Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında "9 may-faşizm üzərində Qələbə günü" ilə əlaqədar tədbir keçirilib
Tədbirdə inzibati işlər üzrə direktor müavini Məhəmməd Gözəlov, Keyfiyyətə Nəzarət Komitəsinin sədri Xəqani Abasov, Dəstək Xidmətləri Şöbəsinin müdiri Telman Xəlilov və xəstəxananın digər əməkdaşları iştirak etmişdir.
Tədbir zamanı İnzibati işlər üzrə direktor müavini Məhəmməd Gözəlov, Poliklinika şöbəsinin müdiri Əligüllah Qəmbərov və Laboratoriya şöbəsinin müdiri Azad Həsənov öz çıxışlarında, Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin əldə olunmasında Azərbaycan xalqının misilsiz xidmətlər göstərməsindən, azərbaycanlıların ön və arxa cəbhədə göstərdiyi qəhrəmanlıq və şücaətlərdən bəhs ediblər.
Qeyd etmək lazımdır ki, Bu qələbə heç də asan başa gəlməyib. Yüzlərlə, minlərlə həmvətənlərimiz, Azərbaycanın mərd övladları bu Qələbə naminə canlarından-qanlarından keçiblər.Onlar doğma Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda mərdliklə, hünərlə vuruşaraq həm də doğma Azərbaycan torpağını qoruyublar. 170 mindən çox azərbaycanlının orden və medallarla təltif edilməsi, 130 nəfər həmyerlimizin isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi buna əyani sübutdur



