20 Yanvar Faciəsi Azərbaycanın azadlıq mübarizəsinin tarixi səhifələrindən biridir.
Salyan rayon Qarabağlı kənd Ərazi nümayəndəsi,Həsən Abdulayev Bələdiyə Sədri Qurban Xəlilov.20, Yanvar anım günü münasibətilə 1_ci Qarabağ müharibəsi və 2-ci Qarabağ şəhidlərindən olan Daşdəmirov Elmar Qasımov Elmədin məzarın ziyarət ediblər.
Həsən Abdulayev,qeyd edib ki,1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının tarixinin ən faciəli, qara səhifəsi, həm də qəhrəmanlıq, rəşadət səhifəsidir. Ulu öndər Heydər Əliyev vaxtilə 20 Yanvar hadisələrini belə səciyyələndirirdi. Böyük uzaqgörənliklə deyirdi ki, biz o günlərdən nə qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərk edəcəyik və bəlkə də gələcək nəsillər buna daha doğru, daha düzgün qiymət verəcəklər. Ancaq bir şey həqiqətdir ki, 1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olub.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin.