Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Təhsil və hazırlıqlı kadrların yetişdirilməsi hər şeydən önəmlidir
SİYASƏT
27 sentyabr Azərbaycan tarixində qəhrəmanlıq, milli birlik və əbədi ehtiram günüdür - RƏY
SİYASƏT
27 Sentyabrın Tarixi Çağırışı 
SİYASƏT
27 Sentyabr - Vətən Məhəbbətinin Şərəf Zirvəsi
SİYASƏT
Tarixi Zəfərə və Tam Suverenliyə Gedən Yolun Başlanğıcı
SİYASƏT
Biz bu torpaqlarda əbədi olacağıq
SİYASƏT
Azərbaycan dağ-mədən sənayəsində yeni mərhələyə qədəm qoyur
SİYASƏT
27 Sentyabr — yaddaşın susmadığı gün
SİYASƏT
Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu - Bəyanat
SİYASƏT
Vətən müharibəsi şanlı tariximiz, şəhid və qazilərimiz qürur mənbəyimizdir
SİYASƏT
Tarixi ədalətin bərpasına aparan yol və Azərbaycanın haqq mübarizəsi
SİYASƏT
Anım Günü dərin ehtiramın ifadəsidir
SİYASƏT
Azərbaycan əvəzolunmaz tərəfdaşa çevrilib
SİYASƏT
Azərbaycan Sənayesində Yeni Mərhələ
SİYASƏT
2027–2030 Dövlət Proqramı və Qeyri-Neft Sektorunun İnkişafı
SİYASƏT
Dağ-Mədən Sənayesində 4 İllik Sürətli İnkişaf Dövrü
SİYASƏT
Yeni layihələr yeni imkanlar yaradır
SİYASƏT
Təbiət ən böyük sərvətimizdir
SİYASƏT
Sərvətlərimiz inkişafın yeni dayağına çevrilir
SİYASƏT
301 milyon manatlıq Vejnəli izi: Qarabağın sərvətləri necə talan edildi?
SİYASƏT
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
SİYASƏT
Türk dünyası bizim ailəmizdir
SİYASƏT
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
SİYASƏT
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
SİYASƏT
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
SİYASƏT
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
SİYASƏT
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
SİYASƏT
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
SİYASƏT
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
SİYASƏT
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi

Göygöldə ilk dəfə olaraq “Moruq Festivalı” keçirilir

2024-09-15 05:12:41 435 baxış
Xəbər şəkil

 

