Salyan rayon Qarabağlı kənd 2 saylı tam orta məktəbdə "Bilik günü"nə həsr olunmuş tədbir keçirilmişdir
Tədbir Azərbaycan Respublikası Dövlət Himni ilə başlamış və daha sonra Ulu Öndər Heydər Əliyevin, canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda fəda etmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə məktəbin direktoru Asya Maqsudova, təlim-tərbiyə işləri üzrə direktor müavini Zeynəb Məmmədli, məktəbin müəllimləri Aqil Qurbanov, Şəmsəddin Kərimov, Elmira Salahova, İlahə Cəfərova çıxış edərək 2024-2025-ci tədris ili münasibətilə şagirdləri təbrik etmiş və eyni zamanda ötən tədris ilində IV və VI sinif monitorinq imtahanlarında məktəb üzrə yüksək nəticə göstərən şagirdlər təltif olunmuşdur. Tədbirdə şagirdlərin şerləri və mahnıları səsləndirilmişdir.
Tədbirə təşkilatçılığı məktəbin UBTR-i Sevinc Qubadova həyata keçirmişdir.
Yeni tədris ilində bütün şagirdlərə uğurlar arzu edirik!







