Şəhid kapitan İlkin Nəcəfovun döyüş yolu Salyan-VİDEO
Nəcəfov İlkin Misir oğlu 17.11.1989-cu ildə Salyan rayonu Şikarlı kəndində anadan olmuşdur.1996-cı ildə Şəkərli kənd orta məktəbində 1-ci sinifə başlayıb.2005-ci ildə Salman Cəfərov adına Yenikənd kənd orta məktəbində təhsilini davam etdirmişdir.2007-ci il orta məktəbi bitirib Heydər Əliyev adina Ali hərbi məktəbə daxil olmuşdur.2011-2012-ci illərdə Leytenant kimi zabitləri təkmilləşdirmə kursunu uğurla bitirmiş və Tərtər rayonunda yerləşən N-saylı hərbi hissədə 5 il xidmət göstərmişdir.2015-ci il 31 dekabr günü münasibəti ilə "Fəxri fərman”-la təltif olunmuşdur.2016-cı ildə şanlı "Aprel döyüləri” zamanı Ağdamın Süsənli kənd ətrafında gedən hərbi əməliyyatda iştirak etmişdir.2016-cı il 26 iyun Silahlı qüvvələrin yaranmasının il dönümü münasibəti ilə döyüş və ictimai-siyasi hazırlıqda,nizam intizamda əldə etdiyi yüksək nəaliyyətlərə görə Fəxri fərmanla təltif olunmuşdur.2016-cı ilin sonlarında Yevlaxda daha sonra Abşeron rayonunda yerləşən hərbi hissədə hərbi qulluqçu kimi fəaliyyətini davam etdirmişdir.Silahlı qüvvələrin təlim tədris mərkəzində 25.04.2017-ci il tarixindən 10.06.2017-ci il tarixinədək fəaliyyət göstərən artilleriya batareya komandiri kursunu bitirmişdir.2018-cil il 26 iyun Azərbaycan ordusunun 100 illiyi”Yubiley Medalı”-nın və Azərbaycan respublikasına Qüsursuz xidmətinə görə 3-cü dərəcəli medalla təltif olunmuşdur.2019-cu il Kapitan rütbəsi ilə təltif olunmuşdur.2019-cu ilin sonlarında xidmət etdiyi Abşeron rayonunda yerləşən hərbi hissədən Qusar rayonunda yerləşən hərbi hissəyə göndərilmişdir.2020-ci il sentyabr ayının 27-si xidmət etdiyi hərbi hissədən cəbhəyə yollanmış və Fizuli istiqamətində gedən düyüşlərdə qəhrəmancasına iştirak etmiş və düşmanin bir çox hərbi qulluqçusunu o cümlədən hərbi texnikasını məhv etmişdir.Daha sonra Hadrut istiqamətində gedən döyüşlərdə yaralanmış əsgərini döyüş meydanından çıxararkən qərəmancasına Şəhidlik zirvəsinə ucalmışdır.
Səmil Şahlaroğlu