Qardaş Türkiyənin Ölkəmizə dəstəyinin heç zaman unutmayacağıq!
Tarixi faktlardan aydın görünür ki, Ermənistanın qonşuları ilə münasibətlərinin kökündə onların bir millət olaraq hər zaman əsassız iddia və xülyalarla yaşamaları olmuşdur. Hazırda dünyada böyük nüfuza malik Türkiyə kimi qonşusunu soyqırımı iddiası ilə ittiham etməsi, Azərbaycan kimi regional gücə qarşı ərazi iddiaları və bu iddialarla yaşamaları bu dövləti demək olar ki, məhv edib. Qardaş Türkiyənin hazırda mövcud olmayan “Qarabağ münaqişəsi” nin ilk günlərindən haqq-ədalətin yanında olmasını, Azərbaycanı dəstəkləməsini heç cür qəbul və həzm edə bilməyən düşmən “düşmənçiliyini” bir az da artırdı. Havadarlarından dəstək alaraq işğala davam edən düşmənə bu niyyətindən əl çəkməsi barədə edimiş xəbərdarlıqlara son qoymadığına görə 1993-cü ildə Türkiyə Ermənistanla arasında olan 311 kilometrlik sərhəddini bağladı. Bu bir millət olaraq heç vaxt unutmayacağımız xüsusi məqamdır. Bu, əlbəttə ki,Türkiyənin Azərbaycana qarşı göstərdiyi böyük dəstək idi. Bu dəstəyin ardı 44 günlük Vətən Müharibəsində də davam etdi. İlk gündən Türkiyə açıq şəkildə öz mövqeyini bildirərək Azərbaycana mənəvi dəstək oldu. Bu mənəvi dəstək bəs etdi ki, 44 günlük “Dəmir Yumruq’’ əməliyyatı nəticəsində Azərbaycan öz tarixi torpaqlarını işğaldan azad etdi, Şanlı Zəfər çaldı. Bu Şanlı Qələbənin nəticəsi olaraq ölkəmizdə “Zəfər Paradı” keçirildi. Hər zaman olduğu kimi qardaş Türkiyə həmin paradda da, Azərbaycanın yanında oldu. Paradda Azərbaycan hərbiçiləri ilə yanaşı bir qrup Türkiyə hərbiçilərinin də iştirakı bütün sahələrdə və səviyyələrdə Türkiyə-Azərbaycan qardaşlığını nümayiş etdirirdi.
Bu gün dünyanın ehtiramla, ehtiyatla danışdığı Türkiyə kimi nəhəng ölkə qarşısında cılız, iqtisadi-siyasi cəhətdən çökmüş vəziyyətdə olan xudbin ideyalarla yaşayaraq öz gələcək nəsillərini məhvə yuvarlayan bədnam erməni dövləti çox gülünc görünür. Onların Ermənilər 1920-ci ilin 10 avqustunda imzalanan və Türkiyə torpaqlarında Ermənistan yaradılmasını nəzərdə tutan Sevr müqaviləsini daim gündəmdə saxlamaları əsl xislətlərini göstərir. Erməni millətçilərinə məxsus saytlarda bu iddiaların yenidən qaldırılması, Türkiyəyə qarşı yeni-yeni iddialarla çıxış və çağırışlar edilməsi tam əsassızdır. Artıq Ermənistan bu işğalçı siyasətindən əl çəkməlidir. Türkiyə kimi böyük bir dövlətlə ərazi iddiası aparmağın mənasız olduğunu anlamalıdır.
Anar Güllərli
Neftçala rayon sakini, tələbə