Tələbələr tibb müəssisəsində təcrübə keçiblər
Azərbaycan Dövlət Tibb Universitetinin II kurs tələbələri Salyan Rayon Mərkəzi Xəstəxanasında təhsil aldıqları ixtisaslar üzrə təcrübə keçiblər.
Salyan Rayon Mərkəzi Xəstəxanasında respublikanın müxtəlif dövlət tibb müssisələrində təhsil alan tələbələr hər il nəzəri biliklərini təcrübədə daha da təkmilləşdirirlər.
Bu il də xəstəxanada gələcəyin salyanlı həkimlərinə tibb sahəsində öz işinin peşəkarları olan, tanınmış həkimlər təcrübə keçirlər. Təhsildən sonra doğma yurdda öz həmyerlilərinə xidmət etmək istəyində olan gənc təcrübəçi həkimlərimizin rayon səhiyyəsinin inkişafı üçün hədəfləri böyükdür.
Azərbaycan Dövlət Tibb Universitetinin II kurs tələbəsi Ziya Səmədbəyli, III kurs tələbəsi Fəxri Günəşli və Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin II kurs tələbəsi Günay Hüseynzadə öz fikirləri ilə bölüşürlər.



