Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
SİYASƏT
Bakı ilə Yeni Dehli arasında “buzlar əriyir”-REAKSİYA
SİYASƏT
Bakıda Cənubi Qafqazın yeni reallığı bir daha elan olundu
SİYASƏT
Cəbrayılın azad edilməsi Zəfər yolumuzun mühüm mərhələsi oldu
SİYASƏT
Cəbrayıl yeni inkişaf dövrünü yaşayır
SİYASƏT
27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl
SİYASƏT
Cəbrayılın qürur səhifəsi
SİYASƏT
Müdafiə sənayesində ŞOK SIÇRAYIŞ - Azərbaycan 1,8 milyard avroluq istehsala hazırlaşır
SİYASƏT
Ümummilli Liderin dəyişməz siyasi kursu
SİYASƏT
Azərbaycanın inkişaf yoluna ömrünü həsr edən Ulu Öndər
SİYASƏT
Dövlətçilik tariximizin Heydər Əliyev səhifəsi
SİYASƏT
Milli dövlətçilik siyasətinin sarsılmaz təməlləri
SİYASƏT
Vətənə sədaqətlə xidmətin nümunəsi
SİYASƏT
İqtisadi sabitlik Azərbaycanın yeni inkişaf mərhələsi üçün möhkəm zəmin yaradır
SİYASƏT
Yeni enerji və infrastruktur imkanları Azərbaycanın regional rolunu genişləndirir
SİYASƏT
Sabit və təhlükəsiz Azərbaycan investorların diqqətindədir
SİYASƏT
Təhsil və hazırlıqlı kadrların yetişdirilməsi hər şeydən önəmlidir
SİYASƏT
27 sentyabr Azərbaycan tarixində qəhrəmanlıq, milli birlik və əbədi ehtiram günüdür - RƏY
SİYASƏT
27 Sentyabrın Tarixi Çağırışı 
SİYASƏT
27 Sentyabr - Vətən Məhəbbətinin Şərəf Zirvəsi
SİYASƏT
Tarixi Zəfərə və Tam Suverenliyə Gedən Yolun Başlanğıcı
SİYASƏT
Biz bu torpaqlarda əbədi olacağıq
SİYASƏT
Azərbaycan dağ-mədən sənayəsində yeni mərhələyə qədəm qoyur
SİYASƏT
27 Sentyabr — yaddaşın susmadığı gün
SİYASƏT
Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu - Bəyanat
SİYASƏT
Vətən müharibəsi şanlı tariximiz, şəhid və qazilərimiz qürur mənbəyimizdir
SİYASƏT
Tarixi ədalətin bərpasına aparan yol və Azərbaycanın haqq mübarizəsi
SİYASƏT
Anım Günü dərin ehtiramın ifadəsidir
SİYASƏT
Azərbaycan əvəzolunmaz tərəfdaşa çevrilib
SİYASƏT
Azərbaycan Sənayesində Yeni Mərhələ

Deputat : "Gəncləri peşə təhsilinə təşviq etmək üçün nə etməliyik?

