37 gün reanimasiyada olduğu müddətdə 25 gün süni tənəffüs aparatı ilə yaşadılan vətəndaş kritik vəziyyətdən çıxarılıb
32 yaşlı vətəndaş Sevda Əsədova Respublika Klinik Xəstəxanasına 21-22 həftəlik hamiləlik, sepsis, dəqiqləşdirilməmiş leykoz diaqnozu ilə daxil olub.
Vəziyyəti kritik ağır olan vətəndaş poliorqan çatışmazlığı (ağır koaqulopatiya, hədsiz yüksək qaraciyər və böyrək toksinləri, qaraciyər və kəskin tənəffüs çatmazlığı) diaqnozu ilə reanimasiyaya yerləşdirilib.
İnfeksionist, hepatoloq, hematoloq, nefroloq və pulmonoloqun konsultasiyasından sonra təcili müayinə-müalicə tədbirlərinə başlanılıb və xəstə süni tənəffüs aparatına keçirilib.
Pasiyent 37 gün reanimasiyada olduğu müddətin 24 gününü süni tənəffüs aparatında olub.
Aparılan reanimasiyon tədbirlər nəticəsində vəziyyəti yaxşılaşan pasiyent palataya köçürülüb.
Hal-hazırda vəziyyəti stabildir. Reabilitasiya dövrü davam edən pasiyent yeni yaşını Respublika Klinik Xəstəxanasında həkimləri tərəfindən qeyd edilərək qarşılayıb.
#TƏBİB #RKX