Şirvan şəhər təhsil sektoruna müdir təyin edilib.
Mayın 14-də Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli Şirvan şəhər təhsil sektorunun müdirinin təqdimat mərasimində iştirak edib. Tədbirdə Şirvan şəhər təhsil sektorunun əməkdaşları, məktəb direktorları iştirak ediblər.
Çıxış edən idarənin müdiri S.Mənsimli Şirvan şəhər təhsil sektorunun müdiri Varis Qasımlını kollektivə təqdim edib və ona fəaliyyətində uğurlar arzulayıb.
Daha sonra çıxış edən Şirvan şəhər təhsil sektorunun müdiri Varis Qasımlı ona göstərilən yüksək etimada görə təşəkkürünü bildirib.
Qeyd edək ki, bu vəzifəyə təyin olunanadək o, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Tədrisin Keyfiyyəti sektorunda aparıcı məsləhətçisi işləmiş və eyni zamanda 2024-cü il fevral ayının 26-sı tarixindən etibarən Şirvan şəhər təhsil sektorunun müdiri vəzifəsini müvəqqəti icra etmişdir.
#ŞirvanSalyanRTİ #EduAz #MÜTDA

