Şəhid Ceyhun Ağayevin xatirəsi doğum günündə yad edilib
29 aprel 2024-cü il tarixində rayonun Şorsulu kəndində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağda keçirilən antiterror əməliyyatı nəticəsində şəhid olan müddətdən artıq həqiqi hərbi qulluqçu Ağayev Ceyhun Etibar oğlunun doğum günü münasibətilə ailəsi və məzarı ziyarət edilib. Ziyarətdə YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, Salyan Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rəşad Kərimov, şəhid ailələri, şəhidin döyüşçü yoldaşları, YAP fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidimizin şərəfli döyüş yolundan söz açılaraq xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.
Allah bütün şəhidlərimizi rəhmət eləsin.