Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Təhsil və hazırlıqlı kadrların yetişdirilməsi hər şeydən önəmlidir
SİYASƏT
27 sentyabr Azərbaycan tarixində qəhrəmanlıq, milli birlik və əbədi ehtiram günüdür - RƏY
SİYASƏT
27 Sentyabrın Tarixi Çağırışı 
SİYASƏT
27 Sentyabr - Vətən Məhəbbətinin Şərəf Zirvəsi
SİYASƏT
Tarixi Zəfərə və Tam Suverenliyə Gedən Yolun Başlanğıcı
SİYASƏT
Biz bu torpaqlarda əbədi olacağıq
SİYASƏT
Azərbaycan dağ-mədən sənayəsində yeni mərhələyə qədəm qoyur
SİYASƏT
27 Sentyabr — yaddaşın susmadığı gün
SİYASƏT
Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu - Bəyanat
SİYASƏT
Vətən müharibəsi şanlı tariximiz, şəhid və qazilərimiz qürur mənbəyimizdir
SİYASƏT
Tarixi ədalətin bərpasına aparan yol və Azərbaycanın haqq mübarizəsi
SİYASƏT
Anım Günü dərin ehtiramın ifadəsidir
SİYASƏT
Azərbaycan əvəzolunmaz tərəfdaşa çevrilib
SİYASƏT
Azərbaycan Sənayesində Yeni Mərhələ
SİYASƏT
2027–2030 Dövlət Proqramı və Qeyri-Neft Sektorunun İnkişafı
SİYASƏT
Dağ-Mədən Sənayesində 4 İllik Sürətli İnkişaf Dövrü
SİYASƏT
Yeni layihələr yeni imkanlar yaradır
SİYASƏT
Təbiət ən böyük sərvətimizdir
SİYASƏT
Sərvətlərimiz inkişafın yeni dayağına çevrilir
SİYASƏT
301 milyon manatlıq Vejnəli izi: Qarabağın sərvətləri necə talan edildi?
SİYASƏT
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
SİYASƏT
Türk dünyası bizim ailəmizdir
SİYASƏT
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
SİYASƏT
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
SİYASƏT
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
SİYASƏT
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
SİYASƏT
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
SİYASƏT
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
SİYASƏT
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
SİYASƏT
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi

Zeyneb Memmedli Yazır: Müəllim nə istəyir?

2024-05-25 11:50:56 693 baxış
Xəbər şəkil

 

Bu gün müəllimlər bir "aclıq" içindədirlər: "dəyər aclığı"...

Pedaqoji fəaliyyətimə başladığım gündən etibarən artıq 7 ildir ki, bu suala cavab tapmaq üçün araşdırma aparıram. Ölkənin ən qabaqcıl, ən savadlı, ən sosial və başqa "ən"lərindən olan müxtəlif yaşda, təcrübədə və fərqli regionlarda çalışan müəllimlərlə illərdir bəziləri ilə real, bəziləri ilə isə sadəcə sosial şəbəkələr üzərindən əlaqə qurmuşam. 
Həmin müəllimlərlə mütəmadi olaraq təhsil haqqında, təhsil üçün etdiklərimiz və  təhsil sahəsindəki gözləntilərimiz haqqında müxtəlif söhbətlərimiz olub. Qabaqcıl həmkarlarımdan ən çox eşitdiyim fikirlər:
- "o qədər əziyyət çəkdim bir sağ ol deyənim olmadı";
- "mən əziyyət çəkdim, direktor öz adından təqdim etdi";  
- "əziyyətimə dəyər verən yoxdur, amma yenə də edirəm əlimdən gələni; 
- "heç kim dəyər verməsə də, bu mənim içimdən gəlir, yenə də şagirdlərim üçün, təhsil üçün hər şey edəcəyəm" oldu.

Bu fikirləri söyləyən müəllimlərdən bəziləri zamanla öz fədakarlıqlarından qismən "soyudular", bəziləri isə hələ də mübarizə aparırlar. 

