Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
SİYASƏT
Bakı ilə Yeni Dehli arasında “buzlar əriyir”-REAKSİYA
SİYASƏT
Bakıda Cənubi Qafqazın yeni reallığı bir daha elan olundu
SİYASƏT
Cəbrayılın azad edilməsi Zəfər yolumuzun mühüm mərhələsi oldu
SİYASƏT
Cəbrayıl yeni inkişaf dövrünü yaşayır
SİYASƏT
27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl
SİYASƏT
Cəbrayılın qürur səhifəsi
SİYASƏT
Müdafiə sənayesində ŞOK SIÇRAYIŞ - Azərbaycan 1,8 milyard avroluq istehsala hazırlaşır
SİYASƏT
Ümummilli Liderin dəyişməz siyasi kursu
SİYASƏT
Azərbaycanın inkişaf yoluna ömrünü həsr edən Ulu Öndər
SİYASƏT
Dövlətçilik tariximizin Heydər Əliyev səhifəsi
SİYASƏT
Milli dövlətçilik siyasətinin sarsılmaz təməlləri
SİYASƏT
Vətənə sədaqətlə xidmətin nümunəsi
SİYASƏT
İqtisadi sabitlik Azərbaycanın yeni inkişaf mərhələsi üçün möhkəm zəmin yaradır
SİYASƏT
Yeni enerji və infrastruktur imkanları Azərbaycanın regional rolunu genişləndirir
SİYASƏT
Sabit və təhlükəsiz Azərbaycan investorların diqqətindədir
SİYASƏT
Təhsil və hazırlıqlı kadrların yetişdirilməsi hər şeydən önəmlidir
SİYASƏT
27 sentyabr Azərbaycan tarixində qəhrəmanlıq, milli birlik və əbədi ehtiram günüdür - RƏY
SİYASƏT
27 Sentyabrın Tarixi Çağırışı 
SİYASƏT
27 Sentyabr - Vətən Məhəbbətinin Şərəf Zirvəsi
SİYASƏT
Tarixi Zəfərə və Tam Suverenliyə Gedən Yolun Başlanğıcı
SİYASƏT
Biz bu torpaqlarda əbədi olacağıq
SİYASƏT
Azərbaycan dağ-mədən sənayəsində yeni mərhələyə qədəm qoyur
SİYASƏT
27 Sentyabr — yaddaşın susmadığı gün
SİYASƏT
Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu - Bəyanat
SİYASƏT
Vətən müharibəsi şanlı tariximiz, şəhid və qazilərimiz qürur mənbəyimizdir
SİYASƏT
Tarixi ədalətin bərpasına aparan yol və Azərbaycanın haqq mübarizəsi
SİYASƏT
Anım Günü dərin ehtiramın ifadəsidir
SİYASƏT
Azərbaycan əvəzolunmaz tərəfdaşa çevrilib
SİYASƏT
Azərbaycan Sənayesində Yeni Mərhələ

Bakı niyə qışa hazır deyil?

2021-02-25 15:25:24 512 baxış
Xəbər şəkil

 

Bakıya yağan ilk qar paytaxtımızın “makiyaj”ının silinməsinə səbəb oldu. Nəqliyyatın hərəkətində, yollarda, kommunal xidmətlərin göstərilməsində yaranan ciddi problemlər açıq göstərdi ki, şəhər təsərrüfatı bu duruma qətiyyən hazır deyilmiş. Halbuki bir neçə gün öncədən sinoptiklər qarlı, şaxtalı hava dalğasının yaxınlaşdığı barədə xəbərdarlıq etmişdilər.

Görəsən, lazımi hazırlıq işlərinin öncədən görülməsi bu qədərmi çətin idi?

Sualımızı öncə Bakı Şəhər İcra Hakimiyyətinə ünvanladıq. BŞİH mətbuat xidmətinin rəhbəri Mətin Hüseynov “Press Klub”a açıqlamasında bildirdi ki, paytaxtın bəzi əraziləri – Bibiheybət yolu, Zığ yolu, Salyan şossesi, Baksol və Kürdəxanı yolları, Masazır dairəsi, Digah, Mehdiabad onların idarəçiliyində deyil:

“Həmin ərazilər rayon kommunal strukturları, bələdiyyələr və digər qurumların balansındadır. Bizim əraziyə daxil olan küçə və yolların problemləri dərhal aradan qaldırılır. Tədarük görülüb, ona görə də vəziyyət o qədər də pis deyil. Duz ehtiyatı, xüsusi avtomobillər və qurğular nəzərdə tutulmuşdu və biz hazırlıq işlərimizi görmüşdük”.