2021-02-22 08:51:12 115 baxış
Xəbər şəkil

Bu gün hər bir dövlətin və qurumun qarşısında duran ən mühüm vəzifələrdən biri müxtəlif peşə sahələri üzrə peşəkar mütəxəssislərin yetişdirilməsidir. Yeni müəssisələr yarandıqca həmin qurumlarda çalışacaq peşəkar mütəxəssislərə tələb daha da artır. Son illər müxtəlif istiqamətlər üzrə mütəxəssilərin yetişdirilməsi ilə bağlı həm dünyada həm də ölkəmizdə müəyyən addımlar atılsa da, görüləsi işlər hələ çoxdur. Gənclərin müxtəlif peşələrə maraqlarının artırılması, onların peşəkar mütəxəssis kimi yetişdirilməsi istiqamətində səylər daha da gücləndirilməlidir. 
Öncə qeyd edək ki, müasir dövrdə gənclərin peşə təhsilinə yönəlməsində bir sıra amillər ciddi rol oynayır. Bu gün valideynlərin bir qismi övladlarının peşə təhsilinə marağını nəzərə almadan onları ali təhsil almağa məcbur edirlər. Məsələn hansısa gənc konkret bir peşəyə yiyələnmək istəyir. Bu peşə çilingər, qaynaqçı, dərzi və s. ola bilər. Həmin gəncin ali təhsilə marağı yoxdur. Valideyn isə övladını məcbur edir ki, mütləq ali təhsil alsın, əlində diplomu olsun. Bir çox hallarda sonda valideyn istəyən olur. Beləliklə, müəyyən peşə sahəsinə marağı və istəyi olan gənc valideynlərinin təkidi ilə ali məktəblərə imtahan verməyə məcbur edilir. Övlad sevmədiyi və özünü görmədiyi sahə üzrə ali təhsilə başlayır və 4 il təhsil alır. Yekunda isə həmin sahə üzrə peşəkar mütəxəssis kimi yetişə bilmir. Çünki, onun  ixtisasına marağı yoxdur, o ixtisas üzrə ali təhsil almağa onu valideynləri məcbur edib, o isə özünü həmin sahədə görmür.  
Ona görə mümkün qədər valideynlər övladlarının ixtisas və peşə seçiminə həssas yanaşmalıdırlar. Bu o mənaya gəlmir ki, valideyn övladından oxumağı tələb etməməli, ona tam sərbəstlik verməlidir. Hər bir valideynin övladını bilikli və ali təhsilli görmək arzusu təbiidir. Ancaq valideynlər yuxarıda qeyd etdiyimiz reallıqları da mütləq nəzərə almalıdırlar. 
Təssüf ki, bəzi valideynlərdə belə bir yanlş fikir formalaşıb ki, orta məktəbi bitirən hər bir gənc mütləq ali təhsil almalıdır. Biz bu stereotipləri qırmalıyıq, həmin gənclərə dəstək olmaq üçün müəyyən mexanizm hazırlanmalı, cəmiyyətdə peşə təhsilinin vacibliyi barədə geniş təbliğat işləri aparılmalıdır. Həmçinin, orta məktəblərdə şagirdlərə peşə təhsilinin istiqamətləri və əhəmiyyəti barədə ətraflı məlumatlar verilməli, onlara ilkin bilik və bacarıqlar aşılanmalıdır. Xüsusilə regionlarda qızların peşə təhsilinə marağının artırılması, onların peşə təhsilinə cəlb edilərək gələcədə madddi durumlarını sığortalamaq üçün böyük  əhəmiyyət daşıyır.
 Müasir dövrün digər bir reallığı ondan ibarətdir ki, bu gün bəzi peşə sahibləri çalışdıqları sahələrdə heç də ali təhsilli mütəxəssislərdən az məvacib almırlar. Digər bir məsələ bir sıra peşələr üzrə mütəxəssislərin azlığının müşahidə edilməsidir. Bu problem ayrı-ayrı sahələrdə tez-tez müşahidə olunmaqdadır.
Dəyərli valideynlər! Çalışın, mümkün qədər övladlarınızın ixtisas seçiminə hörmətlə yanaşın, onlar öz gələcəklərini ali təhsildə görmürlərsə, onları buna məcbur etməyin. Əgər övladlarınızın hansısa yaxşı peşəyə maraqları varsa, onların həmin peşə üzrə təkminləşərək inkişaf etməyinə dəstək olun.

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
2026-10-02
Bakı ilə Yeni Dehli arasında “buzlar əriyir”-REAKSİYA
2026-10-02
Bakıda Cənubi Qafqazın yeni reallığı bir daha elan olundu
2026-10-02
Cəbrayılın azad edilməsi Zəfər yolumuzun mühüm mərhələsi oldu
2026-10-02
Cəbrayıl yeni inkişaf dövrünü yaşayır
2026-10-02
27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl
2026-10-02
Cəbrayılın qürur səhifəsi
2026-10-02
Müdafiə sənayesində ŞOK SIÇRAYIŞ - Azərbaycan 1,8 milyard avroluq istehsala hazırlaşır
2026-10-01
Ümummilli Liderin dəyişməz siyasi kursu
2026-10-01
Azərbaycanın inkişaf yoluna ömrünü həsr edən Ulu Öndər
2026-10-01
Dövlətçilik tariximizin Heydər Əliyev səhifəsi
2026-10-01
Milli dövlətçilik siyasətinin sarsılmaz təməlləri
2026-10-01
Vətənə sədaqətlə xidmətin nümunəsi
2026-09-30
İqtisadi sabitlik Azərbaycanın yeni inkişaf mərhələsi üçün möhkəm zəmin yaradır
2026-09-29
Yeni enerji və infrastruktur imkanları Azərbaycanın regional rolunu genişləndirir
2026-09-29
Sabit və təhlükəsiz Azərbaycan investorların diqqətindədir
2026-09-29
Təhsil və hazırlıqlı kadrların yetişdirilməsi hər şeydən önəmlidir
2026-09-28
27 sentyabr Azərbaycan tarixində qəhrəmanlıq, milli birlik və əbədi ehtiram günüdür - RƏY
2026-09-28
27 Sentyabrın Tarixi Çağırışı 
2026-09-26
27 Sentyabr - Vətən Məhəbbətinin Şərəf Zirvəsi
2026-09-26
Tarixi Zəfərə və Tam Suverenliyə Gedən Yolun Başlanğıcı
2026-09-26
Biz bu torpaqlarda əbədi olacağıq
2026-09-25

2026-09-24