Cənnətdəki doğum günün mübarək: ŞƏHİDİM
Bu gün Salyan Rayon Mərkəzləşdirilmiş kitabxana Sisteminin direktoru Səidə Əliyeva, rayon 7 saylı məktəb Lisseyin direktoru Arzu Daşpoladova, rayon Peşə Lisseyin direktoru Razigül Dadaşova və MİHİ Salyan RK-nin sədri Vəfa Məmmədova ll Qarabağ Müharibəsində qəhrəmancasına şəhid olan Vüsal Cəfərovun doğum günü münasibətilə ailəsində olmuşlar.
Şəhid Vüsal Cəfərov 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlananda torpaqlarımızı mənfur düşməndən azad etmək Füzuli - Şuşa istiqamətində gedən döyüşlərdə torpaqlarımızin azad olunmasında böyük igidlik göstərmiş ,44 gün davam edən Vətən Müharibəsində şəhid olmuşdur.
Cəfərov Vüsal Şəfi oğlu 16.01.1996- cı ilde Salyan rayon Yuxari Xalac kəndinde anadan olub.
15 Sentyabr 2003-cü ilde Salyan rayon Yuxarı Xalac kend tam orta məktəbinin 1-ci sinifinə daxil olmuşdur .
15 iyun 2014-cü ildə məktəbi bitirib 2014-cü ilde Hərbi Xidmətə yollanmişdır.
2015 -ci ilde Hərbi Xidmetini başa vurub 2016-cı ilde aile heyatı qurmuşdur.
Bir övladı var .
2020-ci ilde müddetden artıq hərbiçi kimi işləməyə başlamış, II Qarabağ Müharibəsinde iştirak etmişdir. 11 .11 .2020 -ci ilde Şuşada geden döyüşlərdə şəhid olmuşdur.