Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Vətənə sədaqətlə xidmətin nümunəsi
SİYASƏT
İqtisadi sabitlik Azərbaycanın yeni inkişaf mərhələsi üçün möhkəm zəmin yaradır
SİYASƏT
Yeni enerji və infrastruktur imkanları Azərbaycanın regional rolunu genişləndirir
SİYASƏT
Sabit və təhlükəsiz Azərbaycan investorların diqqətindədir
SİYASƏT
Təhsil və hazırlıqlı kadrların yetişdirilməsi hər şeydən önəmlidir
SİYASƏT
27 sentyabr Azərbaycan tarixində qəhrəmanlıq, milli birlik və əbədi ehtiram günüdür - RƏY
SİYASƏT
27 Sentyabrın Tarixi Çağırışı 
SİYASƏT
27 Sentyabr - Vətən Məhəbbətinin Şərəf Zirvəsi
SİYASƏT
Tarixi Zəfərə və Tam Suverenliyə Gedən Yolun Başlanğıcı
SİYASƏT
Biz bu torpaqlarda əbədi olacağıq
SİYASƏT
Azərbaycan dağ-mədən sənayəsində yeni mərhələyə qədəm qoyur
SİYASƏT
27 Sentyabr — yaddaşın susmadığı gün
SİYASƏT
Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu - Bəyanat
SİYASƏT
Vətən müharibəsi şanlı tariximiz, şəhid və qazilərimiz qürur mənbəyimizdir
SİYASƏT
Tarixi ədalətin bərpasına aparan yol və Azərbaycanın haqq mübarizəsi
SİYASƏT
Anım Günü dərin ehtiramın ifadəsidir
SİYASƏT
Azərbaycan əvəzolunmaz tərəfdaşa çevrilib
SİYASƏT
Azərbaycan Sənayesində Yeni Mərhələ
SİYASƏT
2027–2030 Dövlət Proqramı və Qeyri-Neft Sektorunun İnkişafı
SİYASƏT
Dağ-Mədən Sənayesində 4 İllik Sürətli İnkişaf Dövrü
SİYASƏT
Yeni layihələr yeni imkanlar yaradır
SİYASƏT
Təbiət ən böyük sərvətimizdir
SİYASƏT
Sərvətlərimiz inkişafın yeni dayağına çevrilir
SİYASƏT
301 milyon manatlıq Vejnəli izi: Qarabağın sərvətləri necə talan edildi?
SİYASƏT
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
SİYASƏT
Türk dünyası bizim ailəmizdir
SİYASƏT
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
SİYASƏT
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
SİYASƏT
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
SİYASƏT
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı

,,Zabit ruhunun böyüklüyü""

2020-12-11 15:05:03 1061 baxış
Xəbər şəkil

Zabit ruhunun böyüklüyü və qüdrəti istənilən artileriyyadan daha təsirli, bütün zirehlərdən daha möhkəmdir. Ruhundakı bu böyüklük və qüdrət ilə öz əsgərlərini də ruhlandıran zabitlərimizdən biri də Polkovnik Eldəniz Firuddin oğlu Namazovdur. Azərbaycanın vətənpərvər oğlu 1978 –ci il  iyunun 27-də Qazax rayonun Abbasbəyli kəndində anadan olub. Eldəniz Namazovun məktəb illəri 1-ci Qarabağ savaşının başlandığı, alovlandığı və torpaqlarımızın itirildiyi dövrə təsadüf etdiyindən baş verən proseslər onun gələcək taleyinə təsir etməyə bilməzdi. Eldəniz Namazovun dayısı və özündən yaşca böyük olan iki qardaşı da 1-ci Qarabağ savaşında işğalçı erməni hərbi qüvvələrinə qarşı mərdliklə vuruşaraq, şərəfli Qazi adına laiq görülmüşdülər. 

