Respublika Klinik Xəstəxanasının Hemodializ şöbəsinin müdiri Rüstəm Xəlilov şöbənin fəaliyyəti haqqında məlumat verib
Xəstəxananın Hemodializ şöbəsi müasir tibbi avadanlıqlarla təchiz olunaraq 2004-ci ildən fəaliyyət göstərir.
Şöbə 5 hemodializ zalı, 73 çarpayı və 86 cihazdan ibarətdir.
Zallar 63 Fresenius 4008S
21 ədəd GAMBRO AK98
2 ədəd BBraun Dialog +
markalı müasir tipli süni böyrək cihazı ilə təchiz olunub.
Gün ərzində 180-195 seans, ay ərzində 4 400-4 415 hemodializ seansı aparılır.
Hal-hazırda 400 xəstəyə son protokollara uyğun olaraq yüksək səviyyədə tibbi xidmət göstərilir.
Şöbədə 11 yaşdan ahıl yaşına kimi müxtəlif yaşlı xəstələr var.
Şöbənin tibb personalı yüksək peşəkarlıq qabiliyyətinə malikdir.
Hemodializ prosesi xəstə seanslarına uyğun olaraq 3 növbə ilə aparılır.
Hepatit xəstələri üçün xüsusi ayrılmış xüsusi zal fəaliyyət göstərir.
Seanslar arası tibbi avadanlıqlar və zallar tibbi standartlara uyğun səviyyədə dezinfeksiya olunur.
Hər bir xəstə dövlət müalicə programı tərəfindən ona ayrılmış dializ seansını həyata keçirmək üçün vəsaitlər və dərman preparatları ilə təmin olunur.
Xəstəxananın laboratoriyası hemodializ profili üzrə xüsusi laboratoriya testlərinin aparılmasına kömək olur.
Məlumat üçün qeyd edək ki, hemodializ icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində həyata keçirilir.
Sağlamlığınız əmanətimizdir!