Qurum rəsmisinin sözlərinə görə, çox şey yağan qarın miqdarından, havanın temperaturundan asılıdır:

“Bakı böyük şəhərdir və hardasa problem qala bilər. Əməkdaşlarımız tərəfindən mütəmadi olaraq monitorinqlər keçirilir, problemləri görən kimi, dərhal aradan qaldırırlar. Məsələn, Yasamalda “Bizim market”in qarşısında olan problem sosial şəbəkədə yayıldı və ora 5 dəqiqə ərzində tərtəmiz təmizləndi. Ona görə də mərhələli şəkildə şəhər ərazisini təmizləyirik. Biz göydən düşən qarı tuta bilmərik…”

Başqa bir problem sürücülərin əlverişsiz hava şəraitində şəxsi avtomobilləri ilə tədarüksüz şəkildə yollara çıxması, nəticədə qəza vəziyyətlərinin yaranmasıdır. Əlbəttə, metronun bağlı olduğu və digər ictimai nəqliyyat növlərinin lazımi səviyyədə çalışmadığı bir şəraitdə şəxsi avtomobillərdən istifadə etmək məcburiyyəti də yaranır. Amma qış təkərlərindən istifadə etməyən, yararsız təkərlərlə yola çıxan sürücülər həm özləri, həm də digər vətəndaşların həyatını təhlükəyə atırlar.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnikVaqif Əsədov bildirdi ki, yol hərəkətində istismar edilən nəqliyyat vasitəsi texniki cəhətdən saz olmalıdır:

“Əlbəttə ki, yola çıxan sürücü spirtli içkinin təsiri altında, yuxulu, yorğun vəziyyətdə olmamalı, tələblərə uyğun hərəkət etməli, yol nişanlarının tələblərinə əməl etməli, ara məsafəsi saxlamaqla hərəkət etməlidir. Qanun deyir ki, bu tələblər yerinə yetirilmirsə, hərəkət iştirakçıları və sürücülər inzibati qaydada məsuliyyətə cəlb olunur. Sürücülərin ayrıca olaraq da hüquq və vəzifələri var. Əlbəttə ki, hava şəraitinə, mövsümə uyğun təkərlər olmalıdır. Təkərlərin qalınlığı normaya uyğun olmalı, sürət həddi hava şəraiti, meteoroloji  şəraitə uyğun seçilməlidir, şərait və vəziyyətdən asılı olaraq sürücü peşəkarlığı idarəetmədə özünü ortaya qoyur. Söhbət burda yalnız hava şəraitindən, dövlət nömrə nişanından, nəqliyyatın növündən asılı deyil. Bu, nəqliyyat vasitəsinin kim tərəfindən idarə edilməsindən də asılıdır. Məsələn, təkərlər istismara yararsızdır, lakin sürücü hərəkət edir və yol-nəqliyyat hadisəsi baş verir. Hadisə araşdırılır, əgər həqiqətən də təkərlərin ucbatından hadisənin baş verməsi aşkarlanırsa, sözsüz ki, sürücü məsuliyyətə cəlb olunur. Sürücülər nəqliyyat vasitəsinin təkərlərinin mövsümə uyğun olmasına nəzarət etməlidir. Bu, onun funksional vəzifəsdir. Səhlənkarlıq yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan amillərdən biridir”.

Bəs, qış fəslinə uyğun təkərlərin istifadəsi ila bağlı qanunvericilikdə hər hansı dəyişiklik edilə bilərmi?

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı ölkəmiqyasında qarın yağması ilə bağlı yaranan vəziyyəti izlədiyini söylədi:

“Bakı şəhərində görülən təhlükəsizlik işləri təqdirəlayiqdir. Bakı Şəhər İcra Hakimiyyəti küçələrin, yolların buz bağlamaması, istər avtomobillərin, istərsə də piyadaların təhlükəsizliyi üçün bütün işləri görüb. Eyni zamanda, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov mütəmadi olaraq sürücülərə öz xəbərdarlığını çatdırır. Amma dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, vətəndaşlar şəxsi avtomobillərindən istifadə edirlər. Nəticədə qəza hadisələrinin şahidi olduq və oluruq”.