Həmin ağır illərdə ölümündən sonra Azərbaycanın Milli Qəhramanı adına laiq görülən Allahverdi Bağırovun ağlı, zəkası, vətənpərvərliyi və mərdliyi dillərə dastan idi. Bəlkə də bu səbəbdən Eldəniz Namazov böyüyəndə onun kimi vətəninə, xalqına laiqli övlad olmaq, onun kimi Azərbaycanın tarixinə öz adını yazmaq arzusu ilə alışıb yanırdı. Vətən eşqi, itirilmiş torpaqlarımızı geri almaq istəyi Eldəniz Namazovun hərb sənətinə olan sevgisini artırır və o qərar verir : Mən zabit olacam ! 

Hərb sahəsi - yuxusuz gecələr, isti, yağış, qar, palçıq demədən ağır təlimlər və mümkün ola biləcək silahlı mübarizə və ölüm təhlükəsi deməkdir. Bu səbəbdən də hərb sahəsini könüllü seçmək hər oğulun işi deyil. Bəzən də valideyinlər övladlarının hərbidən uzaq durmağı, başqa sahəni seçməyi məsləhət görürlər. Lakin Eldəniz Namazov vətənini sevən bir ailədə böyüyüb, tərbiyə almışdı. O ata-anasının xeyir duası ilə şərəfli zabit peşəsini seçir və bundan bir an belə peşman olmur. 

Ali hərbi təhsil aldıqdan sonra peşəkar zabit kimi fəaliyyəti dövründə Mayor Eldəniz Namazov "Hərbi xidmətlərə görə” medalı ilə təltif edilir. Lakin bu, hələ başlanğıc idi... 

1994-cü ildə atəşkəs elan olunandan sonra Azərbaycan öz hərbi qüdrətini ildən – ilə artırmağa başladı. Bu hərbi inkişaf Prezident, Ali baş Komandan İlham Əliyevin hakimiyyətə gəlişindən sonra özünü daha çox biruzə verdi. Ordumuzun büdcəsi ilə yanaşı hərbi arsenalı, silahlı qüvvələrimizin peşəkarlığı, fiziki və psixoloji hazırlığı ildən ilə gücləndi... Bu illər ərzində Ermənistan rəhbərliyi öz xalqını və dünyanı "məğlubedilməz erməni ordusu”-nun nağıllarına inandırmaqla məşğul idi. Ermənilər son günlərə qədər inanırdılar ki, Azərbaycan ordusu 90-cı illərdəki pərakəndə döyüşçülər səviyyəsində qalıb. Siyasi arenalarda Azərbaycanın mehriban qonşuluq, qarşılıqlı inkişaf və topraqların sülh yolu ilə qaytarılması təkliflərinə erməni tərəfi "qəhraman” ordusuna və siyasi havadarlarına tam əmin olaraq -yox cavabı verirdi. Hələ daha da harınlayaraq Qarabağ Ermənistandır -kimi mesajlar verməyə başladılar... 

Aprel döyüşləri, Tovuz istiqamətindəki döyüşlər və nəhayət 27 sentyabr 2020-ci il tarixində cəbhədəki erməni təxribatı Azərbaycanın səbrini tükəndirdi. Artıq geriyə yol yox idi. Eldəniz Namazov kimi Azərbaycan oğulları -ya Şəhadət, ya Hürriyət deyərək, Ali Baş Komandanın əmrini gözləyirdilər. 

Əmr verildi : İrəli ! Bütün işğal altındakı torpaqlarımız azad olunanadək irəli ! 

   Həmin gün bəlkə də Eldəniz Namazovun illərlə qəlbini ağrıdan arzusunun həyata reallaşdığı gün idi. Azərbaycan ordusu bütün cəbhə boyu hücuma keçdi. Polkovnik Eldəniz Namazovun döyüş yolu Cəbrayıl, Fizuli, Hadrut və Şuşanın azad olunmasında keçir.   Noyabrın 8-də Qarabağın alınmaz qalası olan Şuşanın Müzəffər Azərbaycan ordusu tərəfindən tam nəzarətə götürülməsilə Ermənistan təslim oldu və kapitulyasiyaya imza atdı. Növbəti günlərdə isə döyüşlərdə rəşadət göstərən Azərbaycan zabiti, polkovnik Eldəniz Namazov Kəlbəcərin təhvil alınmasında şəxsən iştirak edir. 

