Təhsilalanların icbari dispanserizasiyası keçməsi zəruridir
Təhsilalanların dispanserizasiyası – şagirdlərin sağlamlığının qorunması, normal fiziki inkişafının təmin edilməsi və xəstəliyin ilkin mərhələdə aşkar edilməsi məqsədilə kompleks profilaktika, diaqnostika və müalicə-sağlamlaşdırıcı tədbirlərdən ibarət olan aktiv dinamik müşahidə sistemidir. Xəstəliklərin və əlillik hallarının əksəriyyətinin təməlinin uşaq yaşında qoyulduğunu nəzərə alaraq, uşaqlar arasında xəstəliklərə səbəb olan risk faktorlarının aşkar edilməsi və qarşısının alınması, kəskin və xronik xəstəlikləri olan uşaqların erkən aşkar edilməsi, onların müalicəsi və nəzarətə götürülməsi məqsədi ilə icbari tibbi müayinələrin aparılmasının, aşkar edilmiş xəstə uşaqların dispanserizasiyaya cəlb edilməsinin və müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsinin müstəsna əhəmiyyəti vardır.
İcbari dispanserizasiyasının əsas məqsədi şagirdlərin , o cümlədən məktəblilər arasında xəstələnmə, sağlamlıq imkanlarının məhdudluğunun və ölüm səviyyəsinin azaldılmasıdır.Bu sahədə maarifləndirici işlərin aparılması məktəbdə direktorların üzərinə böyük vəzifə düşür,cünki bəzi valideynlər bu sahədə məlumatsızdılar .Məktəblər valideynlərlə qarşılıqlı əməkdaşlıq edib , yeni tədris ilin başlanana qədər bütün şagirdlər həkim müayinəsindən keçməlidilər.Sağlam təhsil ,sağlam gələcək deməkdir !!!