Qəhramanlar Unudulmur.
44 gün davam edən Vətən müharibəsi və sonu böyük tarixi Qələbə ilə başa çatan haqq savaşımız! Bu həmin 44 gündür ki, ölkə Prezidentinin də qeyd etdiyi kimi: “Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi”.
Bəli, ömürlük yaddaşımıza, hafizəmizə həkk olunan haqq savaşında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 30 ilə yaxın düşmən tapdağı altında olan torpaqlarımızı işğaldan azad etdi.Qələbə sevincini Xalqa yaşadanlardan biridə İgid qəhraman İlkin Fərzəliyevdi.
Yeni Azərbaycan Partiyası Salyan rayon Təşkilatının İdarə Heyətinin üzvləri və Gənclər Birliyinin sədri Vətən müharisi iştirakşısı Suqovuşana Vətən bayrağını sancan Fərzəliyev İlkin Azad oğluna baş çəkmiş onların qayğıları ilə maraqlanmışlar.