Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
27 Sentyabrın Tarixi Çağırışı 
SİYASƏT
27 Sentyabr - Vətən Məhəbbətinin Şərəf Zirvəsi
SİYASƏT
Tarixi Zəfərə və Tam Suverenliyə Gedən Yolun Başlanğıcı
SİYASƏT
Biz bu torpaqlarda əbədi olacağıq
SİYASƏT
Azərbaycan dağ-mədən sənayəsində yeni mərhələyə qədəm qoyur
SİYASƏT
27 Sentyabr — yaddaşın susmadığı gün
SİYASƏT
Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu - Bəyanat
SİYASƏT
Vətən müharibəsi şanlı tariximiz, şəhid və qazilərimiz qürur mənbəyimizdir
SİYASƏT
Tarixi ədalətin bərpasına aparan yol və Azərbaycanın haqq mübarizəsi
SİYASƏT
Anım Günü dərin ehtiramın ifadəsidir
SİYASƏT
Azərbaycan əvəzolunmaz tərəfdaşa çevrilib
SİYASƏT
Azərbaycan Sənayesində Yeni Mərhələ
SİYASƏT
2027–2030 Dövlət Proqramı və Qeyri-Neft Sektorunun İnkişafı
SİYASƏT
Dağ-Mədən Sənayesində 4 İllik Sürətli İnkişaf Dövrü
SİYASƏT
Yeni layihələr yeni imkanlar yaradır
SİYASƏT
Təbiət ən böyük sərvətimizdir
SİYASƏT
Sərvətlərimiz inkişafın yeni dayağına çevrilir
SİYASƏT
301 milyon manatlıq Vejnəli izi: Qarabağın sərvətləri necə talan edildi?
SİYASƏT
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
SİYASƏT
Türk dünyası bizim ailəmizdir
SİYASƏT
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
SİYASƏT
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
SİYASƏT
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
SİYASƏT
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
SİYASƏT
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
SİYASƏT
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
SİYASƏT
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
SİYASƏT
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
SİYASƏT
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
SİYASƏT
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır

22 may 2026-cı il tarixdə Bakı şəhərinin Xətai rayonunda III Kəlağayı Festivalı keçirilib.

2026-05-25 02:07:12 154 baxış
Xəbər şəkil

Festival Bakı şəhər Mədəniyyət Baş İdarəsi, Xətai Rayon İcra Hakimiyyəti, Qərbi Azərbaycan İcmasının Bakı şəhəri Xətai rayonu üzrə Nümayəndəliyi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili ( Omudsman) Aparatı, Kəlağayı ev Muzeyi və Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.

 Festival çərçivəsində əvvəlcə sərgiyə baxış keçirilib. Sərgidə Azərbaycanın qədim milli-mədəni irs nümunələrindən olan kəlağayı sənətini əks etdirən müxtəlif eksponatlar nümayiş olunub. Xüsusilə, Azərbaycan Respublikasının Ombudsman Aparatının “Susmayan həqiqətlər: depportasiya, soyqırımı, etnik təmizləmə”   mövzusunda   sərgisində Qərbi Azərbaycanda kəlağayı ənənəsini əks etdirən tarixi fotolar, arxiv sənədləri və məişət nümunələri iştirakçıların  marağına səbəb olub. 

Qərbi Azərbaycan guşəsində xalçalar, qədim kəlağayı nümunələri və milli şirniyyatlar təqdim edilərək xalqımızın zəngin mədəni irsi nümayiş etdirilib. 

Festivalın rəsmi hissəsində əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev açılış nitqi ilə çıxış edərək qonaqları və rayon sakinlərini salamlayıb, festivalın milli irsimizin yaşadılması istiqamətində mühüm rol oynadığını bildirib. O, həmçinin tədbirin təşkilinə və keçirilməsinə göstərilən dəstəyə görə Qərbi Azərbaycan İcmasının rəhbərliyinə təşəkkür edib.

Sonra söz Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərliyə verilib. O, çıxışında Qərbi Azərbaycan qadınlarının sevimli örtüyü olan kəlağayının tarixindən, milli-mənəvi dəyərindən və xalqımızın mədəni kimliyindəki yerindən bəhs edib. Bildirib ki, əsrlər boyu Azərbaycan qadınının zərifliyini, mənəviyyatını və milli kimliyini yaşadan mühüm atributlarından biri olan kəlağayı Qərbi Azərbaycan mədəni irsinin də tərkib hissəsidir. İcma sədri qeyd edib ki, bu kimi tədbirlərin bayrama çevrilməsi Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş milli ideologiya  və  ölkə başçısı İlham Əliyevin qətiyyətli siyasətinin təzahürüdür. O çıxışının sonunda Xətai Rayon İcra Hakimiyyətinin rəhbərliyi başda olmaqla, bütün təşkilatçılara təşəkkür edib. 

Daha sonra "İki sahil" qəzetinin baş redaktoru, millət vəkili Vüqar Rəhimzadə çıxış edərək milli-mədəni irsimizin qorunmasının vacibliyini diqqətə çatdırıb, bu kimi tədbirlərin gənc nəslin milli dəyərlərə bağlı ruhda yetişməsində mühüm rol oynadığını qeyd edib.

Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev  isə festivalın milli həmrəyliyin və mədəni yaddaşın qorunmasına xidmət etdiyini bildirib, Qərbi Azərbaycan irsinin yaşadılması istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayıb.

Festival incəsənət nümayəndələrinin iştirakı ilə təşkil olunan konsert proqramı ilə davam edib. Təqdim olunan musiqi və bədii nömrələr tədbir iştirakçıları tərəfindən maraq və alqışlarla qarşılanıb.

Oxşar xəbərlər

Xəbər lenti
27 Sentyabrın Tarixi Çağırışı 
2026-09-26
27 Sentyabr - Vətən Məhəbbətinin Şərəf Zirvəsi
2026-09-26
Tarixi Zəfərə və Tam Suverenliyə Gedən Yolun Başlanğıcı
2026-09-26
Biz bu torpaqlarda əbədi olacağıq
2026-09-25
Azərbaycan dağ-mədən sənayəsində yeni mərhələyə qədəm qoyur
2026-09-25
27 Sentyabr — yaddaşın susmadığı gün
2026-09-25
Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu - Bəyanat
2026-09-25
Vətən müharibəsi şanlı tariximiz, şəhid və qazilərimiz qürur mənbəyimizdir
2026-09-25
Tarixi ədalətin bərpasına aparan yol və Azərbaycanın haqq mübarizəsi
2026-09-25
Anım Günü dərin ehtiramın ifadəsidir
2026-09-25
Azərbaycan əvəzolunmaz tərəfdaşa çevrilib
2026-09-25
Azərbaycan Sənayesində Yeni Mərhələ
2026-09-24
2027–2030 Dövlət Proqramı və Qeyri-Neft Sektorunun İnkişafı
2026-09-24
Dağ-Mədən Sənayesində 4 İllik Sürətli İnkişaf Dövrü
2026-09-24
Yeni layihələr yeni imkanlar yaradır
2026-09-24
Təbiət ən böyük sərvətimizdir
2026-09-24
Sərvətlərimiz inkişafın yeni dayağına çevrilir
2026-09-24
301 milyon manatlıq Vejnəli izi: Qarabağın sərvətləri necə talan edildi?
2026-09-23
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
2026-09-22
Türk dünyası bizim ailəmizdir
2026-09-22
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
2026-09-22
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
2026-09-22
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
2026-09-21
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
2026-09-21
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
2026-09-21
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
2026-09-20

2026-09-19
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
2026-09-19