Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Müdafiə sənayesində ŞOK SIÇRAYIŞ - Azərbaycan 1,8 milyard avroluq istehsala hazırlaşır
SİYASƏT
Ümummilli Liderin dəyişməz siyasi kursu
SİYASƏT
Azərbaycanın inkişaf yoluna ömrünü həsr edən Ulu Öndər
SİYASƏT
Dövlətçilik tariximizin Heydər Əliyev səhifəsi
SİYASƏT
Milli dövlətçilik siyasətinin sarsılmaz təməlləri
SİYASƏT
Vətənə sədaqətlə xidmətin nümunəsi
SİYASƏT
İqtisadi sabitlik Azərbaycanın yeni inkişaf mərhələsi üçün möhkəm zəmin yaradır
SİYASƏT
Yeni enerji və infrastruktur imkanları Azərbaycanın regional rolunu genişləndirir
SİYASƏT
Sabit və təhlükəsiz Azərbaycan investorların diqqətindədir
SİYASƏT
Təhsil və hazırlıqlı kadrların yetişdirilməsi hər şeydən önəmlidir
SİYASƏT
27 sentyabr Azərbaycan tarixində qəhrəmanlıq, milli birlik və əbədi ehtiram günüdür - RƏY
SİYASƏT
27 Sentyabrın Tarixi Çağırışı 
SİYASƏT
27 Sentyabr - Vətən Məhəbbətinin Şərəf Zirvəsi
SİYASƏT
Tarixi Zəfərə və Tam Suverenliyə Gedən Yolun Başlanğıcı
SİYASƏT
Biz bu torpaqlarda əbədi olacağıq
SİYASƏT
Azərbaycan dağ-mədən sənayəsində yeni mərhələyə qədəm qoyur
SİYASƏT
27 Sentyabr — yaddaşın susmadığı gün
SİYASƏT
Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu - Bəyanat
SİYASƏT
Vətən müharibəsi şanlı tariximiz, şəhid və qazilərimiz qürur mənbəyimizdir
SİYASƏT
Tarixi ədalətin bərpasına aparan yol və Azərbaycanın haqq mübarizəsi
SİYASƏT
Anım Günü dərin ehtiramın ifadəsidir
SİYASƏT
Azərbaycan əvəzolunmaz tərəfdaşa çevrilib
SİYASƏT
Azərbaycan Sənayesində Yeni Mərhələ
SİYASƏT
2027–2030 Dövlət Proqramı və Qeyri-Neft Sektorunun İnkişafı
SİYASƏT
Dağ-Mədən Sənayesində 4 İllik Sürətli İnkişaf Dövrü
SİYASƏT
Yeni layihələr yeni imkanlar yaradır
SİYASƏT
Təbiət ən böyük sərvətimizdir
SİYASƏT
Sərvətlərimiz inkişafın yeni dayağına çevrilir
SİYASƏT
301 milyon manatlıq Vejnəli izi: Qarabağın sərvətləri necə talan edildi?
SİYASƏT
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır

Son illərin yayılmış terminlərindən biri heç şübhəsiz dezinformasiyadır.

2021-02-06 00:40:45 120 baxış
Xəbər şəkil

 

Bir cümlədə dezinformasiyanı iqtisadi-siyasi fayda əldə etmək, ictimaiyyəti qəsdən aldatmaq yolu ilə ictimai siyasi proseslərə zərər vurmaq üçün yaradılan, təqdim edilən və yayılan yanlış məlumatlar kimi ifadə edə bilərik.

Keçən il BMT dezinformasiyaya qarşı qlobal mübarizə məqsədi ilə etibarlı və dəqiq məlumatların çoxaltmaq və ən əsası məlumatları “Verifed – Yoxlanmış” virtual möhürü ilə paylaşmaq kampaniyası başladı.

BMT dezinformasiyaya qarşı kampaniyanı ilkin olaraq koronavirusla əlaqədar artmaqda olan yalan məlumatlara qarşı mübarizə aparmaqla başladı.