Özüm də, bundan öncə çalışdığım digər məktəblərdə  belə hallarla qarşılaşmışam. Bəzən olub ki, gördüyüm işlərin qarşısında özümü dəyərsiz hiss edəcək qədər reaksiyalar görüb: "Bu sondur, bir daha bu məktəb üçün heç nə etməyəcəm, desəm də, bir saat sonra, -gələn səfər filan işi edək" - təklifi ilə direktorumun qapısını döymüşəm. Bəzən isə olub ki, öz həmkarlarım belə ironiya ilə: "Axırda sənə burada heykəl qoyacaqlare, az öldür özünü",-deyə "məsləhət" də veriblər.  Bütün bunlara baxmayaraq heç zaman vaz keçməmişəm hədəflərimdən.  
Əlbəttə ki, bu həyatda hər kəs eyni iradədə, eyni əzmdə və eyni qaydada inadkar, fədakar ola bilməz.  
Hər müəllim, hər zaman bir TƏŞƏKKÜR gözləyir. O qədər olub ki, hər Müəllimlər Günündə, Gənclər Günündə və digər başqa xüsusi günlərdə məktəbimdən, aid olduğum təhsil idarəsindən təltif gözləmişəm, amma əvəzində aid olmayan birilərinin təltif olunmasına şahidlik etmişəm. Nə yalan deyim, çox üzülmüşəm, amma həvəsdən düşməmişəm. Daima özümü motivasiya edib: "Zeynəb, sən bacaracaqsan, daha da yaxşıları səni gözləyir, ən yaxşısına layiqsən", -demişəm. Düşünürəm ki, mənim bu həyatda elə ən böyük uğurum məhz ÖZÜMÜ MOTİVASİYAMdır.  Bu səbəbdəndir ki, bu günə qədər qazandıqlarımı ÖZ UĞURUM, qazana bilmədiklərimi isə TƏCRÜBƏM kimi qəbul etməyi bacarmışam. 

Artıq bir zamanlar çəkdiyim əziyyətlərimin indi bəhrəsini görür, çalışdığım müəssisənin aid olduğu regional idarə tərəfindən gənc, qabaqcıl müəllim kimi fərqləndirildiyimi, bir müəllim kimi mənə olan yüksək etimadı hiss edirəm. Bu məni işimdə daha da məsuliyyətli, əzmli, həvəsli edir. 
  Bütün bunları yazarkən məqsədim özümü reklam etmək deyil, yüzlərlə həmkarlarımın mənimlə eyni situasiyaları yaşadığını, mənim kimi gözləntiləri olduğunu bildiyim üçün öz üzərimdə nümunə göstərməyə çalışdım. 

Bu yazımı sona qədər oxumusunuzsa, deməli, siz də anlamısınız ki, 

AZƏRBAYCAN MÜƏLLİMİ SADƏCƏ DƏYƏR VƏ TƏŞƏKKÜR İSTƏYİR!





Oxşar xəbərlər


Xəbər lenti
Təhsil və hazırlıqlı kadrların yetişdirilməsi hər şeydən önəmlidir
2026-09-28
27 sentyabr Azərbaycan tarixində qəhrəmanlıq, milli birlik və əbədi ehtiram günüdür - RƏY
2026-09-28
27 Sentyabrın Tarixi Çağırışı 
2026-09-26
27 Sentyabr - Vətən Məhəbbətinin Şərəf Zirvəsi
2026-09-26
Tarixi Zəfərə və Tam Suverenliyə Gedən Yolun Başlanğıcı
2026-09-26
Biz bu torpaqlarda əbədi olacağıq
2026-09-25
Azərbaycan dağ-mədən sənayəsində yeni mərhələyə qədəm qoyur
2026-09-25
27 Sentyabr — yaddaşın susmadığı gün
2026-09-25
Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu - Bəyanat
2026-09-25
Vətən müharibəsi şanlı tariximiz, şəhid və qazilərimiz qürur mənbəyimizdir
2026-09-25
Tarixi ədalətin bərpasına aparan yol və Azərbaycanın haqq mübarizəsi
2026-09-25
Anım Günü dərin ehtiramın ifadəsidir
2026-09-25
Azərbaycan əvəzolunmaz tərəfdaşa çevrilib
2026-09-25
Azərbaycan Sənayesində Yeni Mərhələ
2026-09-24
2027–2030 Dövlət Proqramı və Qeyri-Neft Sektorunun İnkişafı
2026-09-24
Dağ-Mədən Sənayesində 4 İllik Sürətli İnkişaf Dövrü
2026-09-24
Yeni layihələr yeni imkanlar yaradır
2026-09-24
Təbiət ən böyük sərvətimizdir
2026-09-24
Sərvətlərimiz inkişafın yeni dayağına çevrilir
2026-09-24
301 milyon manatlıq Vejnəli izi: Qarabağın sərvətləri necə talan edildi?
2026-09-23
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
2026-09-22
Türk dünyası bizim ailəmizdir
2026-09-22
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
2026-09-22
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
2026-09-22
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
2026-09-21
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
2026-09-21
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
2026-09-21
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
2026-09-20
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
2026-09-20
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
2026-09-20