Nəcmiyyə Zeynalzadə: Gənclik iri addımlarla uğura doğru irələyir
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.Gənclər cəmiyyətin ən əsas qüvvəsidir.Biz Azərbaycan gəncliyinin qurucularıyıq, müstəqillik üçün varıq ! Gənclik Heydər Əliyev yoluna sadiq, İlham Əliyev siyasətinin dəvamçıları olan böyük qüvvədir.
Bizlər bu qüvvəmizi dövlətimizi inkişaf etdirmək ,qarabağımızı dirçəltmək və onu qorumaq üçün sərf edəcəyik! Bu günümüzün gələcəkdə ki,tarixində gənclər böyük rol oynayır.Hər bir gənc
dövlətçilik,vətənpərvərlik ruhunda böyüməlidir.
Prezident İlham Əliyev gənclərə olan münasibətini belə ifadə etmişdir: “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”.
Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini toplamalı, vətənin inkişafı üçün səylə çalışmalı, öz siyasətində onlara arxalanan ölkə Prezidentinin etimadını həmişə doğrultmalıdırlar.
Tərtər rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı və Tərtər rayon İçtimai Nəzarət Koalisiyasının rəhbəri Nəcmiyyə Zeynalzadə.