 Azərbaycanda ilk dəfə Göygöl rayonunda “Moruq Festivalı” keçirilir. Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçiriləcək festivalın tərəfdaşları Kənd Təsərrüfatı Nazirliyi, Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyi, Aqrar İnnovasiya Mərkəzi, "Azəraqrar Dövlət Emal və İstehsalat Birliyi" MMC, “Göygöl Şərab Zavodu” ASC, “Aqronaft MMC, digər dövlət və özəl qurumlardır.
Festivalın təşkilində məqsəd bölgənin turizm sektoru üzrə rəqabət qabiliyyətini yüksəltmək, aqroturizmin inkişafına dəstək vermək, Göygöl rayonunun unikal cəhətlərini, burada istehsal olunan kənd təsərrüfatı məhsullarını tanıtmaq, moruq istehsalının təşviqi yolu ilə iqtisadiyyatın inkişafına töhfə verməkdir.
Tədbiri giriş sözü ilə açan Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Pashayev  bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri elan olunub. Aqrar sahənin ölkə iqtisadiyyatının əsas strateji və ən çox dövlət dəstəyi göstərilən sahələrdən biri olduğunu deyən icra başçısı qeyd edib ki, kənd təsərrüfatı məhsulları istehsalçılarına edilən güzəştlər və yardımlar aqrar sahənin dinamik inkişafını təmin edir. Ölkəmizdə kənd təsərrüfatı sahəsində innovasiyalar və müasir texnologiyaların tətbiqinə, davamlı inkişaf prinsiplərinə önəm verilir. Elvin Paşayev əlavə edib ki, zəngin turizm potensialına malik olan Göygöl rayonu aqrar sahənin inkişafında mühüm paya malikdir. Rayonda moruqçuluq təsərrüfatının inkişaf etdiyini vurğulayan icra başçısı hər il təşkil olunacaq Moruq Festivalının aqrar və turizm sahələrinin inkişafına mühüm töhfə verəcəyini qeyd edib.
Tədbirdə çıxış edən Türkiyənin Gəncə şəhərindəki Baş konsulu Rəcəb Öztop aqroturizm potensialından düzgün istifadə, məhsulların brendləşməsi, satış marketinq işinin təşkili məsələlərinə toxunub. Onun fikrincə, bu festival moruq məhsulunun Göygöl rayonu üçün brendləşməsinə gətirib çıxaracaq, eyni zamanda rayonun sosial-iqtisadi və mədəni inkişafına öz müsbət təsir edəcək.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov isə öz növbəsində aqrar sahədə keçirilən festival və sərgilərin əhəmiyyətinə toxunub. Meyvə və giləmeyvələrin ixracda xüsusi yer tutduğunu diqqətə çatdıran Anar Cəfərov əlavə edib ki, Nazirlik fermerlərin istehsal etdikləri məhsullarının birbaşa satışının təşkil olunması və fəaliyyətinin genişləndirməsi üçün mütəmadi festival və sərgilərin keçirilməsini dəstəkləyir.
Dövlət Turizm Agentliyinin Mədəni irs və regional turizm şöbəsinin müdiri Elgün Cavadov aqrar sahədə festivalların daxili turizmin inkişafında və regionlarda məşğulluq səviyyəsinin artmasında rolundan bəhs edib. Elgün Cavadov bölgənin iqlim şəraiti, yeni bağların salınması, moruq festivalının keçirilməsinin daxili turizmin inkişafına müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.
Bu festivala böyük marağın olduğunu deyən Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov belə tədbirlərin milli mənəvi dəyərlərin yaşadılması, fermerlərin yeni bilik və bacarıq əldə etməsində faydalı olduğunu vurğulayıb. 
Tədbirdə çıxış edən Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqının sədri Fuad Məmmədov moruq festivalının məhz Göygöl rayonunda keçirilməsinin təsadüfi olmadığını deyib. Göygöl rayonunda giləmeyvəçiliyin inkişafı üçün böyük potensialın olduğunu diqqətə çatdıran Fuad Məmmədov əlavə edib ki, bu sahəyə dövlət dəstəyinin genişləndirilməsi rayonun giləmeyvə üzrə ixtisaslaşmasına mühüm təsir göstərəcək, ilk dəfə keçirilən bu festival həm Göygöl rayonunun turizm və aqrar potensialının daha səmərəli istifadəsinə öz töhfəsinin verəcək.
Qeyd edək ki, Göygöl rayonunun Keşkü kəndində 3 ha ərazidə təşkil olunan festivalda ziyarətçilərə moruq istehsalı ilə daha yaxından tanış olmaq imkanı yaradılıb, yerli istehsalçılar tərəfindən təqdim olunan moruq sortlarının dequstasiyası və satışı təşkil edilib. Festivala gələn ziyarətçilər 100-ə yaxın fermer və sənətkarın istehsal etdiyi məhsullar və xalq tətbiqi sənətkarlıq nümunələri ilə tanış olub, bəyəndikləri məhsulları ən sərfəli qiymətə almaq imkanı qazanıblar. Tədbir çərçivəsində qonaqlar üçün müxtəlif əyləncəli şou proqramlar nümayiş olunub.
Həftəsonu hər gün 10:00-21:00 aralığında baş tutacaq festivalın ərazisi məkan olaraq müxtəlif interaktiv zonalara bölünüb. Ziyarətçilər kənd təsərrüfatı məhsullarının sərgi-satış yarmarkasına, moruq təsərrüfatı guşəsinə baş çəkib, müxtəlif dequstasiya tədbirlərində iştirak edib, ustad dərslərini, o cümlədən moruqla rəsm çəkməyə dair ustad dərsini izləyiblər. Ziyarətçilər eyni zamanda açıq havada konsert proqramını, idmançıların nümunəvi çıxışlarını izləmək imkanı qazanıblar. Ərazidə xüsusi kampinq zonası da təşkil olunub.
Göygöl rayonu ən çox giləmeyvə, o cümlədən moruq becərilən rayonlardan biridir. Bu faydalı giləmeyvə əvvəllər rayonun dağlıq ərazilərində, su mənbələrinin kənarlarında yetişdirilsə də, son illər böyük ərazilərdə sənaye üsulu ilə əkilib becərilir. Fermerlər moruğun daha məhsuldar olan “Polka” və Polyana” sortlarını becərməyə üstünlük verirlər.
Moruq xalq təbabətində ən geniş istifadə olunan giləmeyvələrdən sayılır. Çay kimi dəmlənmiş meyvələr soyuqdəymədə hərarət salan vasitə kimi istifadə edilir. Moruq tərkibində ən çox dəmir olan giləmeyvədir. Giləmeyvənin 100 qramının enerji dəyəri 41 kaloridir. Qlükoza və fruktoza ilə zəngin olduğuna görə ürək-damar və beyin patologiyası zamanı faydalı hesab olunur.
“Moruq Festivalı” məhsul bayramı xarakteri daşımaqla yanaşı, moruq istehsalçılarına yeni işgüzar əlaqələr qurmağa, məhsullarını geniş auditoriyaya tanıtmağa imkan verir.
İki gün davam edəcək festivalı hər gün ən azı 5 min insanın ziyarət edəcəyi gözlənilir.

