Salyan Rayonunda:"COVID_19_a qarşı vaksinasiya prosesinə başlamışdır"
Yanvarın 19-dan Salyan rayon Mərkəzi Xəstəxanasında COVID-19-a qarşı vaksinasiya prosesinə başlanılmışdır. Strategiyaya uyğun olaraq vaksinasiyanın birinci mərhələsində səhiyyə işçilərinin peyvənd olunması nəzərdə tutulmuşdur.
məlumat üçün qeyd edək ki, ilkin olaraq könüllülük prinsipi əsasında risk qrupuna daxil olan səhiyyə işçilərinə və 65 yaşdan yuxarı şəxslərə virusa qarşı vaksinlərin vurulması həyata keçiriləcək.
Ölkəmizdə tətbiq ediləcək “Coronavac” vaksininin ənənəvi, etibarlı və sınanmış inaktiv platformada hazırlanması onu daha etibarlı edir.Bununla yanaşı vaksinin Türkiyədəki klinik sınaq nəticələrinə əsasən onun virusla mübarizədə 91,25 faiz effektiv olduğu müəyyən edilib və heç bir mənfi əks təsirlərə rast gəlinməyib.
Qeyd edək ki, COVID-19 xəstəliyi əleyhinə Vaksinasiya Strategiyasının təsdiq edilməsi haqqında qanuna əsasən ölkə üzrə peyvəndlənmə prosesinin 2021-2022-ci illərdə tam əhatə edilməsi planlaşdırılır.