Salyanda Şəhid Səmədov Elmin Mirzəli oğlunun ikinci ildönümü keçirilib
Sentyabın 14-də Antiterror əməliyyatları zamanı şəhid olan Səmədov Elmin Mirzəli oğlunun 2-ci il dömümü Salyan rayon Qızılağac kənd qəbiristanlığında məzarı önündə qeyd olundu
Tədbirdə Ana Vətən partiyası salyan rayon təşkilatının üzviləri , rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rəşad Kərimov,ağsaqqallar və şəhidin ailə üzvləri iştirak,etmişlər.Mərsimdə vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin əziz xatirəsi ehtiramla anılmış, məzarı ziyarət olunmuş, önünə gül dəstələri düzmüşlər ruhuna dualar oxunmuş və yas mərasimlərində iştirak etmişlər. Anım mərasimi şəhidin doğulub boya-başa çatdığı ata ocağında davam etdirilmişdir.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda edən Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.



