Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
27 Sentyabrın Tarixi Çağırışı 
SİYASƏT
27 Sentyabr - Vətən Məhəbbətinin Şərəf Zirvəsi
SİYASƏT
Tarixi Zəfərə və Tam Suverenliyə Gedən Yolun Başlanğıcı
SİYASƏT
Biz bu torpaqlarda əbədi olacağıq
SİYASƏT
Azərbaycan dağ-mədən sənayəsində yeni mərhələyə qədəm qoyur
SİYASƏT
27 Sentyabr — yaddaşın susmadığı gün
SİYASƏT
Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu - Bəyanat
SİYASƏT
Vətən müharibəsi şanlı tariximiz, şəhid və qazilərimiz qürur mənbəyimizdir
SİYASƏT
Tarixi ədalətin bərpasına aparan yol və Azərbaycanın haqq mübarizəsi
SİYASƏT
Anım Günü dərin ehtiramın ifadəsidir
SİYASƏT
Azərbaycan əvəzolunmaz tərəfdaşa çevrilib
SİYASƏT
Azərbaycan Sənayesində Yeni Mərhələ
SİYASƏT
2027–2030 Dövlət Proqramı və Qeyri-Neft Sektorunun İnkişafı
SİYASƏT
Dağ-Mədən Sənayesində 4 İllik Sürətli İnkişaf Dövrü
SİYASƏT
Yeni layihələr yeni imkanlar yaradır
SİYASƏT
Təbiət ən böyük sərvətimizdir
SİYASƏT
Sərvətlərimiz inkişafın yeni dayağına çevrilir
SİYASƏT
301 milyon manatlıq Vejnəli izi: Qarabağın sərvətləri necə talan edildi?
SİYASƏT
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
SİYASƏT
Türk dünyası bizim ailəmizdir
SİYASƏT
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
SİYASƏT
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
SİYASƏT
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
SİYASƏT
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
SİYASƏT
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
SİYASƏT
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
SİYASƏT
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
SİYASƏT
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
SİYASƏT
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
SİYASƏT
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır

1990-cı ilin qanlı yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir.

2026-01-20 08:10:00 359 baxış
Xəbər şəkil

 