Ali Baş Komandan İlham Əliyev Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edən, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir çox hərbi qulluqçularını müxtəlif orden və medallar, fəxri adlarla təltif etdi. Onların içərisində polkovnik Eldəniz Namazov da var idi. Azərbaycanın vətənpərvər oğlu, ölkəmizin tarixinə adını yazdıraraq Vətən müharibəsinin qalib zabiti kimi "Qarabağ Ordeni” ilə təltif edilib....

    Polkovnik Eldəniz Namazov Allahdan şəhidlərimizə rəhmət diləyir və fəxarətlə bildirir ki, 44 günlük müharibədə işğalçı ermənilərə laiqli cavab verərək, 90-cı illərdəki məğlubiyyət və işğal ləkəsini alnımızdan sildik. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, möhtərəm prezident, cənab Alı Baş Komandanımızın rəhbərliyi altında savaşmaq və qələbə qazanmaq təsəvvür edilməyəcək dərəcədə gözəl bir hissdir.

Yaşasın Azərbaycan, Yaşasın Azərbaycan Ordusu!!!

QARABAĞ AZƏRBAYCANDIR !!!

Cənab Polkovnik ! Biz də, sadə Azərbaycan vətəndaşı olaraq sizinlə və sizin kimi oğullarla fəxr edirik....

 

 

,,Zabit ruhunun böyüklüyü""

 

 

,,Zabit ruhunun böyüklüyü""

 

,,Zabit ruhunun böyüklüyü""

 

Səmil Şahlaroğlu





Oxşar xəbərlər


Xəbər lenti
Vətənə sədaqətlə xidmətin nümunəsi
2026-09-30
İqtisadi sabitlik Azərbaycanın yeni inkişaf mərhələsi üçün möhkəm zəmin yaradır
2026-09-29
Yeni enerji və infrastruktur imkanları Azərbaycanın regional rolunu genişləndirir
2026-09-29
Sabit və təhlükəsiz Azərbaycan investorların diqqətindədir
2026-09-29
Təhsil və hazırlıqlı kadrların yetişdirilməsi hər şeydən önəmlidir
2026-09-28
27 sentyabr Azərbaycan tarixində qəhrəmanlıq, milli birlik və əbədi ehtiram günüdür - RƏY
2026-09-28
27 Sentyabrın Tarixi Çağırışı 
2026-09-26
27 Sentyabr - Vətən Məhəbbətinin Şərəf Zirvəsi
2026-09-26
Tarixi Zəfərə və Tam Suverenliyə Gedən Yolun Başlanğıcı
2026-09-26
Biz bu torpaqlarda əbədi olacağıq
2026-09-25
Azərbaycan dağ-mədən sənayəsində yeni mərhələyə qədəm qoyur
2026-09-25
27 Sentyabr — yaddaşın susmadığı gün
2026-09-25
Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu - Bəyanat
2026-09-25
Vətən müharibəsi şanlı tariximiz, şəhid və qazilərimiz qürur mənbəyimizdir
2026-09-25
Tarixi ədalətin bərpasına aparan yol və Azərbaycanın haqq mübarizəsi
2026-09-25
Anım Günü dərin ehtiramın ifadəsidir
2026-09-25
Azərbaycan əvəzolunmaz tərəfdaşa çevrilib
2026-09-25
Azərbaycan Sənayesində Yeni Mərhələ
2026-09-24
2027–2030 Dövlət Proqramı və Qeyri-Neft Sektorunun İnkişafı
2026-09-24
Dağ-Mədən Sənayesində 4 İllik Sürətli İnkişaf Dövrü
2026-09-24
Yeni layihələr yeni imkanlar yaradır
2026-09-24
Təbiət ən böyük sərvətimizdir
2026-09-24
Sərvətlərimiz inkişafın yeni dayağına çevrilir
2026-09-24
301 milyon manatlıq Vejnəli izi: Qarabağın sərvətləri necə talan edildi?
2026-09-23
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
2026-09-22
Türk dünyası bizim ailəmizdir
2026-09-22
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
2026-09-22
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
2026-09-22
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
2026-09-21
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
2026-09-21