 













Oxşar xəbərlər


Xəbər lenti
Təhsil və hazırlıqlı kadrların yetişdirilməsi hər şeydən önəmlidir
2026-09-28
27 sentyabr Azərbaycan tarixində qəhrəmanlıq, milli birlik və əbədi ehtiram günüdür - RƏY
2026-09-28
27 Sentyabrın Tarixi Çağırışı 
2026-09-26
27 Sentyabr - Vətən Məhəbbətinin Şərəf Zirvəsi
2026-09-26
Tarixi Zəfərə və Tam Suverenliyə Gedən Yolun Başlanğıcı
2026-09-26
Biz bu torpaqlarda əbədi olacağıq
2026-09-25
Azərbaycan dağ-mədən sənayəsində yeni mərhələyə qədəm qoyur
2026-09-25
27 Sentyabr — yaddaşın susmadığı gün
2026-09-25
Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu - Bəyanat
2026-09-25
Vətən müharibəsi şanlı tariximiz, şəhid və qazilərimiz qürur mənbəyimizdir
2026-09-25
Tarixi ədalətin bərpasına aparan yol və Azərbaycanın haqq mübarizəsi
2026-09-25
Anım Günü dərin ehtiramın ifadəsidir
2026-09-25
Azərbaycan əvəzolunmaz tərəfdaşa çevrilib
2026-09-25
Azərbaycan Sənayesində Yeni Mərhələ
2026-09-24
2027–2030 Dövlət Proqramı və Qeyri-Neft Sektorunun İnkişafı
2026-09-24
Dağ-Mədən Sənayesində 4 İllik Sürətli İnkişaf Dövrü
2026-09-24
Yeni layihələr yeni imkanlar yaradır
2026-09-24
Təbiət ən böyük sərvətimizdir
2026-09-24
Sərvətlərimiz inkişafın yeni dayağına çevrilir
2026-09-24
301 milyon manatlıq Vejnəli izi: Qarabağın sərvətləri necə talan edildi?
2026-09-23
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
2026-09-22
Türk dünyası bizim ailəmizdir
2026-09-22
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
2026-09-22
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
2026-09-22
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
2026-09-21
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
2026-09-21
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
2026-09-21
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
2026-09-20
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
2026-09-20
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
2026-09-20