Salyanın Plastik yaşayış nassivində artıq bir neçə gündür qazlaşdırma işlərinə başlanılıb-FOTO/VİDEO
Salyanın Plastik yaşayış nassivində Kür daşqınlarından zərər çəkmiş insanlar üçün tikilən 135 fərdi yaşayış evinin qazlaşdırılmaması əhalini ciddi narahat edirdi. Nəhayət bu problem ölkə başçısının tapşırığından sonra öz həllini tapıb. Artıq bir neçə gündür sözügedən massivdə qazlaşdırma işlərinə başlanılıb.
2010-cu il Kür daşqınları zamanı evləri qəzalı vəziyyətə düşmüş Salyan sakinləri üçün rayonun Plastik yaşayış massivi ərazisində yeni evlər tikilib. Lakin fərdi yaşayış evləri sakinlərin ixtiyarına verilən zaman qazlaşdırılmadığı üçün sonradan problemlər yaşanıb. Təbii qaz olmaması ucbatından sakinlər, xüsusi ilə payız-qış aylarında olmazın əziyyətlərlə qarşılaşmalı olub. Soyuq otaqları qızdırmaq, biş-düş etməkdən ötrü daha çox elektrik enerjisi, maye qaz və odun sobalarından istifadə etmək məcburiyyətində qalıblar.
Nəhayət yeni massiv sakinlərini narahat edən bu problem Dövlət Başçısıçının tapşırığlndan sonra öz həllini tapıb. Artıq bir neçə gündür ki, 135 fərdi yaşayış evinin qazlaşdırılması işlərinə start verilib.
Sözügedən ərazidə qısa müddətdə 1000 metrə yaxın qaz xətti çəkilib. Bununla yanaşı evlərin qarşısında fərdi tənzimləyici və sayğaclar quraşdırılacaq. Beləliklə illərlə qaz sarıdan əziyyət çəkən sakinlər mavi yanacaqla təmin olunacaq, problemlərinə biryolluq son qoyulacaq.
Səmil Şahlaroğlu SALYAN