YAP Göygöl rayon təşkilatı üzrə Topalhəsənli və Mollacəlilli kənd ərazi partiya təşkilatlarında seçki yığıncağı keçirilmişdir
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı üzrə Topalhəsənli və Mollacəlilli kənd ərazi partiya təşkilatlarında keçirilən yığıncaqlarda YAP rayon təşkilatının sədri Vüqar İsayev, hər iki kollektivin rəhbər heyəti və partiya fəalları iştirak ediblər.
Tədbirlər zamanı ilk öncə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev iştirakçıları salamladıqdan sonra tədbir iştirakçılarının qarşıdan gələn Novruz Bayramı münasibətilə təbrik etmiş, 7 fevral 2024-cü ildə keçirilmiş Prezident seçkilərinin uğurlu nəticələri barədə geniş məlumat verərək Partiyanın fəaliyyəti dövründə əldə etdiyi qələbələrdən, dünya çapında özünəməxsus yerə malik olmasından və gələcək inkişaf perspektivlərindən danışmışdır. Ərazi partiya təşkilatlarının fəaliyyəti müzakirə olunduqdan sonra təşkilatı məsələyə baxılaraq Əliyev Cavid Bəylər oğlu Topalhəsənli kənd ərazi partiya təşkilatının sədri, Ziyadzadə Musa İntiqam oğlu sədr müavini, Mehdiyev Qabil İlyas oğlu Mollacəlilli kənd ərazi partiya təşkilatının sədri, Quliyeva Gülxanım Cümşüd qızı sədr müavini seçilmişlər.
YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev yeni seçilən şəxsləri təbrik edib, qarşıda duran mühüm vəzifələrlə bağlı dəyərli tövsiyələr verərək, fəaliyyətlərində uğurlar arzulayıb. Ərazi Partiya təşkilatlarına seçilmiş sədr və müavinlər onlara göstərilən yüksək etimada görə minnətdarlıqlarını bildirərək, üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəklərini bildiriblər.



