sərvətlərimiz inkişafın yeni dayağına çevrilir
SİYASƏT
301 milyon manatlıq Vejnəli izi: Qarabağın sərvətləri necə talan edildi?
SİYASƏT
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
SİYASƏT
Türk dünyası bizim ailəmizdir
SİYASƏT
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
SİYASƏT
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
SİYASƏT
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
SİYASƏT
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
SİYASƏT
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
SİYASƏT
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
SİYASƏT
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
SİYASƏT
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
SİYASƏT
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
SİYASƏT
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103 illiyinə həsr edilmiş “Nurlu ömrün böyük səlnaməsi” adlı elmi-praktik konfrans keçirilib

2026-04-27 17:34:16 301 baxış
Xəbər şəkil

 

Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində
görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103 illiyinə həsr edilmiş “Nurlu ömrün böyük səlnaməsi” adlı elmi-praktik konfrans keçirilib.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon rəhbərliyinin, şəhid ailələrinin, qazilərin, idarə və müəssisə kollektivlərinin, ziyalıların və rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr edilmiş videolent nümayiş etdirilib.
Konfransı giriş sözü ilə açan Qax Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Vəfa Heydərova görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın mənalı ömür yolundan, zəngin elmi irsindən və fəaliyyətinin müxtəlif dövrlərindən, tibb elminin, xüsusilə də onun oftalmologiya sahəsinin inkişafındakı xidmətlərindən danışıb.  Bildirib ki, Zərifə xanımın elmi fəaliyyəti Azərbaycan tibb elminin ən parlaq səhifələrindəndir. O tibb aləminə daxil olanda Azərbaycan hələ də dəhşətli bir bəla-traxoma xəstəliyi ilə mübarizə aparırdı. Minlərlə insanın gözlərini itirməsinə səbəb olan bu xəstəliyin kökünün kəsilməsində Zərifə xanımın xidmətləri əvəzsizdir. O, laboratoriyalardan kənara çıxaraq, rayonlara, ucqar kəndlərə gedir, xəstələri şəxsən müayinə edirdi.
Onun ömür yolu xalqına xidmətin, elmə fədakarlığın və yüksək insanlıq keyfiyyətlərinin vəhdətidir. Zərifə xanımın ətrafındakı insanlara olan münasibəti, tələbələrinə ana qayğısı ilə yanaşması onu hər kəsin sevimlisinə çevirmişdi. O, sadəlik və alicənablığın simvolu idi.
Zərifə xanım Əliyevanın həyatı və fəaliyyəti həqiqətən də sadəcə bir həkimin deyil, həm də bir alimin, fədakar ana və vəfalı ömür-gün yoldaşının təcəssümüdür. 
Zərifə xanım yalnız böyük bir alim deyil, həm də Azərbaycanın taleyində həlledici rol oynamış Ulu Öndər Heydər Əliyevin ən yaxın sirdaşı və dayağı idi. Onların ailə modeli Azərbaycan cəmiyyəti üçün örnəkdir. Heydər Əliyev kimi qüdrətli bir dövlət xadiminin çiyinlərindəki ağır yükü Zərifə xanım öz nəzakəti, qayğısı və mənəvi gücü ilə yüngülləşdirirdi. O, həmçinin bu gün Azərbaycanı zəfərlərə aparan Prezident İlham Əliyev kimi bir oğul və nəcib keyfiyyətləri ilə seçilən Sevil xanım kimi bir qız böyütmüşdür.
Nurlu ömrün salnaməsi bizə öyrədir ki, insan yalnız xeyirxah işləri, elmi irsi və mənəvi saflığı ilə ölümsüzlük qazana bilər. Zərifə xanım Azərbaycan qadınının intellektual və mənəvi ucalığını bütün dünyaya sübut etdi.
Zərifə xanım Əliyevanın açdığı xeyirxahlıq və maarifçilik yolu bu gün müasir Azərbaycanda yeni bir mərhələdə, yeni bir müstəvidə davam edir. Bu varislik xətti Birinci vitse-prezident Mehriban xanım Əliyevanın simasında özünün ən bariz təcəssümünü tapır. Hər iki xanımın həkimlik peşəsini seçməsi təsadüfi deyil. Zərifə xanım insanların gözünə nur bəxş edirdisə, Mehriban xanım bu gün səhiyyə sisteminin müasirləşməsi, uşaqların sağlamlığı və xüsusi qayğıya ehtiyacı olan insanların müalicəsi istiqamətində apardığı layihələrlə həmin hümanist missiyanı yaşadır. Mehriban xanım Əliyevanın beynəlxalq arenadakı uğurları, Azərbaycanın zəfər dolu günlərindəki sarsılmaz duruşu əslində Zərifə xanım ocağından gələn həmin o nurlu tərbiyənin və mənəvi irsin qələbəsidir.
Bu varislik sübut edir ki, xalqına sevgi ilə xidmət edən qadınların ömür yolu heç vaxt bitmir, o nəsillərdən nəsillərə keçərək millətin yolunu işıqlandıran əbədi bir məşələ çevrilir.
Sonra YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rayon üzrə nümayəndəsi Dilarə Əliyeva, Qax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin həkim oftalmoloqu Aytac Hüseynzadə, Qax şəhər 1 nömrəli tam orta məktəbin direktoru Nuranə Hacıyeva çıxış edərək akademik Zərifə Əliyevanın mənalı ömür yolundan, tibb elminin, xüsusilə də oftalmologiya sahəsinin inkişafındakı xidmətlərindən danışıblar. 
Tədbirin sonunda ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

 















Oxşar xəbərlər


Xəbər lenti
27 Sentyabrın Tarixi Çağırışı 
2026-09-26
27 Sentyabr - Vətən Məhəbbətinin Şərəf Zirvəsi
2026-09-26
Tarixi Zəfərə və Tam Suverenliyə Gedən Yolun Başlanğıcı
2026-09-26
Biz bu torpaqlarda əbədi olacağıq
2026-09-25
Azərbaycan dağ-mədən sənayəsində yeni mərhələyə qədəm qoyur
2026-09-25
27 Sentyabr — yaddaşın susmadığı gün
2026-09-25
Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu - Bəyanat
2026-09-25
Vətən müharibəsi şanlı tariximiz, şəhid və qazilərimiz qürur mənbəyimizdir
2026-09-25
Tarixi ədalətin bərpasına aparan yol və Azərbaycanın haqq mübarizəsi
2026-09-25
Anım Günü dərin ehtiramın ifadəsidir
2026-09-25
Azərbaycan əvəzolunmaz tərəfdaşa çevrilib
2026-09-25
Azərbaycan Sənayesində Yeni Mərhələ
2026-09-24
2027–2030 Dövlət Proqramı və Qeyri-Neft Sektorunun İnkişafı
2026-09-24
Dağ-Mədən Sənayesində 4 İllik Sürətli İnkişaf Dövrü
2026-09-24
Yeni layihələr yeni imkanlar yaradır
2026-09-24
Təbiət ən böyük sərvətimizdir
2026-09-24
Sərvətlərimiz inkişafın yeni dayağına çevrilir
2026-09-24
301 milyon manatlıq Vejnəli izi: Qarabağın sərvətləri necə talan edildi?
2026-09-23
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
2026-09-22
Türk dünyası bizim ailəmizdir
2026-09-22
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
2026-09-22
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
2026-09-22
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
2026-09-21
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
2026-09-21
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
2026-09-21
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
2026-09-20
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
2026-09-20
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
2026-09-20
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
2026-09-19
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
2026-09-19