BMT bunu bütün dünyada virtual məkanları yalan, qorxu və nifrət dolu məlumatları nəql edənlərə təslim etməməyə qarşı bir hərəkat kimi nəzərdə tutur və başlanğıc kimi dezinformasiyanın yayılmasında cəlbedici məhsullardan və yayma metodlarından istifadəsi üsulları nəzarətə götürülməsini tələb edirdi.

İki il öncə Avropa Birliyinə 28 üzv ölkənin rəhbərliyi birliyin dezinformasiya ilə mübarizə üzrə effektiv strateji rabitə komandasının yaradılması və onun iş planını hazırlamaq prosesinə start verdi.

Hər iki qlobal təşkilatın təşəbbüsü yerli hökumətlərə dezinformasiyanın yayma metodlarının istifadəsi üsullarına nəzarətin vacibliyini nəzərdə tutur, üzv dövlətlərin KİV haqqında yerli qanunvericiliyə yenidən baxılması və dəyişikliklər edilməsini tövsiyə edirdi.

Bu təşəbbüslər məğzində KİV qrupuna aid olan yeni alətlərin - internetin, sosial medianın texnoloji inkişafının bir hissəsi kimi cəmiyyətlərin inkişaf və sabitliyinə xidmət etməsi, cəmiyyətlərə faydalı olmasının vacibliyi dururdu.

Eyni ildə Almaniya, Fransa, İtaliya, İsveç, ABŞ kimi dövlətlər KİV sahəsində yerli qanunvericiliyə elektron və sosial medianın tənzimlənməsi üçün norma və əsasları əlavə edilməsi ilə bağlı dəyişikliklər etdilər.

Yerli qanunvericiliyə edilən dəyişikliklərlə paralel elektron və sosial platformalar daxil olmaqla KİV və internet resurslarda siyasi, təhlükəsizlik və digər aspektlərdən dəyərləndirilməsi, dezinformasiyanın yayılma metodlarına nəzarət, bir sözlə, KİV-in yeni tələblərlə idarə edilməsi, tənzimlənməsinə nəzarət edən qurumlar formalaşdırıldı.

Bir sıra Avropa ölkələri, məsələn Fransanın isə KİV haqqında qanuna etdiyi əlavələr isə bir sıra hallarda son illərin geniş yayılmış vətəndaş jurnalistikasını qadağan edəcək məqamlar əlavə edildi, Fransa nümunəsində kütləvi tədbirlər zamanı polis və digər güc strukturlarının nümayəndələrinin çəkiliş, elektron, sosial platformalarda canlı yayımların qadağan edilməsinə səbəb olan əlavələri göstərmək olar.

Bütün dünyada dezinformasiyanın yayma metodu demək olar ki, eynidir, cəmiyyətlərə yönəlik yalan və təhrif edilmiş məlumatlarla internet resurslar, elektron media, sosial platformaların istifadəçilər, bloqer, vətəndaş jurnalistikası və s. kimi yeni alətlərlə təqdimatı və tirajlanması həyata keçirilir.

Son illərin KİV-lər haqqında qanunun müasir tələblərindən biri internet resurslar, elektron, sosial media platformalarda vətəndaş jurnalistikasının tənzimlənməsi və dezinformasiyaya qarşı immunitetlərin formalaşdırılmasına xidmət edən mexanizmlərin yaradılmasıdır və s.

Belə mexanizmlər media və ifadə azadlığının təminatı üçün nəzərdə tutulan imkan və alətlərin dezinformasiyanın yayılması üçün vasitə və ya alət olmasına nəzarətin güclənməsinə xidmət etməlidir.

Azərbaycan, internet resurslar, sosial media platformalarından ictimai şüurun həssas nöqtələrinə basılmaqla dezinformasiya yayma və hibrid üsullarla təzyiq, təsir təbliğatlı informasiya əməliyyatlarına məruz qalan ölkələrin sırasındadır.

Bu hal həmişə mövcud olsa da, 44 günlük Vətən müharibəsi öncəsi, ərəfəsi və sonrakı müddətdə informasiya təxribatları axını gücləndi və cəmiyyətin bütün təbəqələrinə sirayət etdi.

