TƏBİB-in tabeliyində olan Xocalı Rayon Mərkəzi Xəstəxanasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə xəstəxana rəhbərliyi və kollektivi iştirak edib.Tədbirdə öncə Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Daha sonra direktor Aqil Məmmədov çıxış edərək Ümummilli Lider Heydər Əliyev haqqında tədbir iştirakçılarına məlumat verib. Heydər Əliyevin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı zəfər qazanmaqla sübut etdi. Biz fəxr edirik ki, Heydər Əliyevin ruhu bu gün şaddır. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək Ümummilli Liderin ən böyük arzusunu həyata keçirildi. Tariximizdə silinməz izlər qoyan, azərbaycanlı olması ilə ömür boyu fəxr edən Ulu Öndərin əziz xatirəsini böyük ehtiramla yad edirik.
Heydər Əliyev azərbaycanlıların qəlbində daim yaşayacaq!
#ÜmummilliLider#ümummilliliderheydərəliyev101il#xocalı_rmx