Hər bir xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Çox nadir hallarda bu iki məqam üst-üstə düşür. Azərbaycan xalqı 1990-cı ilin Qanlı Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. O müdhiş gecə Azərbaycan xalqı sınağa çəkildi. Xalq həm Vətən uğrunda həlak olan qəhrəmanlarını tanıdı, həm bu Vətənə başçılıq edənlərin kimliyinə bələd oldu. 
20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyə aparan yolunda yeni mərhələnin başlanğıc nöqtəsi oldu. 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 20 Yanvar faciəsi, eyni zamanda həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. 1990-cı il yanvar ayının 20-də paytaxt Bakıya və ölkənin bir sıra rayonlarına sovet ordusu hissələrinin cəza məqsədilə qanunsuz yeridilməsi, dinc əhalinin qırılması totalitar sovet rejiminin törətdiyi ən qanlı aktlardan biri, insanlığa qarşı yönəldilmiş ağır cinayət idi. 
Bu il xalqımız 20 Yanvar faciəsinin 36-ci  ildönümünü qeyd edir. Azərbaycan özünün igid oğul və qızlarının fədakarlığını sonsuz məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə sovet ordusunun qoşunları əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin digər şəhər və rayonlarına yeridildi, dinc əhali müxtəlif növ silahlardan atəşə məruz qoyuldu. Silahlı qoşun birləşmələri milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 140-dan çox silahsız mülki şəxsi, o cümlədən uşaqları, qadınları və yaşlıları amansızcasına öldürüb, Bakı şəhərində və başqa ərazilərdə 744 dinc, günahsız insan yaralanıb, yüzlərlə adam itkin düşüb, 841 nəfər qanunsuz olaraq həbs edilib. Həmin hadisələr zamanı hətta yaralıları çıxaran təcili tibbi yardım maşınlarına və həkimlərə də atəş açılıb, nəticədə tibb işçiləri şəhid olub, yaralanıblar. Eyni zamanda, yanvarın 20-də fövqəladə vəziyyət elan edildikdən sonra daha 21 nəfər öldürülüb.
Bununla beynəlxalq hüquq normaları, fundamental insan hüquqları kobudcasına pozulub, doğma yurdunun azadlığının və öz hüquqlarının müdafiəsinə qalxmış çoxmillətli xalqımıza qarşı insanlıq əleyhinə qatı cinayət törədilib.
1990-cı il yanvarın 21-də ümummilli liderimiz Heydər Əliyev bu qanlı hadisələrlə bağlı Moskva şəhərində Azərbaycan xalqı adından sərt bəyanat verib, xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb edib.  İnsanlıq əleyhinə törədilmiş bu dəhşətli cinayət əməli BMT-nin İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlərin kobud şəkildə pozulmasıdır. Beynəlxalq hüquqa əsasən, 20 Yanvar faciəsi insanlıq əleyhinə cinayət kimi tövsif edilməlidir. Beynəlxalq Cinayət Məhkəməsinin Statutunun 7-ci maddəsinə əsasən, insanların məhv edilməsi, məcburi yoxa çıxarılması, siyasi, irqi, etnik, mədəni və ya cinsi motivlərə görə təqib edilməsi, işgəncə, qəsdən güclü iztirablara səbəb olma və ya ağır bədən xəsarətləri, yaxud fiziki və ya psixi sağlamlığa mühüm ziyan vurmaqdan ibarət olan digər qeyri-insani hərəkətlər insanlıq əleyhinə cinayət kimi tövsif edilir.
1990-cı il yanvarın 22-də Bakıdakı dağüstü parkda müxtəlif millətlərdən olan qadınlar, qocalar, gənclər və uşaqların dəfn edildiyi Şəhidlər xiyabanı salınıb. Həmin gün binaların damlarında hərbçilər tərəfindən quraşdırılmış pulemyotların müşayiəti ilə yüz minlərlə Bakı sakini güllələnən dinc insanların dəfnində iştirak edib. Faciə qurbanları müstəqillik uğrunda mübarizə qəhrəmanları kimi dəfn olunub.
1998-ci ildə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə “20 Yanvar Şəhidi” fəxri adı təsis olunub. Yanvarın 20-si isə Azərbaycanda Ümummilli hüzn günü elan edilib. Hər ilin bu günündə ölkəmizin bütün guşələrində xatirə tədbirləri keçirilir. Paytaxtda isə yüz minlərlə insan Qanlı Yanvar qurbanlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına axışır.
Hər il yanvarın 20-də saat 12:00-da ölkəmizin bütün ərazilərində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir. Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur.
Ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirən Vətən övladları 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə önəmli səhifə yazdılar. Azərbaycan xalqı göstərdiyi qətiyyətlə nümayiş etdirdi ki, heç bir qüvvə bizim milli azadlıq yolunda mübarizə əzmimizi qıra bilməz. 44 günlük Vətən müharibəsində bir daha xalqımız yenilməz, məğrur olduğunu dünyaya göstərdi. Xalqımız Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək möhtəşəm Zəfər qazandı. Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının mübarizə yolu gələcək nəsillər üçün əsl örnəkdir.


Nazim İbrahimov,
“Salyan Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də direktorun inzibati məsələlər üzrə müavini





Oxşar xəbərlər


Xəbər lenti
27 Sentyabrın Tarixi Çağırışı 
2026-09-26
27 Sentyabr - Vətən Məhəbbətinin Şərəf Zirvəsi
2026-09-26
Tarixi Zəfərə və Tam Suverenliyə Gedən Yolun Başlanğıcı
2026-09-26
Biz bu torpaqlarda əbədi olacağıq
2026-09-25
Azərbaycan dağ-mədən sənayəsində yeni mərhələyə qədəm qoyur
2026-09-25
27 Sentyabr — yaddaşın susmadığı gün
2026-09-25
Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu - Bəyanat
2026-09-25
Vətən müharibəsi şanlı tariximiz, şəhid və qazilərimiz qürur mənbəyimizdir
2026-09-25
Tarixi ədalətin bərpasına aparan yol və Azərbaycanın haqq mübarizəsi
2026-09-25
Anım Günü dərin ehtiramın ifadəsidir
2026-09-25
Azərbaycan əvəzolunmaz tərəfdaşa çevrilib
2026-09-25
Azərbaycan Sənayesində Yeni Mərhələ
2026-09-24
2027–2030 Dövlət Proqramı və Qeyri-Neft Sektorunun İnkişafı
2026-09-24
Dağ-Mədən Sənayesində 4 İllik Sürətli İnkişaf Dövrü
2026-09-24
Yeni layihələr yeni imkanlar yaradır
2026-09-24
Təbiət ən böyük sərvətimizdir
2026-09-24
Sərvətlərimiz inkişafın yeni dayağına çevrilir
2026-09-24
301 milyon manatlıq Vejnəli izi: Qarabağın sərvətləri necə talan edildi?
2026-09-23
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
2026-09-22
Türk dünyası bizim ailəmizdir
2026-09-22
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
2026-09-22
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
2026-09-22
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
2026-09-21
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
2026-09-21
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
2026-09-21
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
2026-09-20
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
2026-09-20
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
2026-09-20
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
2026-09-19
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
2026-09-19