Məhz bu günlərdə internet resurslar, elektron, sosial media üzərində tənzimləmənin və nəzarətin olmamasına görə yerli resursların təbliğatında kənar təsirlərə məruz qalması daha aydın hiss edildi. Kənar təsirlərin fikir formalaşmasında iştirakı o qədər genişləndi ki, yerli elektron və sosial medianın təbliğat tezisləri Ermənistanın rəsmi təbliğatı ilə sinxronluq təşkil etdi.

Hərbi əməliyyatlarda, 10 noyabrda imzalanmış üçtərəfli razılaşmada qalib tərəf biz olduğumuz halda, erməni media kanalları və resurslarının müxtəlif dillərdə paylaşılan yalan xəbəri, dezinformasiyaları Azərbaycan mediası tərəfindən tirajlandı və bu proses hələ də davam edir.

Erməni internet kanallarının dezinformasiyaları cəmiyyətdə fikir formalaşmasında iştirak edir və onların dezinformasiyaları cəmiyyətin parçalanması, həmrəyliyinin pozulması istiqamətində “şübhə-əsaslar” formalaşdırır.

Buna qarşı əks-təbliğat aparan yerli resursların qeyri-peşəkarlığı, dezinformasiyaya qarşı vaxtında və ən əsası arqumentli əks-təbliğat qura bilməməsi, bir sıra hallarda isə prosesi düzgün dəyərləndirə bilməməsi səbəbi ilə yanlış təqdimatı cəmiyyətdəki şübhəni daha da dərinləşməsinə xidmət edir.

KİV-lərdə bu mövzuların gecikmiş və qeyri-peşəkarlıqdan irəli gələn primitiv izahları çox vaxt cəmiyyətin intellektual göstəricilərinə cavab vermir.

Nəticədə arqumentsiz əks-təbliğat üzərindən şübhələr dərinləşir, sosial mediada kütləvi izləyiciləri olan səhifələrdə belə təbliğatın tirajlanması daha pis nəticə verir, çünki geniş kütlədə şübhə yaradır.

KİV-lərdə tənzimləmənin və nəzarətin olmaması bir çox hallarda yerli elektron medianın düşmən tərəfin təbliğatı, xarici media, beynəlxalq təşkilatların hesabatları üçün dezinformasiya əsaslı istinad mənbələri formalaşdırmasına səbəb olur.

Məsələn, sentyabrın 28-də hərbi rejim əsasları ilə Azərbaycanda bir sıra elektron KİV-lərə internet verilməsi dayandırıldığı üçün, həmin KİV-lər cəbhəyə aid təhrif olunmuş məlumatları öz sosial media səhifələrindən paylaşmaqla təhrif olunmuş istinad mənbələri – dezinformasiyalar formalaşdırmağa davam etdilər.

Elektron resurslarda, sosial platformalarda döyüş bölgələrindən sızmış, zorakılıq görüntüləri olan materialların nizamsız paylaşılması ölkənin beynəlxalq imicinin korlanması üçün fürsət güdən dairələrə əlavə material, istinad mənbələri formalaşdırdı.

KİV-lərdə jurnalist və ya aparıcıların qeyri-peşəkarlığı üzərindən milli, dini və məzhəb ayrıseçkiliyin qabardılması, ölkədə etnik və ya regional mənsubiyyətə görə qərəzli münasibət mövcud olması kimi fikir formalaşdırır.

Müharibə günlərində belə qeyri-peşəkarların təsadüfi fikirlərinin cəmiyyətin parçalanması, Azərbaycan əsgərinin döyüş ruhunun sındırılması istiqamətində aparılan təbliğatlar buna nümunədir.

Bu kimi halların daxili risklərindən başqa, həm də xarici riskləri mövcuddur, çünki belə məlumatlar daha sonra ölkəmizə qarşı qərəzli hesabatların istinad mənbəyinə çevrilir.

KİV təmsilçilərinin qeyri-peşəkarlıqla siyasi və təhlükəsizlik risklərin dəyərləndirməsi, xarici mediada şübhəli məramlı, təxribatçı yazıların, dövlətin milli maraqları, strateji münasibətləri, regional tərəfdaşları və qlobal əməkdaşlıq aspektlərini zədələnməsinə xidmət edən yazıları daxildə tirajlanması ilə nəticələnir.

