Müəllimlərin dərs yükü necə hesablanır?
Müvafiq fənn üzrə ümumi dərs saatlarının miqdarı məktəbdəki həmin fənni tədris edən müəllimlərin bilik və bacarıqlarının sertifikasiya qiymətləndirilməsi müsabiqəsində topladığı ixtisas ballarının cəminə bölünür.
Alınan rəqəm həmin fənnin əmsalı hesab olunur. Həmin əmsalı müəllimin sertifikasiya qiymətlətdirilməsi müsabiqəsində topladığı ixtisas balına vurduqda isə müəllimə veriləcək dərs yükü alınır.Misal üçün, məktəbdə müəyyən fənn üzrə iki müəllim və 20 dərs saatı var. Müəllimlərin ixtisas balı müvafiq olaraq 25 və 35-dir. Deməli biz əmsalı tapmaq üçün 20-ni (ümumi dərs saatlarını) 60-a (müəllimlərin ixtisas ballarının cəminə [25+35]) bölməliyik. Beləcə, əmsal 0,3 (20/60) alınır. Belə olan halda 25 bal toplayan müəllimə 8 saat (0.3*25), 35 bal toplayan müəllimə isə 11 saat (0.3*35) dərs düşür.Nümunə: Məktəbdə Azərbaycan fənni üzrə ümumi dərs saatlarının miqdarı 28, fənni tədris edən müəllimlərinin sayı isə 3-dür. Müəllimlərdən biri ixtisas üzrə 38, digəri 30, biri isə 26 bal toplayıb . Deməli, biz əmsalı tapmaq üçün 28- i (ümumi dərs saatlarının sayını ) müəllimlərin bilik və bacarıqlarının sertifikasiya qiymətləndirilməsi müsabiqəsində topladıqları ixtisas ballarının cəminə ( 38+30+26) bölməliyik . Bu zaman əmsalımız 0.3 (28/94) alınar. Belə olan halda 38 bal toplayan müəllim 0,3 x38 = 11, 4, yəni 11 saat , 30 bal toplayan müəllim 0.3x 30 = 9 saat , 26 bal toplayan müəllim 0.3 x 26 = 7,8, yəni 8 saat dərs aparmalıdır.
Sübhan Xəlilov