Deputat Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı,Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib. Kanal4.az xəbər verir ki, təbrikdə deyilir:
Əziz həmvətənlər!
Sizi sevimli Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə can sağlığı, səadət dolu günlər arzu edirəm.
Xalqımız min illər ərzində təşəkkül tapmış ənənələrə sadiq qalaraq hər il Baharın gəlişini təntənə ilə bayram edir. Təbiətlə insanın sarsılmaz vəhdətini əks etdirən Novruz bayramı yurddaşlarımıza əbədi həkk olunmuşdur.
Bu il də sevimli Novruz bayramını xalqımız yüksək əhval-ruhiyyə və qürur hissi ilə qeyd edir. Erməni təcavüzünə son qoyulduqdan keçən zaman kəsiyində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda quruculuq və abadlıq işləri yüksək səviyyədə aparılmaqda, erməni vandallarının yerlə bir etdiyi tarixi məskənlərimiz bərpa edilməkdədi. Bu, Azərbaycan Xalqının iradəsinə söykənən müdrik Prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycana yüksək sevgisinin, vətənpərvərlik münasibətinin ifadəsidir.
Əziz bacı və qardaşlar, Bayramınız mübarək!
Hörmətlə,
Fəzail Ağamalı
Millət vəkili, Ana Vətən Partiyasının sədri