Sadaladığımız nümunələrdə Azərbaycanda da KİV və elektron medianın tənzimlənmə siyasətinə son illərin əsas təbliğat aləti olan sosial medianın tənzimlənməsinin də şamil olunmasının vacibliyini önə çıxaran sadə nümunələrdir.

Azərbaycanda ifadə azadlığının təminatı üçün nəzərdə tutulan imkanların dezinformasiyanın yayılması üçün vasitə və alət olmamasını tənzimləyəcək, KİV-lərdə dövlətin maraqlarının müdafiəsində immunitetləri formalaşdıracaq, bu sahəni müasir şərtlərə uyğun sistemləşdirəcək KİV haqqında yeni qanuna ehtiyac var.

Ən əsası isə yeni qanunvericiliyin işlək olması üçün KİV-lərin yeni şərtlərə adaptasiya olunmasında iştirak edəcək, sonrakı proseslərdə tənzimlənməsinə nəzarət edəcək idarəedici qurumun yaradılması zəruridir.





Oxşar xəbərlər


Xəbər lenti
Müdafiə sənayesində ŞOK SIÇRAYIŞ - Azərbaycan 1,8 milyard avroluq istehsala hazırlaşır
2026-10-01
Ümummilli Liderin dəyişməz siyasi kursu
2026-10-01
Azərbaycanın inkişaf yoluna ömrünü həsr edən Ulu Öndər
2026-10-01
Dövlətçilik tariximizin Heydər Əliyev səhifəsi
2026-10-01
Milli dövlətçilik siyasətinin sarsılmaz təməlləri
2026-10-01
Vətənə sədaqətlə xidmətin nümunəsi
2026-09-30
İqtisadi sabitlik Azərbaycanın yeni inkişaf mərhələsi üçün möhkəm zəmin yaradır
2026-09-29
Yeni enerji və infrastruktur imkanları Azərbaycanın regional rolunu genişləndirir
2026-09-29
Sabit və təhlükəsiz Azərbaycan investorların diqqətindədir
2026-09-29
Təhsil və hazırlıqlı kadrların yetişdirilməsi hər şeydən önəmlidir
2026-09-28
27 sentyabr Azərbaycan tarixində qəhrəmanlıq, milli birlik və əbədi ehtiram günüdür - RƏY
2026-09-28
27 Sentyabrın Tarixi Çağırışı 
2026-09-26
27 Sentyabr - Vətən Məhəbbətinin Şərəf Zirvəsi
2026-09-26
Tarixi Zəfərə və Tam Suverenliyə Gedən Yolun Başlanğıcı
2026-09-26
Biz bu torpaqlarda əbədi olacağıq
2026-09-25
Azərbaycan dağ-mədən sənayəsində yeni mərhələyə qədəm qoyur
2026-09-25
27 Sentyabr — yaddaşın susmadığı gün
2026-09-25
Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu - Bəyanat
2026-09-25
Vətən müharibəsi şanlı tariximiz, şəhid və qazilərimiz qürur mənbəyimizdir
2026-09-25
Tarixi ədalətin bərpasına aparan yol və Azərbaycanın haqq mübarizəsi
2026-09-25
Anım Günü dərin ehtiramın ifadəsidir
2026-09-25
Azərbaycan əvəzolunmaz tərəfdaşa çevrilib
2026-09-25
Azərbaycan Sənayesində Yeni Mərhələ
2026-09-24
2027–2030 Dövlət Proqramı və Qeyri-Neft Sektorunun İnkişafı
2026-09-24
Dağ-Mədən Sənayesində 4 İllik Sürətli İnkişaf Dövrü
2026-09-24
Yeni layihələr yeni imkanlar yaradır
2026-09-24
Təbiət ən böyük sərvətimizdir
2026-09-24
Sərvətlərimiz inkişafın yeni dayağına çevrilir
2026-09-24
301 milyon manatlıq Vejnəli izi: Qarabağın sərvətləri necə talan edildi?
2026-09-23
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
2026-09-22