Bir Millət İki Dövlət əlaqələri düşmənin göz dağı oldu.
Keçmiş Tarixə nəzər yetirsək Qardaş ölkə olan Türkiyə Azərbaycan əlaqələrinin dərin köklərə söyləndiyinin şahidi oluruq. Unudulmaz Şəxsiyyət Heydər Heydər Əliyevin də qeyd etdiyi kimi Türkiyə və Azərbaycan bir millət iki dövlətdir.
44 günlük vətən müharibəsində Qardaş ölkə tərəfindən Dünyaya verilən mesajlarla bu savaşda birmənalı şəkildə Azərbaycanın yanında olmasının bütün dünya şahidi oldu. Bu dəstək təkcə siyasi sahədə deyil eyni zamanda Türkiyə istehsalı olan ən müasir texnikalardan ordumuzun istifadə etməsi müharibədə Silahlı Qüvvələrimizin üstünlüyünün təmin olunmasında xüsusi rol oynadı. Günümüzdə Türkiyə Cümhuriyyəti müasirləşən və dünya miqyasında inkişafına, müasir texnika və texnologiyaların istehsalına görə birincilər siyahısındadır.
Təbii ki, ölkəmizin qardaş dövlətlə əlaqələrinin möhkəmlənməsi, qarşılıqlı əməkdaşlıq Azərbaycanın da daha da inkişaf etməsinə zəmin yaradır. Türkiyə Azərbaycan iki qardaş ölkə Olaraq inkişaf yolunda birgə addımlamaqla gələcəkdə daha böyük uğurlara imza atacaqlar.
Xidmət Orucov
Müəllim.