Deputat hesab edir ki, yol-nəqliyyat hadisələrinin səbəbkarları sürücülərdir:

“Bu, hər birimizin qışa hazırlıqlı olmamağımızla bağlıdır. İnsanlar düşünür ki, Bakıda qış o qədər də sərt keçirmir, qar çox yağmır. Maşınlar üçün qışda xüsusi olaraq istifadə edilən təkərlər var. Sürüşməyə meylli olmayan, çıxıntıları daha çox olan təkərələrdən istifadə olunmalıdır. Biz isə buna əməl etmirik”.

F.Ağamalının fikrincə, qışı sərt keçən ölkələrin təcrübəsi öyrənilməlidir. Bu məsələ orada hansı formada tənzimlənirsə, ona uyğun olaraq qanunvericilikdə dəyişiklik etmək olar:

“Qışı sərt keçən ölkələrdə bu məsələnin necə tənzimləndiyini araşdırmaq və həmin təcrübəyə söykənərək lazım gəlsə, Milli Məclisdə bununla bağlı məsələ qaldırmaq, “Yol hərəkəti haqqında” qanuna müvafiq əlavələr etmək mümkündür”.

Kanal4.az 





Oxşar xəbərlər


Xəbər lenti
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
2026-10-02
Bakı ilə Yeni Dehli arasında “buzlar əriyir”-REAKSİYA
2026-10-02
Bakıda Cənubi Qafqazın yeni reallığı bir daha elan olundu
2026-10-02
Cəbrayılın azad edilməsi Zəfər yolumuzun mühüm mərhələsi oldu
2026-10-02
Cəbrayıl yeni inkişaf dövrünü yaşayır
2026-10-02
27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl
2026-10-02
Cəbrayılın qürur səhifəsi
2026-10-02
Müdafiə sənayesində ŞOK SIÇRAYIŞ - Azərbaycan 1,8 milyard avroluq istehsala hazırlaşır
2026-10-01
Ümummilli Liderin dəyişməz siyasi kursu
2026-10-01
Azərbaycanın inkişaf yoluna ömrünü həsr edən Ulu Öndər
2026-10-01
Dövlətçilik tariximizin Heydər Əliyev səhifəsi
2026-10-01
Milli dövlətçilik siyasətinin sarsılmaz təməlləri
2026-10-01
Vətənə sədaqətlə xidmətin nümunəsi
2026-09-30
İqtisadi sabitlik Azərbaycanın yeni inkişaf mərhələsi üçün möhkəm zəmin yaradır
2026-09-29
Yeni enerji və infrastruktur imkanları Azərbaycanın regional rolunu genişləndirir
2026-09-29
Sabit və təhlükəsiz Azərbaycan investorların diqqətindədir
2026-09-29
Təhsil və hazırlıqlı kadrların yetişdirilməsi hər şeydən önəmlidir
2026-09-28
27 sentyabr Azərbaycan tarixində qəhrəmanlıq, milli birlik və əbədi ehtiram günüdür - RƏY
2026-09-28
27 Sentyabrın Tarixi Çağırışı 
2026-09-26
27 Sentyabr - Vətən Məhəbbətinin Şərəf Zirvəsi
2026-09-26
Tarixi Zəfərə və Tam Suverenliyə Gedən Yolun Başlanğıcı
2026-09-26
Biz bu torpaqlarda əbədi olacağıq
2026-09-25
Azərbaycan dağ-mədən sənayəsində yeni mərhələyə qədəm qoyur
2026-09-25
27 Sentyabr — yaddaşın susmadığı gün
2026-09-25
Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu - Bəyanat
2026-09-25
Vətən müharibəsi şanlı tariximiz, şəhid və qazilərimiz qürur mənbəyimizdir
2026-09-25
Tarixi ədalətin bərpasına aparan yol və Azərbaycanın haqq mübarizəsi
2026-09-25
Anım Günü dərin ehtiramın ifadəsidir
2026-09-25
Azərbaycan əvəzolunmaz tərəfdaşa çevrilib
2026-09-25
Azərbaycan Sənayesində Yeni Mərhələ
2026-09-24